Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1201/2023 21.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Şəmkir RPŞ-nin Kür PB-nin polis sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-cü il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i m: Şəmkir RPŞ-nin Kür PB-nin polis sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəmkir RPŞ-nin Kür PB-nin polis sahə rəisi, polis baş leytenantı X4 göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-nin Kür PB-nin polis nəfəri, polis baş serjantı Rəfi Mirzəyev raportla Kür PB-nə müraciət edərək Şəmkir rayonu, Mahmudlu kəndində yaşayan Şəxs həmin tarixdə bir ədəd 16 çaplı, yivsiz, tək lüləli ov silahını Kür PB-nə gətirərək könüllü təqdim etməsini bildirmişdir. Həmin raport xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-nin Kür PB-də HK-1/676 sayda qeydə alınaraq icraatıma daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Şəmkir rayonu, Mahmudlu kəndində yaşayan Şəxs bir ədəd “İJ” markalı, 16 kalibrli, lüləyinə 18810 əlcəyinə isə 18810 nömrəsi həkk olunmuş ov silahını təqdim etdi. Şəxs təqdim etdiyi ov silahına baxış keçirilmiş, baxış zamanı ov silahının lüləyinə 18810, əlcəyinə isə 18810 nömrəsinin yazılması müşahidə edilmişdir. Həmin ov silahı maddi sübut kəsb etdiyindən maddi sübut qismində götürülmüşdür. Bu barədə protokol tərtib edilərək materiala əlavə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Mərhum babası Səməndər Verdiyev məxsus İJ markalı, 16 kalibrli, yivsiz. tək lüləli, lülək nömrəsi 1956, əlcək nömrəsi isə 18810 olan, heç bir qeydiyyatı olmayan öv tüfəngi vardır və rəhmətə getdikdən sonra həmin silah onun yaşadığı evdə qaldığını bildirmişdir. O, həmin silahi Şəmkir rayonu, Mahmudlu kəndində yaşadığı evdə saxlamışdır. Həmin silahı heç bir yerdə istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində mərhum babası Səməndər Verdiyevə məxsus İJ markalı, 16 kalibrli, yivsiz, tək lüləli, lülək nömrəsi 1956, əlcək nömrəsi isə 18810 olan, heç bir qeydiyyatı olmayan öv tüfəngini gətirərək könüllü surətdə Şəmkir RPŞ-nin Kür PB-nə təhvil vermək istəyən zaman polis əməkdaşları ona yaxınlşaraq həmin silahın kimə məxsus olduğunu və silahın sənədinin olub-olmamasını soruşmuşdur. O, isə həmin silahın mərhum babasındaa yadigar qaldığını, heç bir sənədi olmadığını və könüllü olaraq polisə təhvil vermək məqsədi ilə özü ilə götürdüyünü bildirmişdir Məhkəmə, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, protokol düzgün tərtib edilmədiyindən və materiallar natamam olduğundan, məhkəmə icraatı çərçivəsində isə tamamlanması mümkün olmadığından protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. İnzibati material nəzərdən keçirilərkən müəyyən olunur ki, protokola inzibati xəta haqqında işə baxılması zamanı müvafiq araşdırmanın aparılması üçün zəruri olan sənədlər və məlumatlar, aşkar olunmuş silahın mülki və ya odlu silah olması, yivli və ya yivsiz silah olması, silahın hissə və mexanizmlərinin üzərində kustar üsulla sonradan silahın təyinatını dəyişdirən hər hansı bir əlavə dəyişikliyin edilib-edilməməsi, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olmasının müəyyən edilməsinə dair heç bir sübut və ya ekspert rəyi əlavə edilməmiş, inzibati protokol barəsində inzibati iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106- 111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Şəmkir RPŞ-nin Kür PB-dən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1201/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1201/2023
21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver