Məhkəmə qərarları › İş №3(076)-1190/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1190/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1190/2023 13.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3, 2 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, X3 2 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 2 X7 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli intibati tənbeh vermə haqqında qərarına əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək, 500 manat cərimə edilmişdir. İnzibati xəta haqqında qərardan narazı qalan X6 məhkəməyə şikayət verərək, 2 X7 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli intibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o Şəmkir rayonu, Çənlibel kəndində yaşayır. 2 X7 və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə aparılan monitorinq zamanı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin bölmənin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində 500 (beş yüz) manat inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Şikayətçi qeyd edilən qərarla razı deyil. Belə ki, monitorinq zamanı doğurdan da tullantıları qalaqlayaraq yığmağı müəyyən edilsə də bununla bağlı ona şifahi xəbərdarlıq edilmiş və tullantıları təmizləməyi bildirilmişdir. O, edilmiş xəbərdarlığa əməl edərək bununla bağlı 2 X7 və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli şəxsinə zəng edərək məlumat vermişdir. Lakin buna baxmayaraq əsassız olaraq barəsində qərar qəbul edilmişdir. Bundan başqa barəsində protokol tərtib edilərkən, qərar qəbul edilərkən onun iştirakı təmin edilməmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X6 şikayətin məzmununa uyğun izahat verərək, onun barəsində qəbul edilmiş mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında 2 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahatında göstərdi ki, Məhkəmə, şikayətçinin və 2 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, 2 X7 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli intibati tənbeh vermə haqqında qərarına əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək, 500 manat cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X6 barəsində inzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan bir sıra prosessual tələblər pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin materialları ilə tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək və digər hüquqları vardır. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İş materiallarından görünür ki, inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında icraat aparılan X4 bildiriş təqdim edilməmiş, bununla da İXM-nin 60.3, 61.1, 111.1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında işə baxılması zamanı iştirakının təmin edilməsi zəruridir. X4 inzibati xəta haqqında işə baxılarkən məlumat verilməməsi, inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılması onun müdafiə hüququnu pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X6 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri pozulduğundan və işin halları hər tərəfli araşdırılmadığından, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yenidən araşdırma aparmaq üçün qərarın surəti səlahiyyətli orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 134.1.4, 135.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. 2 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X6 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin İdarəyə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar