Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1217/2025 27.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X6 Məsail oğlunun sədrliyi, Rzazadə leyla Elçin qızının katibliyi, Şəmkir RPŞ-in İTB-in sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə, Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli,əvvəllər məhkumluğu olmuş, işsiz,Şəmkir rayonu İrmaşlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində tərtib olunmuş müvafiq olaraq xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 03:30 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının həyətində intizamsızlıq edən zaman polisin qanuni tələblərinə məhəl qoymamış,intizamsızlıq etmişdir.Şəmkir Rayon Mərkəzi Xəstəxanasının həyətində ucadan ünvansız söyüşlər söymüşdür. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi X3 göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 03:30-da inzibati ərazi üzrə xidmətdə olarkən, həmin radələrdə adı onlara sonradan məlum olan şəxsin Şəmkir Rayon Mərkəzi Xəstəxanasının həyətində ünvansız nəlayiq ifadələr işlətdiyini görüb, ona yaxınlaşmışlar və həmin şəxsi nizam-intizma dəvət etmişlər. Lakin Şəxs onlara məhəl qoymayaraq əməllərinə davam etmişdir. Bundan sonra onlar Şəxs sakitləşdirmək istəmişlər,həmin zaman onun içkili olması halı ilə qarşılaşmışlar. Şəxs onlara müqavimət göstərmişdir. Bundan sonra Şəxs həbs edilərək polis şöbəsnə gətirilməsini təmin etmişlər. Odur ki, protokolun dəlillərini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir . Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 27 oktyabr 03:30 radələrində qulağında yaranmış narahatlıq səbəbindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına müayinədən keçmək üçün gəlmiş,həmin zaman sərxoş olduğundan,onun müraciətlərinə baxılmamışdır.Daha sonra o əsəbləşərək özündən çıxmışdır. Özünü xırda xuliqanlıqda və polisə müqavimətdə təqsirli hesab etmir. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının həyətində ucadan ünvansız söyüşlər işlətməmişdir və polisə müqavimət göstərməmişdir. Barəsində başlamış inziabati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki , Şəxs inzibati xəta haqqında işin icraatı təmin etmək məqsədi ilə həmin tarixdə saat 03:40-da tutulmuşdur. Məhkəmə Şəmkir rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 məlumatını, barəsində inzibati icraat aparılan Şəxs izahatını, tədqiq edilmiş digər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edərək və hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi X2 törətdiyi əməldə İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Həmin maddələrlə ilə təqsirli bilinərək tənbeh edilməlidir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs inzibati tərkib olan hərəkətləri sərxoş halda olan şəxs kimi törətdiyindən İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutlmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tədbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmasını nəzərə alaraq cəzanın minumum həddə təyin olunmasını məqsədəuyğun hesab .İXM-nin 510 və 535.1-ci maddələrində nəzərədə tutulmuş inzibati qaydada həbs növündə cəzanınn aşağı həddində təyin edilməsini onun islah olunmasında və cəzanın məqsədinə nail olmasında kifayət hesab edir və göstərilənləri nəzərə alıb hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə olan cəzanını aşağı hədində inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında zəruri hesab edir. Şərh olunanlara əsaslanaraq və İXM-nin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu xx.xx.2025-ci il tarixdən, saat 03:40-dan hesablansın. Qərarın icrası Şəmkir rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Quliyev
Məhkəmə qərarları › İş №3(076)-1217/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1217/2025
27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver