Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1206/2024 05.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Tələbkar: Zərərçəkmiş şəxs Fərhad oğlunun, Barəsində: inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1998-ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1184/2021 saylı icra sənədi üzrə yaranmış borcunu ödəmədiyi üçün, inzibati tənbeh almasına baxmayaraq inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini təkrar olaraq yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1184/2021 saylı icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs Fərhad oğlunun xx.xx.2017-ci il təvəllüdlü İslam və xx.xx.2019cu il təvəllüdlü Nuran adlı uşaqları ilə Şəxs müşayəti ilə saat 11:00-dan 16:00-dək ünsiyyətdə olmaq hüququ təmin edilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq o, icra sənədi üzrə hərəkətlərdən yayınmışdır. Şəxs bir neçə dəfə icra şöbəsinə dəvət edilərək izahatı alınmış, lakin hazırkı vaxtadək icra məmurunun göstərişlərini yerinə yetirmir. Bununla yanaşı Şəxs barəsində əvvəllər də icra məmurunun tələblərini yerinə yetirmədiyi üçün, xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinin qərarı ilə 500 manat cərimə edilmişdir və həmin tənbehin tətbiqindən bir il müddət keçməmiş, yenə də borclu icra məmurunun tələblərini yerinə yetirmir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs Fərhad oğlu izahatında göstərdi ki, Şəxs icra sənədinin icra edilməsindən qərəzli şəkildə yayınır. Bu səbəbdən ondan şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1184/2021 saylı icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs Fərhad oğlunun xx.xx.2017-ci il təvəllüdlü İslam və xx.xx.2019-cu il təvəllüdlü Nuran adlı uşaqları ilə onun müşayəti ilə saat 11:00-dan 16:00-dək ünsiyyətdə olmaq hüququ təmin edilməsi qət edilmişdir. Zərərçəkmiş şəxs aliment üzrə öhdəliyini yerinə yetirmir, aliment borcundan ödəniş etmir, bundan əlavə uşaqları saxlamağa şəraiti yoxdur. Hazırda həmin icra sənədindəki hərəkətləri yerinə yetirməkdən boyun qaçırmır. Belə ki, o xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə icra sənədinin icrası ilə əlaqədar azyaşlı uşaqları Nuran və İslamla birgə İcra Şöbəsinə getsə də, tələbkar Zərərçəkmiş şəxs qabaqcadan məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Həmçinin qeyd etmək istəyir ki, icra məmurunun çağırışlarına gəlmədiyi vaxtlarda maddi cəhətdən çətinlik çəkdiyi üçün gəlməmişdir, icra sənədindəki hərəkətləri yerinə yetirməkdən boyun qaçırmaq niyyəti yoxdur. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1184/2021 saylı icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs Fərhad oğlunun xx.xx.2017-ci il təvəllüdlü İslam və xx.xx.2019-cu il təvəllüdlü Nuran adlı uşaqları ilə Şəxs müşayəti ilə saat 11:00dan 16:00-dək ünsiyyətdə olmaq hüququ təmin edilməsi qət edilmişdir.. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1184/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)- 1086/2024 saylı qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli akt və telefonoqramlardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə icra sənədinin icrası ilə əlaqədar azyaşlı uşaqları Nuran və İslamla birgə İcra Şöbəsinə getsə də, tələbkar Zərərçəkmiş şəxs qabaqcadan məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədn gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, tələbkarın ərizəsi, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatları, həmçinin, işdə olan aktlar ilə müəyyən edilir ki, Şəxs icra sənədində göstərilən tələbləri yerinə yetirməkdən qəsdən boyun qaçırmamış, o xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə icra sənədinin icrası ilə əlaqədar azyaşlı uşaqları Nuran və İslamla birgə İcra Şöbəsinə getsə də, tələbkar Zərərçəkmiş şəxs qabaqcadan məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1206/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1206/2024
05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver