Məhkəmə qərarları › İş №3(076)-1190/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1190/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1190/2024 05.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədirliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə, Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Tovuz rayonu rayonu, Sofular kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs MÜƏYYƏNETDİ Şəxs 04 noyabr 2024-cü il tarixdə saat 22:30 radələrində Şəmkir Rayon Polis şöbəsinin qarşısında ucadan nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmiş, həmçinin, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özü etirafedici ifadəsi ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, Tovuz rayonu Sofular kəndində yaşayır, sosial şəbəkədə qızla tanış olmuşdur, tanış olduğu qızın çılpaq şəkillərini, həmin qız başqa oğlanla danışdını bildiyi üçün sosial şəbəkədə paylaşmışdır. Daha sonra Şəmkir RPŞ-yə dəvət edilmişdir və xx.xx.2024-cü il tarixdə Şəmkir RPŞ-nin binasının giriş hissəsində olarkən tanışına əsəbiləşmişdir, bu zaman ətrafda insanların olmasına baxmayaraq ucadan nalayiq ifadələr işlətmiş və yaxınlığında olan polis əməkdaşları onu intizama dəvət etsə də, qanuni tələblərinə tabe olmamışdır. Həmin əmələ görə peşmandır. Odur ki məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş etdi. İşdə olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xırda xuliqanlıq hərəkətləri etdiyinə görə və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmadığı üçün, inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının təmin edilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə saat 00:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələr ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə -fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Azərbaycan Respublikası İXM-in 34.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulduğundan, həbsə almanın əvvəli həmin tarixdən saat 00:20-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 05 noyabr 2024-cü il tarixdən saat 00:20-dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev İş № 3(076)–1190/2024 İNZİBATİ XƏTA HAQQİNDA İŞİN BAXİLMAĞA HAZİRLANMASİ VƏ İNZİBATİ XƏTAYA DAİR İŞLƏRƏ EYNİ VAXTDA BAXİLMASİ HAQQİNDA QƏRARDAD ŞƏMKİR RAYON MƏHKƏMƏSİ xx.xx.2024-cü il Şəmkir şəhəri Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Musayev X2 Rayon Məhkəməsinin icraatında olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin materiallarını nəzərdən keçirib MÜƏYYƏNETDİM: Şəxs 04 noyabr 2024-cü il tarixdə saat 22:30 radələrində Şəmkir Rayon Polis şöbəsinin qarşısında ucadan nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmiş, həmçinin, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin baxılması Şəmkir Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir, işin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcud deyil, inzibati xəta haqqında işin materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir, işin icraatını rədd edən hallar mövcud deyil, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır, iş üzrə vəsatətlər və etiraz yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Odur ki, inzibati xəta haqqında iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 18:00-a təyin edilməsi məqsədə müvafiqdir. Həmçinin, Şəxs tərəfindən törədilmiş inzibati xətaya dair işlərə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 106-cı, 109-cu, 111-ci və 34.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində olan inzibati xəta haqqında işin məhkəmə iclası Şəmkir şəhərinə, Şəmkir Rayon Məhkəməsinin binasına xx.xx.2024-cü il tarixə saat 18:00-a təyin edilsin. İşin məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs və inzibati protokol tərtib etmiş şəxsin iştirakları təmin edilsin. Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı və xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə inzibati iş 3(076)-1190/2024 nömrə ilə qeydiyyata alınsın və həmin işlərə eyni vaxtda baxılsın. Sədrlik edən Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar