Məhkəmə qərarları › İş №3(076)-1218/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1218/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1218/2024 02.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış: X1 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin rəisi vəzifəsini icra edən X9 iştirakı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1–ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X8 Filialının xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X8 Filialının xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X5 Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X8 Filialının xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X5 şikayətin dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X8 Filialının xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə o, xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Təzəkənd kəndində fərdi yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə etməklə talama nəticəsində 2882.90 manat ziyan vurduğuna görə o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Hesab edir ki, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X8 Filialının xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı Azərbaycan Respublikasının qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri pozularaq qəbul edildiyindən tam əsassızdır və ləğv edilməlidir. İlk öncə barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarda protokolun tərtib edilməsi göstərilsə də, onun bu protokoldan xəbəri yoxdur, bu prokolla tanış deyil və imzalamamışdır. Barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərara baxılan zamanı onun iştirakı təmin olunmamış, inzibati xəta ilə bağlı olan işin baxılmasının vaxtı və yeri barədə ona məlumat verilməmiş, nəticədə qərar qəbul edən səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalara dair müdafiə hüququnu pozmaqla sübutların araşdırılması və qiymətləndirilməsi prinsiplərini pozmuşdur. Yəni barəsində inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmışdır. İşə baxılmasının yeri və vaxtı ona vaxtında bildirilməmiş və bu barədə onun məlumatı olmamışdır. Həmçinin qərarda qeyd olunur ki, o yaşadığı fərdi yaşayış evinə sayğacdan kənar elektrik enerjisi istifadə etmişdir. Lakin onun tərəfindən elektrik enerjisinə heç bir qanunusz qoşulma olmamışdır. Qeyd olunanlar tam əsassızdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin əməkdaşları tərəfində qeydə alınmış video görüntüdə onun tərəfindən yaşadığı fərdi yaşayış evinə heç bir qanunsuz sayğacdan kənar elektrik enerjisinin istifadə edilmədiyi görünür. Göründüyü kimi, onun tərəfindən heç bir qanunsuz qoşulma olmadığı halda onun barəsində əsassız olaraq heç bir araşdırılma aparılmadan və heç bir əsaslı sübut olmadan qeyd olunan protokolun və qərarın verilməsi tam əsassızıdır. Beləliklə, onun Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermədiyi halda, barəsində əsassız və qanunsuz olaraq 100 manat cərimənin tətbiq edilməsi barədə qərar qəbul olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X8 Filialının xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin rəisi vəzifəsini icra edən X13 məhkəmə iclası zamanı şikayətin dəlillərini qəbul etməyərək göstərdi ki, Şəmkir Rayon Prokurorluğu Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan X1 elektrik enerjisini talaması nəticəsində "Azərişıq” ASC-yə az miqdarda ziyan vurduğuna görə sonuncunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuş və iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X4 Agentliyinin Tovuz filialının rəisi X7 tərəfindən X5 barəsində inzibati araşdırma aparılması barədə qərar qəbul edilmiş və işə baxılması X6 inzibati binasında (ünvan: Şəmkir şəhəri, Cahangir Əliyev küçəsi) 07 noyabr 2024-cü il tarixdə, saat 11:00-a təyin edilmiş və inzibati xəta haqqında işə baxılması barədə xx.xx.2024-cü il tarixli bildiriş X2 göndərilmişdir. X5 xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Təzəkənd kəndində fərdi yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə etməklə talama nəticəsində 2882.90 manat ziyan vurduğuna görə Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X8 Filialının xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X8 Filialının xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Odur ki, məhkəmədən barəsində qərar çıxarılmış X1 şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan Şəmkir Rayon Prokurorluğunun 04-ix-24 saylı inzibati xəta haqqında iş üzrə icraat materialında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fiziki şəxs X5 "xxxx" ASC-nin ORACLE məlumat satış bazasında istehlakçı kodu **********00277 olan abonent kimi qeydə alınıb 2024-cü ilin iyun ayında Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən yaşadığı fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil etməklə az miqdarda elektrik enerjisini talamış, "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən 12 iyul 2024-cü il tarixdə İntiqam Babayevin adına rəsmiləşdirilmiş VİKO-580 tipli, zavod nömrəsi 3587921M olan sayğac uçot dəstinə baxış keçirilən zaman fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğuna görə "Akt NÍM №002395" saylı akt tərtib edilərək 2.882.90(iki min səkkiz yüz səksən iki manat doxsan qəpik) itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmış, bundan sonra araşdırma zamanı X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi əlamətlərinin olması müəyyən edilərək barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilərək materialla birlikdə baxılması üçün aidiyyati üzrə Azərbaycan Respublikası Energetika Nazirliyinə göndərilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəmkir rayonu, Təzəkənd kənd sakini X1 yaşadığı fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil etməklə az miqdarda elektrik enerjisini talan etməsi faktına görə Şəmkir rayon prokurorluğunda araşdırması aparılan 1618-D- 24 nömrəli materialın icrası ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 236cı maddəsini rəhbər tutaraq "Azərişıq” ASC tərəfindən təqdim edilmiş 1 ədəd CD diskdə olan videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı diskin içərisində DVD formatlı 3 ədəd fayl müəyyən edilmiş, 1-ci faylda olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü 01:59 dəqiqədən ibarət olub "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşı tərəfindən abonent İntiqam Babayevin adına olan sayğac uçot dəstinə keçirilən baxışdan ibarətdir. Baxış zamanı fərdi yaşayış evinə sayğac sistemindən kənar xəttin daxil olması, kənar faza xəttinin fərdi yaşayış evinin qarşısındakı 0,4 kv-luq sayğacları qidalandıran sipp xəttindən qoşularaq torpaq qatının alt hissəsi ilə su borusunun içərisi ilə fərdi yaşayış evinə çəkilməsi aşkar edilmişdir. 2-ci faylda olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü 15 saniyədən ibarətdir. Videogörüntüdə "Azərişıq” ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşı İntiqam Babayevin yaşadığı evi göstərərək kənar xəttin həmin evə daxil olduğunu bildirir. 3-cü faylda olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü 03:16 dəqiqədən ibarətdir. Videogörüntüdə "Azərişıq” ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları ilə X3 Arzu İntiqam oğlu arasında baş vermiş danışıqlar öz əksini tapır. Baxış zamanı Satışa Nəzarət İdarəsinin əməkdaşının Arzu Babayevə yaşadığı fərdi yaşayış evinə kənar faza xəttinin daxil olmasını izah edərək bu barədə akt tərtib etdiyi, sonuncunun törətdiyi pozuntunu etiraf edərək əməkdaşdan sənədləşmə aparmamasının xahiş etdiyi görünür. İşdə olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X8 Filialının xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Təzəkənd kəndində fərdi yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə etməklə 2882.90 manat ziyan vurduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1–ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X1 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən, müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X5 xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Təzəkənd kəndində fərdi yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə etməklə talama nəticəsində 2882.90 manat ziyan vurmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1–ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1–ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Bundan sonra Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X8 Filialının vəzifəli şəxsi tərəfindən haqlı olaraq X1 barəsində inzibati xəta haqqında protokol tərtib edilərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1–ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X8 Filialının xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1–ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X8 Filialının xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X8 Filialının vəzifəli şəxsinin, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1–ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar