Məhkəmə qərarları › İş №3(076)-1208/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1208/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1208/2025 21.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Tələbkar: Tagıyeva (İsmayılova) Səadət Asif qızının Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şəmkir şəhəri, 28 May küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-448/2024 saylı icra sənədi üzrə yaranmış 8.740 manat aliment borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Şəxs Hüseyn və Zeynəb adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 190 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı Tagıyeva (İsmayılova) Səadət Asif qızına verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. Həmçinin, borclu icra şöbəsində gəlməkdən boyun qaçırmış, onun yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən borclunun barəsində axtarış elan edilmişdir. Bundan sonra Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən borclu tutularaq icra şöbəsinə təqdim edilmişdir. Hazırda Şəxs icra sənədi üzrə cəmi 8.740 manat aliment borcu vardır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək alimentin ödənilməsindən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ondan Hüseyn və Zeynəb adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 190 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı Tagıyeva (İsmayılova) Səadət Asif qızına verilməsi qət edilmişdir. Barəsində axtarış elan edilənədək borcundan 1.100 manat ödəmiş, lakin, maddi imkanı olmadığından qalan borcunu ödəyə bilməmişdir. Belə ki, özü heç bir yerdə işləmir və maddi cəhətdən çətinlik çəkir. Bununla belə ona vaxt verilərsə borcundan ödəyəcəkdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Tagıyeva (İsmayılova) Səadət Asif qızı izahatında göstərdi ki, maddi vəziyyəti aşağıdır və azyaşlı uşaqlarını saxlamağa imkanı yoxdur. Borclu isə məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti ödəməkdən yayınır. Borclu barəsində axtarış elan edilənədək borcundan 1.100 manat ödəmiş, lakin qalan borcunu ödəməmişdir. Şəxs aliment məbləğini ödəməkdən qəsdən yayınır, ondan şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)- 448/2024 saylı icra vərəqəsindən görünür ki, Şəxs Hüseyn və Zeynəb adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 190 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı Tagıyeva (İsmayılova) Səadət Asif qızına verilməsi qət edilmişdir. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Həmin bildirişi borclu şəxsən imzalayaraq qəbul etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, həmçinin Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun və tələbkarın izahatlarını, tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında borcunu ödəmək imkanının olmadığını bildirməsinə dair verdiyi izahatını məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Həmçinin, müəyyən edilmişdir ki, borclu icra şöbəsinə gəlməkdən, dolayısı ilə alimenti ödəməkdən yayınmış, yalnız barəsində axtarış elan edildikdən sonra saxlanılaraq icra orqanına təqdim edilmişdir. Bu isə bir daha onu sübut edir ki, borclu məhkəmə qətnaməsinin icrasından qərəzli şəkildə boyun qaçırmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, tələbkarın şikayətçi olmasını və Şəxs şəxsiyyətini xarakterizə edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 21 oktyabr 2025-ci il tarixdən saat 18:50-dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar