Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1219/2024 22.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş “iddia ərizəsi” üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan narazı qalan X1 rayon Məhkəməsinə “iddia ərizəsi” verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, X4 tərəfindən inzibati tənbeh vermə haqqında qərardan şikayət verməli olduğu halda, məhkəməyə “iddia ərizəsi” təqdim edərək tərəfləri “iddiaçı”, “cavabdeh” adlandıraraq, iddia ərizəsinin xahiş etdi hissəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Qeyd olunan Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X4 onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verməli olduğu halda “iddia ərizəsi” verildiyindən, onun həmin “iddia ərizəsi”nə baxılmasından imtina olunmalı, Ceyhun Bayramovun onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmasından imtina edilsin və şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə X3 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-1219/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1219/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver