Məhkəmə qərarları › İş №3(076)-1193/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1193/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1193/2025 27.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Məhkəmə iclasının katibi: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31244468 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin vəzifəli şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2–ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, EQ 31244468 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən elktron qaydad qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31244468 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, Baş DYP-nin EQ 29811041 saylı 11 oktysbr 2025-ci il tarixli qərarına əsasən o, 600 manat məbləğində cərimə edilmiş, həmin qərardan o, narazıdır. Belə ki, həmin qərar ona qarşı düzgün qəbul edilməmişdir. 2025-ci ilin avqust ayında o, özünə məxsus Kamaz markalı avtomaşını ilə Ucar rayonundan Bakı istiqamətinə hərəkət edərkən Baş X6inin elektron kamera vasitəsi ilə qərar tətbiq edilərək onun avtomaşınında artıq yük olduğu müəyyən edilmişdir. Buna görə də, onun barəsində AR İXM-nin 353.2-ci maddəsi ilə inzibati qərar tətbiq edilmişdir. Lakin o, həmin vaxt avtomaşınına qanunla nəzərdə tutulmuş yükdən artıq yük götürməmişdir. Hətta bu barədə onun qaiməsində və tərəzi vasitəsi ilə çəkilmiş qəbz sənədlərindədə qeydlər mövcuddur. Buna baxmayaraq DYP-nin elektron kamera vasitəsi heç bir əsas olmadan onun avtomaşınını qeydə almış və guya onun maşınında normadan artıq yük olmasını müyyən edərək ona cərimə tətbiq etmişdir. Buna görə də, Şəmkir Rayon məhkəməsinə müraciət edirək, barəsində İXM-nin 353.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şikayətçi və qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmişlər, bunun səbəbləri barədə məlumat verilməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən elktron qaydad qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31244468 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X3 xx.xx.2025-ci il tarixdə, saat 22:56-də M-2 244.2 km, Ucar şəhəri Bakı istiqamətində idarə etdiyi KAMAZ 55111 yük markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 353.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 600 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş X6i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31244468 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, «Kamaz 55111 ” yük markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci ildə saat 22:56-da Ucar rayonu, Alpout kəndində, Bakı istiqamətidə hərəkətdə olarkən iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edildiyi və həmin xəta il ərzində təkrar törədilsiyi üçün sürücü X3 Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan, ona əlavə edilmiş xüsusi texniki vasitə ilə qeydə alınmış fotoşəkillərdən və fotoşəkillərin üzərində olan qeydlərdən həmçinin görünür ki, inzibati xəta hadisəsi hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi ilə (Kistler 9835A) aşkar edilmişdir. Çəki limiti 40.000 kq (40 ton) olsa da, avtomobilin fatiki çəkisi 46.250 kq olmuşdur. İş materiallarında olan tərəzi qəbzlərindən görünür ki, 57BK211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kütləsi müvafiq olaraq 41.060 kiloqram təşkil etmişdir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, «Kamaz 55111” yük markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci ildə saat 22:56-da Ucar rayonu, Alpout kəndində, Bakı istiqamətidə hərəkətdə olarkən icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşması öz təsdiqini tapmışdır. Bu hal xüsusi texniki vasitə ilə aşkar edilmiş və X3 barəsində elektron inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayətçi barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın əsassız olmasını nəqliyyat vasitəsini icazə verilən çəki həddini aşmamaqla idarə etməsi ilə əlaqələndirsə də, yük maşınında daşıdığı yükün icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Şikayətçinin məhkəməyə təqdim etdiyi qəbzlərdə isə onun normadan az yük daşıdığını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə iş materiallarına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən təqdim edilmiş avtomobil tərəzi qəbzlərinin mənbəyi ilə bağlı sübutların mövcud olmamasını nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş X6i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31244468 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 52-ci bəndinə görə iriqabaritli nəqliyyat vasitəsi- ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. Həmin Qanunun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarı ilə təqsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” qaydasının 1.3-cü bəndinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qaydalara əlavə 2 nömrəli cədvəlin 3.1-ci bəndinə əsasən nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) aşağıdakı hədləri aşmamalıdır: yəhərli avtoqatarlar üçün: ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafəsi 1,3 və ya daha çox, lakin 1,8 m-dən çox olmayan 36 ton, ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafəsi 1,8-dən çox olduqda 38 ton, ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə 40 ton, üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə 40 ton, üçoxlu dartıcı üçoxlu yanmqoşqu ilə 40 ton. Məhkəmə qeyd edir ki, normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin hərəkəti yol örtüyünün vaxtından əvvəl zədələnməsinə, deformasiyasına və infrastrukturun dağılmasına səbəb olur. Bu, yalnız yolun keyfiyyətinə deyil, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinə birbaşa təhdid yaradır. Belə ki, həddindən artıq yüklənmiş nəqliyyat vasitələrinin əyləc məsafəsi uzanır, manevr qabiliyyəti zəifləyir və qəza riski artır. Eyni zamanda, körpü və digər mühəndis qurğularına əlavə yük düşdüyündən, onların daşıma qabiliyyəti azalır və qəza halları baş verə bilər. Buna görə də, icazə verilən çəki hədlərinə riayət edilməsi, həm yol infrastrukturunun qorunması, həm də ümumi hərəkət təhlükəsizliyinin təmin olunması baxımından vacibdir. Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görəfiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindənbilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş X6i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31244468 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən elktron qaydad qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31244468 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən elktron qaydad qəbul edilmiş, fiziki şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31244468 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar