Məhkəmə qərarları › İş №3(076)-1210/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1210/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1210/2023 06.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Şəmkir rayonu Yol-Patrul Xidmətinin inspektoru, polis kiçik serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Şəmkir rayonu anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 333-1.1-ci maddəsi ilə Şəmkir rayonu Yol-Patrul Xidmətindən daxil olmuş inzibati xəta haqqında iş materialına baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Şəmkir rayonu Yol-Patrul Xidmətinin inspektoru, polis kiçik serjantı X3 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Həmin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolun tərtib edilməsinə əsas kimi Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:40-da VAZ 21214 Minik markalı 50DN957 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Məhkəmə iclasında Şəmkir rayonu Yol-Patrul Xidmətinin inspektoru, polis kiçik serjantı X3 verdiyi izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:40-da VAZ 21214 Minik markalı 50DN957 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.1-ci maddələriində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu zaman həmin avtomobilin sürücüsü Şəxs özünü şübhəli apardığna görə sərxoşluq müayinəsindən keçirilmiş, müayinədə onda narkotik vasitə təsiri altında avtomobil idarə etməsi aşkar edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətmişdir. Qeyd edilənləri nəzərə alınaraq Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikasının İXM-in 333-1.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 00:40-da VAZ 21214 Minik markalı 50DN957 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən polis əməkdaşları işıq cihazlarından düzgün istifadə etməməsi ilə bağlı onu saxlamışlar. Həmin vaxt ondan içkili olduğu soruşulmuşdur. O isə narkotik istifadə etdiyini etiraf etmiş, müayinə zamanı öz təsdiqini tapmışdır. Hazırda əməlindən səmimi peşmandır. Cərimə növündə cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli 2675/2023 nömrəli sərxoşluq vəziyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs müayinədən keçirilmiş və onda sidikdə narkotik vasitəsinin birmomentli immunoxromosrofik test xətti üsulu ilə müayinə zamanı THC aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş suruculuq hüquq haqda vəsiqədən və portal məlumatından görünür ki, Şəxs adına AE ******* saylı B C kateqoriyalı sürücülük vəsiqəsi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 333-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görəaltı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi onun inzibati xəta ilə bağlı təqsirini etiraf etməsi ilə yanaşı iş materialları ilə tam sübuta yetir. Şəxs əməli Şəmkir rayonu Yol-Patrul Xidmətinin inspektoru, polis kiçik serjantı X3 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və tətbiq ediləcək tənbehin onun ailəsinə təsirini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izah edilməlidir ki, Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimə məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar