Məhkəmə qərarları › İş №3(076)-1215/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1215/2024

21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1215/2024 21.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Qazax rayonu, Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Qazax rayonu, Kosalar kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəmkir İcra və Probasiya şöbəsi tərəfindən verilmiş protokoldan görünür ki, əsasən Şəxs, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-692/2023 saylı icra sənədi üzrə yaranmış cəmi 3290 manat aliment borcunu üzrsüz səbəbdən ödəməyərək, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-692/2023 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 70 (yetmiş) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olmuş, daha sonra aidiyyatı üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra işi İcar şöbəsinə daxil olmuş və xx.xx.2024-cü il tarixdə icraatına verilmişdir. İcra işinə baxış keçirilərkən Şəxs tələbkara 3290 manat aliment borcunun olması müəyyən edilmiş, bundan sonra borclu icra şöbəsinə dəvət olunaraq tələbkara olan borcunu ödəməsi təklif olunmuş, lakin Şəxs maddi imkanı olmadığına görə borcunu ödəyə bilmədiyini bildirmişdir. Hazırda Şəxs cəmi 3290 manat aliment borcu vardır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-692/2023 saylı icra sənədinə əsasən, ondan cavabdeh Şəxs xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 70 (yetmiş) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin, Şəmkir rayonunda yaşadığından məhkəmənin qərarından məlumatı olmadığını, Şəmkir Rayon İcra və Probasiya şöbəsinə dəvət olunarkən 3290 manat aliment borcunun olduğunu bilmişdir. Hal-hazırda heç bir yerdə işləmir və ona vaxt verilərsə borcunun hissə-hissə ödəyə bilər. Hazırda maddi imkanı olmadığından borcunu ödəyə bilmir. Qeyd etdiklərini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-692/2023 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 70 (yetmiş) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-692/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, məhkəmə qeyd edir ki, iş materiallarında icra məmuru tərəfindən borcluya ünvanlanmış xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası barədə bildirişin surəti olsa da, onun göndərilmə reyestri aşkar edilməmiş, həmin bildirişin borclu tərəfindən alınması öz təsdiqini tapmamışdır. Həmçinin, iş materiallarında icra məmuru tərəfindən borcluya ünvanlanmış xəbərdarlıq məktubu aşkar edilməmiş, o cümlədən, xəbərdarlığın borclu tərəfindən alınması öz təsdiqini tapmamışdır. Məhkəmə iclası zamanı icra məmurunun izahatından da görünür ki, icra işi Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və heç bir xəbərdarlıq, eyni zamanda heç bir icra hərəkətləri yerinə yetirilmədən, borclunun tələbin yönəldilə biləcəyi digər əmlaklarının olub-olmaması və tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi istiqamətində hər hansı hərəkətlər etməmiş, yəni icra məmuru icra sənədinin icrası ilə bağlı heç bir məcburi icra tədbiri təyin etməmiş, borclu birbaşa icra şöbəsinə dəvət olunaraq barəsində protokol tərtib olunmaqla baxılması üçün məhkəməyə təqdim olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində məcburi icra tədbirlərinin ardıcıllıqla siyahısı verilmiş, həmin maddədə məcburi icra tədbirlərinin, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərdən ibarət olması təsbit edilmişdir. Göründüyü kimi icra məmuru yuxarıda qeyd olunan normanın tələblərini pozaraq heç bir əsas yaranmadan borclu Şəxs barəsində birbaşa son icra tədbiri olan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclası zamanı isə müəyyən edildi ki, borclu Şəxs borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə icra məmuru tərəfindən ünvanına hər hansı xəbərdarlıq məktubu gəlmədiyini və Şəmkir şəhərində yaşadığı üçün icra sənədi barədə məlumatı olmadığını bildirmişdir. Belə olan halda borclunun icra sənədində göstərilən tələbləri qəsdən yerinə yetirməməsi halı müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar