Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1216/2024 21.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1981-ci il tarixdə Şəmkir rayonu, Keçili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Şəmkir rayonu, rayonu, Xuluf kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 10(102)- 69/2024 saylı icra sənədi üzrə yaranmış 9843 manat aliment borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 10(102)-69/2024 saylı qərarı ilə Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Moskva Rayon Məhkəməsinin 2- 5449/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs Əlisəfa oğlundan iddiaçı Zərərçəkmiş şəxs xeyrinə, yetkinlik yaşına çatmayan uşaqları, 16 oktyabr 2009-cu il tarixdə doğulmuş X2 saxlanılması üçün - Sankt-Peterburq şəhəri üzrə əhalinin müvafiq sosial-demoqrafik qrupu üçün (uşaqlara görə) müəyyən edilmiş bir yaşayış minumumu həddində, yəni 11.366 (on bir min üç yüz altmış altı) Publ 10 kopeyk sabit pul məbləğində aliment, mövcud qanunvericiliyə uyğun yaşayış minimunun artmasına mütənasib proporsional olaraq indeksləşdirilməsi şərti ilə, iddianın verildiyi xx.xx.2020-ci il tarixdən etibarən hər ay, uşağın yetkinlik yaşına çatacağı xx.xx.2027-ci il tarixinə kimi tutulması, cavabdeh Eldəniz Yusubovdan 150 (bir yüz əlli) Rubl məbləğində dövlət rüsumu dövlət nəfinə tutulması, cavabdeh Şəxs Əlisəfa oğlundan Rusiya Federasiyasının valyutası, rubl ilə alınmalı məbləğlər, qətnamənin icra olunduğu ödəniş gününə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanması qərara alınmışdır. Lakin Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda Şəxs icra sənədi üzrə cəmi 9843 manat borcu vardır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsindən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 10(102)-69/2024 saylı qərarı ilə Rusiya Federasiyası Sankt- Peterburq şəhəri Moskva Rayon Məhkəməsinin 2-5449/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs Əlisəfa oğlundan iddiaçı Zərərçəkmiş şəxs xeyrinə, yetkinlik yaşına çatmayan uşaqları, 16 oktyabr 2009-cu il tarixdə doğulmuş X2 saxlanılması üçün - Sankt-Peterburq şəhəri üzrə əhalinin müvafiq sosial-demoqrafik qrupu üçün (uşaqlara görə) müəyyən edilmiş bir yaşayış minumumu həddində, yəni 11.366 (on bir min üç yüz altmış altı) Publ 10 kopeyk sabit pul məbləğində aliment, mövcud qanunvericiliyə uyğun yaşayış minimunun artmasına mütənasib proporsional olaraq indeksləşdirilməsi şərti ilə, iddianın verildiyi xx.xx.2020-ci il tarixdən etibarən hər ay, uşağın yetkinlik yaşına çatacağı xx.xx.2027-ci il tarixinə kimi tutulması, cavabdeh Eldəniz Yusubovdan 150 (bir yüz əlli) Rubl məbləğində dövlət rüsumu dövlət nəfinə tutulması, cavabdeh Şəxs Əlisəfa oğlundan Rusiya Federasiyasının valyutası, rubl ilə alınmalı məbləğlər, qətnamənin icra olunduğu ödəniş gününə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanması qərara alınmışdır. Maddi imkanı olmadığına görə aliment borcunu ödəməmişdir. Hazırda heç bir yerdə işləmir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 10(102)-69/2024 saylı icra vərəqəsindən görünür ki, Rusiya Federasiyası Sankt- Peterburq şəhəri Moskva Rayon Məhkəməsinin 2-5449/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs Əlisəfa oğlundan iddiaçı Zərərçəkmiş şəxs xeyrinə, yetkinlik yaşına çatmayan uşaqları, 16 oktyabr 2009-cu il tarixdə doğulmuş X2 saxlanılması üçün - Sankt-Peterburq şəhəri üzrə əhalinin müvafiq sosial-demoqrafik qrupu üçün (uşaqlara görə) müəyyən edilmiş bir yaşayış minumumu həddində, yəni 11.366 (on bir min üç yüz altmış altı) Publ 10 kopeyk sabit pul məbləğində aliment, mövcud qanunvericiliyə uyğun yaşayış minimunun artmasına mütənasib proporsional olaraq indeksləşdirilməsi şərti ilə, iddianın verildiyi xx.xx.2020-ci il tarixdən etibarən hər ay, uşağın yetkinlik yaşına çatacağı xx.xx.2027-ci il tarixinə kimi tutulması, cavabdeh Eldəniz Yusubovdan 150 (bir yüz əlli) Rubl məbləğində dövlət rüsumu dövlət nəfinə tutulması, cavabdeh Şəxs Əlisəfa oğlundan Rusiya Federasiyasının valyutası, rubl ilə alınmalı məbləğlər, qətnamənin icra olunduğu ödəniş gününə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 10(102)-69/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, həmçinin Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun və tələbkarın izahatlarını, tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında borcunu ödəmək imkanının olmadığını bildirməsinə dair verdiyi izahatını məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, tələbkarın şikayətçi olmasını və Şəxs şəxsiyyətini xarakterizə edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 21 noyabr 2024-cü il tarixdən saat 15:40-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1216/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1216/2024
21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver