Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-12/2024 07.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, tələbkar Zərərçəkmiş şəxs1 Nəsib oğlunun, 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Şəmkir rayonu, Çaparlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi sahibkar VÖEN **********, məhkumluğu olmayan, Şəmkir rayonu, Çaparlı kəndində qeydiyyatda olman və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 bildirdi ki, Gəncə Kommersiya Məhkəməsinin 2- 2(115)-833/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 56000 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs1 Nəsib oğlunun xeyrinə tutulması qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2- 2(115)-502/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs2 ilə Şəxs arasında bağlanmış 26 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə 147000 (bir yüz qırx yeddi min) manat pul, ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci və 437 (dörd yüz otuz yeddi) manat dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsinin **********813400 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 44000 manat məbləğində vergi borcu alınması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərarla Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-833/2021 saylı, xx.xx.2021-ci il tarixli, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-502/2023 saylı, xx.xx.2023-cü il tarixli və 14 saylı Ərazi Vergilər İdarəsinin **********813400 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri bir icraata birləşdirilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəfindən borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Borclu Zərərçəkmiş şəxs1 olan borcundan 1500 manat ödəyib, 54500 manat borcu qalıb. Digər icra sənədləri üzrə ödəniş etməmişdir. Lakin borclu öhdəliyini yerinə yetirməmiş, icra sənədinin icrasından borclu yayınmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o borcunu ziyana etməsi ilə əlaqədar ödəyə bilməmişdir. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vətəntaşlardan nisyə pomidor alaraq Rusiya Federasiyasına göndərmiş, ixrac etdiyi pomidor məhsulu yolda məhv olduğu üçün hazırki borcu yaranmış, özü də ziyan etmişdır. Bu səbəbdən borcunu ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs1 olan borcundan 1500 manat və 5000 manat olmaqla cəmi 6500 manat ödəyib. Zərərçəkmiş şəxs2 ödəniş etməmişdir, çünki ona ayda 1000 manat ödəniş etmək istədiyində Ramil ondan hər ay 20000 manat tələb etmişdir. Vergiyə heç bir ödəniş etməmişdir. Hazırda borcundan ödəniş etməsi mümkün deyildir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs1 Nəsib oğlu izahatında bildirdi ki, Şəxs ilə aralarında olan razılaşmaya əsasən nisyə satıb pulunu qaytarması müqabilində tərəvəz vermiş, lakin borclu aldğı malın pulunu qaytarmamışdır. Lakin borclu icra sənədi üzrə ona borcundan uzun müddət keçməsinə baxmayaraq ödəniş etməmişdir. Borclu ona olan borcundan 1500 manat bir və 5000 manat bir olmaqla cəmi 6500 manat ödəyib. O qalan borcun ödənilməsini əks təqdirdə borclunun barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 izahatında bildirdi ki, borclu icra sənədi üzrə borcundan uzun müddət keçməsinə baxmayaraq ödəniş etməmiş və ödəniş etmək niyyəti yoxdur. O borcun ödənilməsini əks təqdirdə borclunun inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə əvvəlki iclasında iştirak etmiş tələbkar Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, o, Şəxs ilə aralarında olan razılaşmaya əsasən nisyə satıb pulunu qaytarması müqabilində tərəvəz vermiş, lakin borclu aldğı malın pulunu qaytarmamışdır. Lakin borclu icra sənədi üzrə ona borcundan uzun müddət keçməsinə baxmayaraq ödəniş etməmiş və ödəniş etmək niyyəti yoxdur. O borcun ödənilməsini əks təqdirdə borclunun inzibati qaydada həbs olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tələbkar Zərərçəkmiş şəxs2 sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan inzbati işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-833/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 56000 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs1 Nəsib oğlunun xeyrinə tutulması qət edilmişdir. Budan başqa Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-502/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs2 ilə Şəxs arasında bağlanmış 26 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə 147000 (bir yüz qırx yeddi min) manat pul, ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci və 437 (dörd yüz otuz yeddi) manat dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. Bundan başqa əlavə 14 saylı Ərazi Vergilər İdarəsinin **********813400 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 44000 manat məbləğində vergi borcu alınması qərara alınmışdır. xx.xx.2023cü il tarixli qərarla Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-833/2021 saylı, xx.xx.2021-ci il tarixli, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-502/2023 saylı, xx.xx.2023-cü il tarixli və 14 saylı Ərazi Vergilər İdarəsinin **********813400 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri bir icraata birləşdirilmişdir. Borclu tələbkar Zərərçəkmiş şəxs1 olan borcundan 1500 manat ödəmiş, 54500 manat borcu qalmışdır. İcra sənədləri üzrə ödəniş etməmişdir. Borclu öhdəliyini yerinə yetirməmiş, icra sənədlərinin icrasından borclu yayınmışdır. Həmçinin müəyyən edilir ki, borclu Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxs olmaqla adına ********** saylı qüvvədə olan VÖEN vardır və onu bu fəaliyyəti nəticəsində borcu yaranmışdır. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzrlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxt verilsədə, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədini icra etmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İş materiallarına əlavə edilmiş elektoron sorğu məlumatlarından görünür ki, Şəxs adına ********** saylı VOEN vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1.-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, adına VÖEN olmaqla vəzifəli şəxs hesab edilməsini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-12/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-12/2024
07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver