Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1194/2024 07.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1993-cü il tarixdə Şəmkir rayonu, Yeni-Həyat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Şəmkir rayonu, rayonu, Yeni-Həyat kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-950/2022 saylı və xx.xx.2022-ci il tarixli, 2(076)1372/2022 saylı icra sənədləri üzrə yaranmış borcu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Аzərbaycan Рespublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin rəisi, X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-950/2022 saylı icra sənədinə əsasən, Şəxs hər ay iki uşağa görə 140 manat məbləğində aliment alınıb tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2022-ci il tarixli, 2(076)1372/2022 saylı icra sənədinə əsasən, Şəxs icra sənədində adları qeyd olunmuş əşyaların, əşyalar olmadığı təqdirdə həmin əşyaların dəyəri alınıb tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu ödəməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsindən boyun qaçırdığına görə hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-950/2022 saylı icra sənədinə əsasən, ondan hər ay iki uşağa görə 140 manat məbləğində aliment alınıb tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2022-ci il tarixli, 2(076)1372/2022 saylı icra sənədinə əsasən, ondan icra sənədində adları qeyd olunmuş əşyaların, əşyalar olmadığı təqdirdə həmin əşyaların dəyəri alınıb tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu ödəməkdə çətinlik çəkir, hazırkı vaxtda ödəniş edə bilmir. Odur ki qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-950/2022 saylı və xx.xx.2022-ci il tarixli, 2(076)1372/2022 icra sənədləri üzrə, tələbkara məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-950/2022 saylı icra sənədinə əsasən, Şəxs hər ay iki uşağa görə 140 manat məbləğində aliment alınıb tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2022-ci il tarixli, 2(076)1372/2022 saylı icra sənədinə əsasən, ondan icra sənədində adları qeyd olunmuş əşyaların, əşyalar olmadığı təqdirdə həmin əşyaların dəyəri alınıb tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-950/2022 saylı və xx.xx.2022-ci il tarixli, 2(076)1372/2022 saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-950/2022 saylı və xx.xx.2022-ci il tarixli, 2(076)1372/2022 saylı icra sənədləri üzrə tələbləri könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, həmçinin Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını, tədqiq edilmiş digər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında borcunu ödəmək imkanının olmadığını bildirməsinə dair verdiyi izahatını məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. О, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini və Şəxs şəxsiyyətini xarakterizə edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 07 noyabr 2024-cü il tarixdən saat 13:05-dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev İş № 3(076)-1194/2024 QƏRARDAD (inzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında) ŞƏMKİR RAYON MƏHKƏMƏSİ 07 noyabr 2024-cü il Şəmkir şəhəri Мən, Şəmkir Rayon Məhkəməsinin hakimi Musayev X3 Rayon Məhkəməsinin icraatında olan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işin materiallarını nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-950/2022 saylı və xx.xx.2022-ci il tarixli, 2(076)1372/2022 saylı icra sənədləri üzrə yaranmış borcu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İşin baxılması Şəmkir Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir, işin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcud deyil, inzibati xəta haqqında işin materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir, işin icraatını rədd edən hallar mövcud deyil, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır, iş üzrə vəsatətlər və etiraz yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Odur ki, inzibati xəta haqqında iş üzrə məhkəmə iclası 07 noyabr 2024-cü il tarixə saat 12:25-ə təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı, 109-cu və 111-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM Şəxs barəsində olan inzibati xəta haqqında işin məhkəmə iclası Şəmkir şəhərində, Şəmkir Rayon Məhkəməsinin binasına 07 noyabr 2024-cü il tarixə saat 12:25-ə təyin edilsin. İşin məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs və inzibati protokol tərtib etmiş şəxsin iştirakları təmin edilsin. Hakim: Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1194/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1194/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver