Məhkəmə qərarları › İş №3(076)-120/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-120/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-120/2023 19.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir RPŞ-nin Zəyəm PB-nin polis sahə rəisi: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Şəmkir rayonu, Düyərli kəndində aнадан олмуш, Азярбайжан Республикасы вятяндашы, orta təhsilli, işsiz, Şəmkir rayonu, Düyərli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Азярбайжан Республикасы Иnzibati Хətalar Мəcəlləsinин 510 və 535.1-ci маддяlərи иля nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola aчыг мящкямя ижласында бахараг MÜƏYYƏN ETDİ : Şəxs оьлу 18 yanvar 2023-cü il tarixdə saat 20 radələrində sərxoş vəziyyətdə Şəmkir RPŞ-nin Zəyəm PB-nin polis sahə rəisi X2 zəng edərək ucadan nalayiq söyüşlər söyməklə xırda xuliqanlıq etmiş, həmçinin, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Бу щярякятляри иля Şəxs оьлу Azərbaycan Respublikası ИХМ-ин 510 və 535.1-ci maddələrindən нязярдя тутулан инзибати хятаны тюрятмишдир. Şəxs оьлуnun щямин инзибати хятаны тюрятмяси özünü etirafı, şahid ifadələri вя ишдя олан сянядлярля tam тясдиг олунmuşdur. Məhkəmə iclasında Şəxs оьлу özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, 2022-ci ilin dekabr ayında Şəmkir rayonu, Düyərli kəndində yerləşən mağazasında pirotexniki vasitə aşkar edildiyi üçün Şəmkir RPŞ-nin Zəyəm PB-nin polis sahə rəisi X3 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. 18 yanvar 2023-cü il tarixdə saat 20 radələrində sərxoş vəziyyətdə olduğu üçün barəsində protokol tərtib edilməsinə əsəbiləşmiş və X2 zəng edərək telefonda nalayiq söyüşlər söymüşdür. Ziyəddin Yahyayev onun əməlini protokollaşdırmış və bu səbəbdən saat 21 radələrində polis əməkdaşları onun mağazasına gələrək izahatının alınması üçün bölməyə dəvət etmişlər. Lakin polisin qanuni tələblərinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır. İnzibati xətanı sərxoş halda olması səbəbindən törətmişdir. Odur ki, məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin Zəyəm PB-nin polis sahə rəisi vəzifəsində işləyir. 18 yanvar 2023-cü il tarixdə saat 20 radələrində barəsində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə protokol tərtib etdiyi Şəxs sərxoş vəziyyətdə ona zəng edərək nə səbəbə məhkəməyə gəlməməsini soruşmuş, daha sonra onun ünvanına nalayıq sözlər işlətmiş və onu “söhbətə” çağırmışdır. Həmin vaxt telefonu səs ucaldana qoymuş və yanında olan digər polis əməkdaşları da Şəxs danışıqlarını eşitmişdir. Bundan sonra Şəxs hərəkəti barədə raportla rəhbərliyə müraciət etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin Zəyəm PB-nin polis nəfəridir. 18 yanvar 2023-cü il tarixdə saat 20 radələrində Şəmkir RPŞ-nin Zəyəm PB-də olarkən Şəmkir rayonu, Düyərli kənd sakini Şəxs bölmənin polis sahə rəisi X2 zəng edərək onun ünvanına nalayiq sözlərlə söymüşdür. Həmin vaxt Ziyəddin Yahyayev telefonu səs ucaldana qoymuş və onlar da Şəxs danışıqlarını eşitmişdir. Bundan sonra Ziyəddin Yahyayev Şəxs hərəkəti barədə raportla rəhbərliyə müraciət etmişdir. Həmin gün saat 21 radələrində Şəxs izahatının alınması üçün bölməyə dəvət etmək məqsədilə Şəmkir rayonu, Düyərli kəndində yerləşən mağazasına getmişlər. Lakin Şəxs sərxoş vəziyyətdə polisə tabe olmamışdır. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, şahid ifadələrini, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələr ilə təqsirli bilinərək tənbeh edilməlidir. Məhkəmə, Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs inzibati xəta hadisəsini sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə -fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Azərbaycan Respublikası İXM-in 34.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs Азярбайжан Республикасы ИХМ-ин 510 və 535.1-ci маддяlərиндя нязярдя тутулмуш инзибати хятаны тюрятмякдя тягсирли билиниб, inzibati qaydada həbs edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Şəxs 18 yanvar 2023-жü il tarixdə inzibati qaydada tutulduğundan, həbsə almanın əvvəli 18 yanvar 2023-жü il tarixdən saat 21:00dan hesablanmalıdır. Эюстярилянляря ясасян вя Azərbaycan Respublikası ИХМ-нин 40, 43, 48-51, 114, 128-130-жu маддялярини рящбяр тутараг, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Щябся almanın яввяли 18 yanvar 2023-жü ил тарихдян saat 21:00-dan щесаблансын. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar