Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1187/2024 17.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinin baş məsləhətçisi X2 iştirakı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5–ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 21 oktyabr 2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 21 oktyabr 2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 21 oktyabr 2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən X11 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5–ci maddəsinə əsasən müvafiq qərar qəbul etmişdir. Qərarda Şəmkir şəhər 8 saylı körpələr evi–uşaq bağçasının tərbiyəçi– müəllimi Şahid məzuniyyət hüquqlarının pozulması, işçiyə əmək məzuniyyətinin verilməməsi, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsi iddia edilmişdir. Buna səbəb isə vətəndaş X1 qızı Şahid əmək məzuniyyəti barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinə daxil olmuş müraciətinə əsasən aparılmış araşdırma olmuşdur. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən X11 tərəfindən qəbul olunmuş 21 oktyabr 2024–cü il tarixli, MN ******* nömrəli qərarı və qərarın qəbul edilməsi üçün əsas olmuş 15 oktyabr 2024–cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli protokolu qanunsuz hesab edir. Belə ki, 21 oktyabr 2024–cü il tarixli, MN ******* nömrəli qərarının qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qərar ləğv edilməlidir. İlk öncə onu qeyd edir ki, Şahid 27 sentyabr 2011–ci il tarixdən Şəmkir şəhər 8 saylı körpələr evi–uşaq bağçasında tərbiyəçi–müəllim vəzifəsində çalışır. xx.xx.2022–ci il tarixdən xx.xx.2024–cü il tarixədək isə bağçada müdir vəzifəsi vakant olduğu üçün öz vəzifəsi ilə yanaşı müdir vəzifəsini də icra etmişdir. Bu müddət ərzində bağçada müdir olmadığı üçün və bağça müdiri vəzifəsini icra etdiyi üçün Şahid əmək məzuniyyətinə çıxması ilə bağlı Qazax–Tovuz Regional Təhsil İdarəsinə müraciət etməmişdir. Şahid başqa şəxsə müdir vəzifəsinin həvalə edilərək onun məzuniyyətə çıxmalı olduğu dəfələrlə bildirilsə də o, əmək məzuniyyətinə çıxmaq istəməmiş və ərizə yazmamışdır. Əlavə olaraq heç bir kompensasiya ödənilməsini də istəməmişdir. X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsində yazdığı izahatda da Şahid heç bir kompensasiya istəmədiyini bildirmişdir. Şahid tərəfindən xx.xx.2024–cü il tarixdən etibarən bağçaya müdir təyin edilmiş X6 müraciət edilmiş və bağça müdirinin müvafiq əmrinə əsasən ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 118–ci maddəsinin 2–ci hissəsinin “a” bəndinə uyğun olaraq xx.xx.2024–cü il tarixdən 42 (qırx iki) təqvim günü müddətinə (2023–2024–cü iş ili üçün) əmək məzuniyyəti verilmişdir. Əlavə olaraq qeyd edir ki, əmək qanunvericiliyinə müvafiq olaraq məzuniyyət hüququ işçinin əsas hüquqlarından biridir və məzuniyyətdən istifadə edilməsi işçinin təşəbbüsünə əsasən həyata keçirilir. Şahid isə əvvəllər əmək məzuniyyətinə çıxması ilə bağlı heç bir müraciət etməmişdir. Həmin halları Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X3 Qazax–Tovuz regional şöbəsinə bildirməklərinə və işin araşdırılması üçün xx.xx.2024–cü il tarixdə məktub (3–29–39/2–596/2024 nömrəli) göndərilməsinə baxmayaraq, işin faktiki hallarını araşdırmadan Qazax– Tovuz Regional Təhsil İdarəsinin müdiri olaraq (X10) onun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.5–ci maddəsi ilə 1.500 (bir min beş yüz) manat miqdarında cərimə tətbiq edilmişdir. Hazırda həmin qərarı əsassız və qanunsuz hesab edir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 21 oktyabr 2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinin baş məsləhətçisi X7 məhkəmə iclası zamanı şikayətin dəlillərini qəbul etməyərək göstərdi ki, Şəmkir şəhər 8 saylı körpələr evi–uşaq bağçasının tərbiyəçi–müəllimi Şahid Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinə teleqramla müraciət edərək, 13 ildir həmin körpələr evi–uşaq bağçasında tərbiyəçi–müəllim işləməsini, lakin son 2 il ərzində ona məznuiyyət verilməməsini, bununla da məzuniyyət hüquqlarının pozulmasını bildirmişdir. Şahid müraciətindən sonra araşdırma aparılmış və müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsi tərəfindən işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə yol verilmişdir. Belə ki, Şahid 2022–2024–cü illər ərzində əmək məzuniyyəti verilməmiş, eləcə də istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiya ona ödənilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5–ci maddəsi ilə xx.xx.2024–cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və o, 21 oktyabr 2024–cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin, qeyd edir ki, Şahid şikayətindən sonra, yəni xx.xx.2024–cü il tarixdə sonuncuya əmək məzuniyyəti verilmişdir. Bu isə bir daha onu deməyə əsas verir ki, həqiqətən daha əvvəl işçinin məzuniyyət hüquqları pozulmuşdur. Ona görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 21 oktyabr 2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Odur ki, məhkəmədən barəsində qərar çıxarılmış X4 şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 28 sentyabr 2011–ci il tarixdən Şəmkir şəhər 8 saylı körpələr evi–uşaq bağçasında tərbiyəçi–müəllim vəzifəsində çalışır. xx.xx.2022–ci il tarixdən xx.xx.2024–cü il tarixədək isə öz vəzifəsi ilə yanaşı müdir vəzifəsini də icra etmişdir. Lakin həmin 2 il müddət ərzində Şəmkir rayonu üzrə Təhsil Sektorunun müdiri Elşən müəllimə şifahi müraciət etməsinə baxmayaraq, ona əmək məzuniyyəti verilməmiş, səbəb kimi isə müdir vəzifəsini əvəz edənlərə məzuniyyət verilməməsi göstərilmişdir. Həmçinin, istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiya da ona verilməmişdir. Bundan sonra məcbur olub bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinə şikayət etmiş, onun şikayəti əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı da həmin hallar aşkar olunmuş, həmçinin əvvəlki məzuniyyət pullarının hesablanmaması məlum olmuşdur. Yalnız onun şikayətindən sonra, yəni xx.xx.2024–cü il tarixdə ona 42 təqvim günü əmək məzuniyyəti verilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin əməkdaşı X8 ifadəsində göstərdi ki, Şahid 27 sentyabr 2011–ci il tarixdən Şəmkir şəhər 8 saylı körpələr evi–uşaq bağçasında tərbiyəçi–müəllim vəzifəsini, xx.xx.2022–ci il tarixdən xx.xx.2024–cü il tarixədək isə müdir vəzifəsini icra etmişdir. Bu müddət ərzində Şahid əmək məzuniyyətinə çıxması ilə bağlı Qazax–rəsmi şəkildə Tovuz Regional Təhsil İdarəsinə müraciət etməmişdir. Buna baxmayaraq, Şahid dəfələrlə məzuniyyətə çıxmalı olduğu bildirilsə də o, əmək məzuniyyətinə çıxmaq istəməmiş və kompensasiya ödənilməsi ilə bağlı ərizə yazmamışdır. Bununla belə xx.xx.2024–cü il tarixdən ona 42 təqvim günü müddətinə əmək məzuniyyəti verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2011–ci il tarixli 177 saylı əmrdən görünür ki, Şahid 28 sentyabr 2011–ci il tarixdən Şəmkir şəhər 8 saylı körpələr evi–uşaq bağçasına tərbiyəçi–müəllim vəzifəsinə təyin edilmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli K–304 saylı əmrdən görünür ki, Şəmkir şəhər 8 saylı körpələr evi–uşaq bağçasının vakant olan müdir vəzifəsinin icrası 03 ay müddətinə Şahid həvalə edilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli, xx.xx.2023–cü il tarixli, xx.xx.2023–cü il tarixli, xx.xx.2023–cü il tarixli, xx.xx.2024–cü il tarixli və xx.xx.2024–cü il tarixli əmrlərdən görünür ki, Şəmkir şəhər 8 saylı körpələr evi–uşaq bağçasının vakant olan müdir vəzifəsinin icrası hər əmr üzrə 03 ay olmaqla, Şahid həvalə edilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli, xx.xx.2024–cü il tarixli və xx.xx.2024–cü il tarixli telerqamlardan görünür ki, Şahid atası X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinə müraciət edərək 2 ildir ki, qızına əmək məzuniyyəti verilməməsini, bununla bağlı köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan “Həvalənin dayandırılması barədə” əmrdən görünür ki, xx.xx.2024– cü il tarixdən Şəmkir şəhər 8 saylı körpələr evi–uşaq bağçasının müdir vəzifəsinin Şahid həvaləsi dayandırılmışdır. İşdə olan xx.xx.2024–cü il tarixli 41 nömrəli əmrdən çıxarışdan görünür ki, xx.xx.2024–cü il tarixdən 2023–2024–cü iş ili üçün Şahid 42 təqvim günü əmək məzuniyyəti verilmişdir. İşdə olan 15 oktyabr 2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şahid məzuniyyət hüquqlarının pozulması, işçiyə əmək məzuniyyətinin verilməməsi, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan 21 oktyabr 2024–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5–ci maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X4 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 60.1–ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı–ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3–cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə kifayət qədər imkan yaradılmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Şəmkir şəhər 8 saylı körpələr evi–uşaq bağçasının tərbiyəçi– müəllimi Şahid işlədiyi müddətin son 2 ili ərzində məznuiyyət verilməmiş, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiya ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114–cü maddəsinin 1–ci hissəsinə əsasən əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir. Həmin Məcəllənin 118–ci maddəsinin 2–ci hissəsinin “a” bəndinə əsasən uşaq evlərinin, məktəbəqədər təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi–müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir. Həmin Məcəllənin 135–ci maddəsinin 1–ci hissəsinə əsasən bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Həmin Məcəllənin 135–ci maddəsinin 2–ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. İş materialları ilə müəyyən olunur ki, işçiyə 2 il ərzində məznuiyyət verilməmiş, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiya ödənilməmişdir. Bu səbəbdən Şahid məcbur olub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinə müraciət etmişdir. Yalnız onun müraciətindən sonra, yəni xx.xx.2024–cü il tarixdə ona əmək məzuniyyəti verilmişdir. İşçiyə xx.xx.2024–cü il tarixdə əmək məzuniyyəti verilməsi bir daha onu sübut edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsi tərəfindən Şahid vaxtında əmək məzuniyyəti verilməmiş, yalnız onun şikayətindən sonra məzuniyyət verilməsi təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5–ci maddəsinə əsasən işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax– Tovuz Regional Təhsil İdarəsi tərəfindən işçinin məzuniyyət hüquqlarının pozulmasına yol verilmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsi tərəfindən haqlı olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin əməkdaşı X8 ifadəsində Şahid əmək məzuniyyətinə çıxması və ya kompensasiya ödənilməsi ilə bağlı ərizə təqdim etmədiyini bildirsə də, məhkəmə qeyd edir ki, qanunvericilikdə işçinin əmək məzuniyyəti ilə bağlı normalar imperativ xarakter daşıyır və həmin məsələnin həlli işəgötürənin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5–ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinin 21 oktyabr 2024– cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5–ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinin 21 oktyabr 2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5–ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair 21 oktyabr 2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1187/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1187/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver