Məhkəmə qərarları › İş №3(076)-1214/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1214/2024

21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1214/2024 21.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və nümayəndəsi X1 iştirakları ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X2 iştirakları ilə, xx.xx.1953-cü il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şəmkir rayonu, A.Seyfəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Şəmkir RPŞ-dən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə qaynı oğlu Zərərçəkmiş şəxs döyərək onun sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Bununla da o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Zərərçəkmiş şəxs qaynının oğludur, təxminən 2-3 ildir ki, bitişik olan məhlələri üstündə mübahisə yaranmışdır. Belə ki, 2-3 il bundan əvvəl günlərin birində evdə olmayan vaxtı həyatyanı sahələrinin sərhəd hissəsində ortada olan setqanı onlar tərəfə gətirərək onların torpağını zəbt etmişdir. Onlar bunu niyə belə etdiyini soruşduqda o heç bir şey etmədiyini hər hansı dəyişiklik etmədiyini bildirmişdir. Bundan sonra aralarında arabir mülki xarakterli olmaqla münaqişlər olmuşdur. xx.xx.2024-cü il tarixdə evdə olan zaman çöldə səs-küy gəldiyini eşitmişdir. Bu zaman o çölə çıxanda qaynı oğlu Elgünün həyat yoldaşı Telmanın yaxasından tutmuşdur o da Elgünün yaxasından tutub kənara itələmişdir. Həmin vaxtı Xəlildə orada olmuşdur. Aralarında mübahisə olan zaman Xəlil və oğlu Elgün onun üzünə tüpürərək təhqir etmişlər. Mübahisə daha da kəskinləşməsin deyə yoldaşı Telmanıda çağırıb evə getmişlər. Qeyd etmək istəyir ki, onlar arasında olan mübahisə ev və həyətyanı sahəsi bitişik olduğu üçün sərhədlərdə yaranan narazılıqlar olmuşdur. Xəlil və oğlu Elgün onların evinin qarşısında olan yerin həyətyanı sahəsində olan torpaqlarının onlara məxsus olduğu halda həmin yerlərin özlərinə məxsus olduğunu bildirirlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki,Şəxs onun əmisinin həyat yoldaşıdır. Hadisə baş verən gün əmisi ilə onun atası və onun arasında mübahisə baş vermiş, mübahisə zamanı Şəxs evdən çıxaraq onu üzərinə gəlmiş və onun boğazından tutaraq kənara itələmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə qaynı oğlu Zərərçəkmiş şəxs vuraraq sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 oktyabr 2024-cü il tarixli qəraradan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Şəmkir RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, barəsində inzibati protokol tərtib edilmiş Şəxs Zərərçəkmiş şəxs qəsdən vurması, döyməsi və ya ona hər hansı xəsarət yetirməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, “Cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı rədd materialı”nda zərərçəkmiş şəxsin bədən səthində aşkar edilmiş xəsarətlər, yəni sol said nahiyyəsinin yuxarı-orta üçdə birinin ön səthinin sıyrıqları KÜT əşyanın təsərindən törənməsi ekspert rəyində göstərilsə də, həmin xəsarətlərin məhz barəsində protokol tərtib edilmiş şəxs tərəfindən yetirilməsi məhkəmə iclasında tədqiq edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı rədd materialı” və digər sübutlarla öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs Şəxs boğaz nahiyyəsindən tutaraq itələmsini qeyd etsə də, iş materiallarında olan ekspert rəyində Zərərçəkmiş şəxs ümumiyyətlə sifət nahiyəsindən hər hansı xəsarət alması müəyyən edilməmişdir. Bütün bu hallar isə onu deməyə əsas verir ki, Şəxs Zərərçəkmiş şəxs döyərək xəsarət yetirməsi halı istisna edilir. Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 157–ci maddəsindən görünür ki, şəxsin inzibati tənbehə məruz qalması üçün onun döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağır yetirməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası İXM–nin 157–ci maddəsinin tərkibinin yaranması üçün əməl qəsdən törədilməlidir. Məhkəmə hesab edir ki, Şəxs Zərərçəkmiş şəxs qəsdən döyməsi və ya ona qəsdən fiziki ağrı yetirməsi iş materialları ilə istisna olunur və belə olan halda tərəflər arasında qəsdən döymə ilə bağlı hadisə baş verməmişdir. Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar