Məhkəmə qərarları › İş №3(076)-1183/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1183/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1183/2024 31.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi DİN-nin BNMİ QBRŞ-nin baş əməliyyat müvəkkili: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir Dəllər-Cəyir kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Gəncə şəhər Narkoloji Dispanserində aparılan tibbi müayinə zamanı tərtib edilmiş, 30 oktyabr 2024-cü il tarixli, 3897/2024 saylı protokola əsasən, Şəxs götürülmüş sidik nümunəsində narkotik vasitə olan THC (marixuana) aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2024-cü İl tarixdə saat 17:40 radələrində Şəmkir rayonu Daşbulaq kəndi ərazisində piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək BNMİ QBRŞ-nin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamağında və istifadə etməyində şübhəli olduğunu bildirdilər və üzərini yoxlayacaqlarını dedilər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra videoçəkilişdən istifadə etməklə üzərini yoxlamağa başladılar. Ona üzərində olan əşyaları təqdim etməyi təklif etdilər. O, üzərində olan əşyaları təqdim etmişdir, üzərindən narkotik vasitə, psixotrop maddə aşkar edilməmişdir. Sonra üzərindən aşkar edilmiş əşyalar maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Bundan sonra polis əməkdaşları onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə dəvət etdilər, o da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Üzərinin yoxlanılmasına dair protokol tərtib edilmiş, protokol ona ucadan oxunmuş, doğru olduğu üçün imzası ilə təsdiq etmişdir. Bundan sonra həmin tarixdə sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə Gəncə şəhər narkoloji dispanserdə aparılan tibbi müayinə zamanı, sidik nümunəsinin tərkibində narkotik vasitə olan, THC (marixuana) aşkar olunmuşdur. Təxminən 10 gün əvvəl Şəmkir rayonunda iştirak etdiyi toy məclisində narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Əvvəllər də bir neçə dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Hazırda əməlindən peşmandır, Odur ki məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı DİN-nin BNMİ QBRŞ-nin baş əməliyyat müvəkkili X2 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşayan, Şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və keçirilmiş tədbirlər nəticəsində eləcə də, aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə Gəncə şəhər narkoloji dispanserdə aparılan tibbi müayinə zamanı, onun sidik nümunəsinin tərkibində narkotik vasitə olan, THC (marixuana) aşkar olunmuşdur. Buna görə də, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, lakin, onun əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün, qəbul edilmiş qərarın surəti BNMİ-nin QBRŞ-yə göndərilmişdir. Odur ki Şəxs barəsində ciddi inzibati tənbeh növünün seçilməsini məhkəmədən xahiş edir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin olmaması, habelə, onun AR İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. İşdə olan əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, Şəxs saxlanılan zaman sübut əhəməiyyətinə malik əşyaların aşkar edilməsi üçün üstü yoxlanılmışdır. “Sərxoşluq hallarının bütün növlərinin təyini” məqsədilə aparılan tibbi müayinəyə dair 30 oktyabr 2024-cü il tarixli, 3897/2024 saylı, protokoldan görünür ki, Şəxs, alkoqoldan və narkotik vasitə olan THC-dan (marixuanadan) istifadə nəticəsində sərxoş vəziyyətdə olmuşdur. Beləliklə, onun narkotik vasitə olan THC-dan (marixuanadan) istifadə etməsi aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Gəncə şəhəri Narkoloji Dispanserinin 31 oktyabr 2024-cü il tarixli, 1780 nömrəli rəyindən görünür ki, Şəxs, narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Məhkəmə, Şəxs əməlini etiraf etməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Məhkəmə hesab edir ki, Şəxs, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, ona görə də, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, inzibati həbs müddəti başa çatdıqdan sonra o, narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 31 oktyabr 2024-cü il tarixdən saat 17:50-dən hesablansın. Şəxs, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Həbsdə saxlanma ilə bağlı qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti Şəxs narkoloji dispanserdə qeydiyyata alınması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar