Məhkəmə qərarları › İş №3(076)-1185/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1185/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1185/2025 23.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X6 Məsail oğlunun sədrliyi, Rzazadə Leyla Elçin qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Kəmallədin qızının iştiraklarıı ilə, xx.xx.1986-cı il tarixdə Şəmkir rayonu,Dəllər- Cəyir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamuş, Şəmkir rayonu,Dəllər-Cəyir kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 9-cu Taqımından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 9-cu X1 İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materiallarına baxaraq, məhkəməyə təqdim olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:50 radələrində istifadəsində olan “CHEVROLET MALİBU” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Şəmkir Rayon Polis Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər, bununla bağlı onların iştirakı olmadan işə baxılmasını məhkəmə mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, özünə məxsus CHEVROLİT MALİBU markalı **-RD-*** dövlət qeydiyyat nişanlı aftomobilin sürücüsüdür. xx.xx.2025-ci il tarixdə Şəmkir şəhərindən Şəmkir rayonu Dəllər qəsəbəsinə getmək üçün qeyd etdiyi avtomobilin sükanı arxasına keçib BAKİ-QAZAX-GÜRCÜSTAN sərhədi yoluna çıxaraq üzü Qazax istiqamətində hərəkətə başlamışdır. Həmin yolun Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisindən keçən hissəsinə - yolun sağ kənarındakı Dəllər qəsəbəsinə ayrılan yol ayrıcına çatanda, yol ayrıcına daxil omaq üçün saatda təxminən 60-70 km sürətlə sağa doğru manever edəndə hava yağışlı olduğundan avtomobili sürüçərək ön hissəsi yol ayrıcından boş yola çıxmaq istəyən MERCEDES-BENZ markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili sol arxa hissədən vurmuş, nəticədə avtomobil yol ayrıcının kənarındakı çökəkliyə düşüb dayanmışdır. Hadisədən sonra o yerə düşüb MERCEDES-BENZ markalı avtomobilə yaxınlaşanda sükanın arxasında qadın sürücü olduğunu görmüş, onun avtomobildən düşməsinə kömək göstərmişdir. Yaxın günlərdə işlə bağlı Rusiya Federasiyasına gedəcəyindən, getməsi ilə əlaqəli problem yaranmaması üçün hadisədən sonra hadisə yerindən yayınaraq, tanışı Əliyev Əlidən özünü sürücü kimi təqdim etməsini xahiş etmişdir. Polis əməkdaşları hadisə yerinə gələndə Əli Əliyev özünü CHEVROLET MALİBU markalı aftomobilin sürücüsü kimi təqdim etmişdir. Sonradan MERCEDES-BENZ markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Vəfa adlı xanımın xəsarət almasını bildikdən sonra Əli Əliyev üçün problem yaranmaması üçün izahat verən zaman sükan arxasında özünün olmasını səmimi olaraq etiraf etmişdir. Hadisədən sonra zərərçəkmişlə barışmaq istəsədə zərərçəkmiş şəxs avtomobilini 15000 manata aldığını, hadisədən sonra avtomobilin qiyməti 5000 manata düşdüyünü, sığorta tərəfindən isə dəymiş ziyan əvəzinə yalnız 4000 manat verildiyi bildirərək ondan dəymiş ziyanın əvəzinə 5000 manat pul ödəməsini tələb etdiyindən bu tələblə razılaşmayaraq, avtomobili təmirə verməyə zərərçəkmiş şəxsə təklif edərək, sığorta tərəfindən ödənilən 4000 manat pul hesabına avtomobili təmin etirilməsini və təmirə həmin pul kifayət etmədikdə qalan xərcləri özü ödəməyə hazır olduğunu bildirmişdir, lakin zərərçəkmiş şəxs onun bu təklifi ilə razılaşmamışdır. Bu səbəbdəndə onun müalicəsinə çəkdiyi xərci qarşılaya bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Kəmaləddin qızı bildirdi ki, Mercedes-Benz E240 markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili anasına məxsusdur və onun tərəfindən verilən etibarnamə əsasında idarə edir. xx.xx.2025-ci tarixdə qeyd etdiyi avtomobil ilə Şəmkir rayonu Dəllər qəsəbəsindən Şəmkir rayonu Dəllər-Cırdaxan kəndinə yaşadığı evə getmək üçün avtomobil ilə Bakı-Qazax yolundan Dəllər qəsəbəsinə ayrılan yol ayrıcına yaxınllaşıb Bakı-Qazax yolunun boş olmasına baxmaq üçün avtomobili yol ayrıcında dayandırıb sağ və sola baxan zaman Qazax istiqamətində hərəkətdə olan CHEVROLET MALİBU markalı **-RD-*** dövlət nömrə nişanlı avtomobil sağa yəni Dəllər qəsəbəsinə ayrılan yola sürətlə dönəndə sağa dönməli olduğu halda düzünə doğru hərəkət edib ön hiəssi ilə yol ayrıcında dayanmış vəziyyətdə olan onun idarə etdiyi Mercedes-Benz E240 markalı **-HA-*** avtomobilini sol arxa yan hissədən vurdu. Zərbənin təsirindən avtomobil fırlanaraq yol ayrıcının yamacında yansı üstdə dayandı. Xəsarət aldığı üçün onu avtomobildən kənara çıxardılar,daha sonra başqa avtomobil ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparıldı. Hadisədən sonra Şəxs onunla barışmaq istəsədə idarə etdiyi avtomobili 15000 manata ailələrinin vəsaiti hesabına bir il əvvəl aldığını, hadisədən sonra avtomobilin qiyməti 5000 manata düşdüyünü, sığorta tərəfindən isə dəymiş ziyan əvəzinə yalnız 4000 manat verildiyi bildirərək ondan dəymiş ziyanın əvəzinə 5000 manat pul ödəməsini tələb etdiyindən bu tələblə Şəxs razılaşmayaraq, avtomobili təmirə verməyə təklif edərək, sığorta tərəfindən ödənilən 4000 manat pul hesabına avtomobili təmir etirilməsini və təmirə həmin pul kifayət etmədikdə qalan xərcləri özü ödəməyə hazır olduğunu bildirmişdir, lakin onun bu təklifi ilə razılaşmamışdır və bu səbəbdəndə onun müalicəsinə çəkdiyi xərcidə ödəməmişdir və bu səbəbdən Şəxs şikayətçidir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs Kəmaləddin qızının anasıdır. Qızının bədən səthində aşkar edilmiş xəsarətlər çənə nahiyənin dərialtı hematoması, sol bazu oynağının yumuşaq toxumalarının ağrı halında əzniyi KÜT əşyaların təsirindən törənmişlər. Şəxs qəzadan sonra qızının vəziyyəti ilə maraqlanmamış, tibii xərclərin ödənilməsi üçün heçbir köməklik göstərməmişdir. Ona məxsus və qızı tərəfindən etibarnaməyə əsasən idarə olunan Mercedes-Benz E240 markalı **-HA-*** avtomobilə dəyən zərər sğorta tərəfindən 4 min manat müəyyən edilmişdir. Müəyyən edilmiş məbləğ dəymiş zərəri ödəmək üçün kifayət deyildir. Bu səbəbdən Şəxs vurmuş olduğu zərərin əvəzi kimi 5 min manat tələb etsələrdə Şəxs onlara dəymiş zərərdən hecnə ödəməmişdir və müalicəsi üçündə hec bir yardım etməmişdir. Protokola əlavə edilmiş 12 oktyabr 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, xx.xx.2025-ci il tarixdə saat 15:50 radələrində Şəxs idarə etdiyi Chevrolet Maliubu markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilli Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisindən keçən 402-ci km-də,üzü Qazax rayonu istiqamətində hərəkət edən zaman yolun sağ kənarındakı Şəmkir rayonu Dəllər qəsəbəsində ayrılan yolayrıcına daxil olan zaman sağa doğru təhlükəli manevr edəndə avtomobil idarəetmədən çıxıb sağa doğru deyil çəpinə doğru hərəkət edərək ön hissəsi ilə yol ayrıcında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs Kəmallədin qızının sükanı arxasında olduğu Mercedes-Benz E240 markalı **-HA-*** dövlət qeydiyyat nişanlı aftomobili sol arxa yan hissədən vurub aftomobili hadisə yerində qoyaraq hadisə yerindən yayınmışdır.Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Şəxs ehtiyatsızlıqdan Mercedes-Benz E240 markalı **-HA-*** dövlət nömrə nişanlı aftomobilin sürücüsü Zərərçəkmiş şəxs Kəmallədin qızına çənaltı nahiyyənin dərialtı hematoması,sol bazu oynağının yumuşaq toxumalarını ağrı halında əzniyi ilə nəticələnən sağlamlığın qısa müdətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aidi xəsarətər yetirmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 965 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs Kəmaləddin qızının bədən səthində aşkar edilmiş xəsarətlər çənə nahiyənin dərialtı hematoması,sol bazu oynağının yumuşaq toxumalarının ağrı halında əzniyi KÜT əşyaların təsirindən törənmişlər,yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər,əmələ gəlmə müdətləri 02 oktyabr 2025-ci il tarixə uyğun gəlir.Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin Vİ hissəsinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Həmin Qanunun 42-ci maddəsinin İX hissəsinə əsasən yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. İXM-nin 327.1-ci maddəsi ilə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15:50 radələrində Şəxs idarə etdiyi Chevrolet Maliubu markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilli Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisindən keçən 402-ci km-də,üzü Qazax rayonu istiqamətində hərəkət edən zaman yolun sağ kənarındakı Şəmkir rayonu Dəllər qəsəbəsində ayrılan yolayrıcına daxil olan zaman sağa doğru təhlükəli manevr edəndə avtomobil idarəetmədən çıxıb sağa doğru deyil çəpinə doğru hərəkət edərək ön hissəsi ilə yol ayrıcında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs Kəmallədin qızının sükanı arxasında olduğu Müecedes-Benz E240 markalı **-HA-*** dövlət qeydiyyat nişanlı aftomobili sol arxa yan hissədən vurub aftomobili hadisə yerində qoyaraq hadisə yerindən yayınmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Şəxs ehtiyatsızlıqdan Mercedes-Benz E240 markalı **-HA-*** dövlət nömrə nişanlı aftomobilin sürücüsü Zərərçəkmiş şəxs Kəmallədin qızına çənaltı nahiyyənin dərialtı hematoması,sol bazu oynağının yumuşaq toxumalarını ağrı halında əzniyi ilə nəticələnən sağlamlığın qısa müdətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aidi xəsarətər yetirmişdir. Bununla da Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin,42-ci maddəsinin 1ci hissəsinin,37-ci maddəsinin 4-cü hissəsinin 2 və 4-cü bəndlərinin tələblərini pozduğundan əməlində İXM-nin 327.1-ci və 327.6-cı maddələrinin tərkibi vardır. Bununla da Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun etirafı ilə yanaşı iş materialları ilə tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, inzibati məsuliyyətdən və tənbehdən azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün İXM-nin 327.8-cı maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Məhkəmə iclasında inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, hadisə nəticəsində zərərçəkmiş şəxsə maddi ziyan vuraraq, zərərçəkmiş şəxslə barışıq əldə etməyərək ondan şikayətci olduğunu, barəsində icraat aparılan şəxsin inzibati xətanı törətməsinin yol hərəkəti qaydalarını bilməməsindən qaynaqlanmasını nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər.Eyni zamanda Şəxs tşrətdiyi əməmlindən peşiman olduğunu bildirdiyindən və zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəht etməsini nəzərər alaraq ona aşağı həddə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail olunması mümkündür. Məhkəmə şərh olunanlara əsasən və İXM-nin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar