Məhkəmə qərarları › İş №3(076)-1187/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1187/2025

17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1187/2025 17.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X5 Məsail oğlunun sədrliyi, Rzazadə Leyla Elçin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs,protokolu tərtib edən şəxs Yol patrul xidmətinin inspektoru polis baş serjantı X1 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 333-1.1-ci maddəsi ilə Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir rayon, Yol patrul xidməti inspektoru, polis baş serjant X3, tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə «VOLKSWAGEN CRAFTER » minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXMnin 356.1-cİ və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə saxlanmış və yoxlama zamanı 4412/2025 saylı tibbi müayinə protokoluna əsasən sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən olmuşdur. Bununla o, İXMin 333-1.1-ci maddəsində ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib edən şəxs Yol patrul xidmətinin inspektoru polis baş serjantı X3 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs tərəfindən idarə edilən «VOLKSWAGEN CRAFTER » minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən Bakı-Qazax yolunun 380-ci kilometirliyində Şəmkir Postunda sənədlərin yoxlanması məqəsdi ilə saxlanılmış,yoxlama zamanı tərəfimizdən onun nitqində qüsur və hərəkətlərində qəribəlik müşahidə edildiyindən sərxoşluq vəziyyətinin bütün hallarının təyini məqsədi ilə aparılan müayinəyə cəlb edilmiş,müayinə zamanı sidikdə narkotik (T.H.C AMP) olduğu müəyyən edilmişdir.Bu səbəbdən İXM-nin 333.1-1-ci maddəsi ilə barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xəta ilə bağlı təqsirini etiraf edərək öz izahatında bildirib ki, xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi «VOLKSWAGEN CRAFTER » minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən,YPX Şəmkir postunda yol polisinin verdiyi saxlama işarəsi ilə dayanmış,yoxlama zamanı polis əməkdaşı tərəfindən onun nitqində qüsur və hərəkətlərində qəribəlik müşahidə edildiyindən sərxoşluq vəziyyətinin bütün hallarının təyini məqsədi ilə aparılan müayinəyə cəlb edilmiş,müayinə zamanı sidikdə narkotik (T.H.C AMP) vasitə aşkarlanmışdır.Hazırda sürüclük fəaliyyəti ilə məşğuldur və gündəlik gəlirini sürücülükdən əldə etdiyi qazanc təşkil edir. Narkotik vasitəni 2013-cü ildən etibarən istifadə edir.Sonuncu dəfə dəvət edildiyi mərasimdə istifadə etdiyini bildirir.X4 Universtitinin nəzdində təhsil alan iki gənc övladı vardır.Nəqliyyat vasitəsi idarəetmə hüququ məhdudlaşdırılarsa övladlarının təhsil xərclərini qarşılaya bilməyəcəkdir.Etdiyi əməldən səmimi olaraq peşmandır.Məhkəmədən qərar qəbul edilərkən ailə vəziyyətinin nəzərə alınmasını və barəsində cərimə növündə cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli 4412/2025 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sərxoşluq müayinəsindən keçmiş və siydikdə narkotik (T.H.C AMP) olduğu müəyyən edilmişdir. İXM-nin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə «VOLKSWAGEN CRAFTER» minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası 356.1-cİ və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə saxlanılmış və yoxlama zamanı 4412/2025 saylı tibbi müayinə protokoluna əsasən sürücünün avtomobili narkotik maddənin təsiri altında idarə etməsi müəyyən olunmuşdur. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünü təqsirli bilməsi ilə yanaşı işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-nin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri iş üzrə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətini təyin edən akt, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəlişəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını, Şəxs səmimi peşmançılığını,himayəsində təhsil alan iki gənc övladı olduğunu və ailənin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Babayev X2 Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin sanksiyası çərçivəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar