Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1191/2024 06.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamaləddin qızının sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş X2 və X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Şəmkir rayonu Düyərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəmkir rayonu Düyərli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci və 535.1-ci maddələri ilə Şəmkir RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəmkir RPŞ-nin Zəyəm PB-nin sahə rəisi, X4 və X1 Elsevər Rizvan oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törətməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə polisin qanuni tələblərini qəsdən pozaraq öz əməllərinin davam etdirmiş və narkotik vasitənin təsirialtında tabesizlik göstərmişdir. Məhkəmə iclası zamanı Şəmkir RPŞ-nin Zəyəm PB-nin sahə rəisi X4 və X8 izahatında göstərdi ki, Şəxs polisin qanuni tələblərini qəsdən pozaraq öz əməllərini davam etdirmişdir və narkotik vasitənin təsirialtında tabesizlik göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci və 535.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, NİVA markalı, **-DC-*** dqn-lı avtomobil ilə saat təxminən 17:35 radələrində Bakı-Qazax yolunun 419 km-də hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən dayandırılmış və etdiyi qayda pozuntusu ona izah etmişlər. Nəqliyyat vasitəsində digər qayda pozuntusu olduğunu bildirmişlər. Ondan sənədlərini alıb yoxlayan zaman sürücülük vəsiqəsinin olmadığını etibarnamə olmadığını bildirmişlər və gözlərinin qızaran əsaslı şübhələr yaranmışdır. Onu sərxoşluq müayinəsindən keçmək üçün həkim müayinəsinə dəvət etmişlər. Müayinə zaman məlum oldu ki, narkotik vasitə istifadə etmişdir. Bugün səhər saatlarında narkotik vasitədən istifadə etdiyini bildirmişdir. O əməlindən peşman olduğunu bildirmiş, bir daha etməyəcəyinə söz vermişdir. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri və Şəmkir RPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamaqla İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 334-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 334-1.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli inzibati qaydada tutulduğu xx.xx.2024-cü il tаrixdən hesablansın. Qərаrın icrаsı Şəmkir rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-1191/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1191/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver