Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1211/2023 06.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, Şəmkir Rayon Polis Şöbəsinin Kür PB-nin sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Unibankın Şəmkir filialında kredit mütəxəssisi işləyən, məhkumluğu olmayan, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Şəmkir Rayon Polis Şöbəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X2 yaşadığı evdə döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Şəmkir Rayon Polis Şöbəsinin Kür PBnin sahə rəisi X6 izahatında bildirdi ki, X3 ərizə ilə müraciət edərək Şəxs onu döydüyünü bildirmişdir. Bundan sonra təhqiqatda onunla bağlı iş açılmış və ekspertdən rəy alınmış və cinayət işinin başlanılması rədd edilmişdir. Bundan sonra tərəfindən inzibati protokol tərtib edilmişdir. Lakin toplanmış materialda zərərçəkmiş şəxs X1 şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün məhkəməyə təqdim edəbilməmiş, X1 adı, soyadı və ata adanın düzgün yazılıb-yazılmamasını bilmir. Həmçinin zərərçəkmiş şəxs X3 məhkəmə iclasında iştirak etməkdən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, atası Müzakir Abdullayev və Dursun Abdullayevə ilə birlikdə yaşayır. Rəsmi olaraq Şəmkir rayonunda yerləşən Unibankda kredit mütəxəssisi vəzifəsində işləyir. Barəsində şikayət edən Lətafət Abdullayevəm əmisi Şakirin arvadı olması səbəbindən tanıyır. Lətafət Abdullayevə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə onu döydüyünü bildirməsi barədə bildirmiş ki, o, Lətafətin qeyd etdiyi tarixdə və saatda Şəmkir rayonunda yerləşən Unibankda iş yerində olmuşdur. Lətafət adlı şəxsin evində təxminən 2 ay əvvəl qardaşı Asim Abdullayev hörgüçü işləməsi səbəbindən onunla aralarında mübahisə baş vermişdir. Baş vermiş mübahisə səbəbindən Lətafət evlərinə gəlmiş və qardaşına qarğışlar etməyə başladığı üçün o, Lətafətə sözlə evdən çıxmasını bildirmiş və Lətafət evlərini tərk edib getmişdir. Bu hadisədən sonra o, Lətafət adlı şəxsi görməmiş və onunla heç bir əlaqəsi olmamışdır. Odur ki, hadisə bu dediklərindən ibarətdir. Əlavə olaraq bildirdi ki, X1 adı, soyadı və ata adanın düzgün yazılıb-yazılmamasını bilmir. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmiş, həmin Məcəllənin 109.1.6-cı maddəsində yuxarıda göstərilən tələblərə əməl olunmamasına görə inzibati xəta haqqında protokolun baxılmadan onu vermiş orqana qaytarılması nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında material öyrənilərkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol İXM-nin 100.1.6-cı maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1.6-cı maddəsinə əsasən şahidlərin və zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı haqqında məlumatların inzibati xəta haqqında protokolda göstərilməsi zəruri hesab edilmişdir. Buna baxmayaraq, hazırki inzibati xəta haqqında protokolda həmin məlumatlar qeyd edilməmiş, zərərçəkmiş şəxs X1 şəxsiyyətini təsdiq edən sənəd əlavə edilməmişdir. Həmçinin inzibati işə məhkəmədə baxılarkən elektron məhkəmə informasiya sistemində X3 adlı şəxsin mövcüd olması barədə hər hansı bir məlumatın əldə edilməsi mümkün olmamış, bununla da zərərçəkmiş şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs haqqında məlumatların inzibati xəta haqqında protokolda göstərilməməsi həmin protokolun natamamlığına dəlalət edir. Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi inzibati xəta haqqında protokolda göstərilməlidir. İşin müəyyən olunmuş hallardan görünür ki, inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2023-cü il tarixdə X2 döyməsi göstərilsə də, iş materiallarında bu adda zərərçəkmiş şəxsi müəyyən etmək mümkün deyil. Hesab edirəm ki, qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən natamam tərtib olunduğuna görə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəmkir Rayon Polis Şöbəsinin Kür PB-nə geri qaytarılsın. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1211/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1211/2023
06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver