Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1221/2023 11.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs Şəmkir RPŞ-nin Kür PB-nin sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəmkir RPŞ-nin Kür PB-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəmkir RPŞ-nin Kür PB-nin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim etmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolda qeyd edilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəmkir RPŞ-nin Kür PB-nin sahə rəisi, polis baş leytenantı X3 protokolu müdafiə edərək bildirdi ki, Şəmkir RPŞ-nin Kür PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahmar Quliyev xx.xx.2023- cü il tarixdə Şəmkir RPŞ-nin Kür PB-nə raportla məruzə edərək Şəmkir rayonu Mahmudlu kəndində yaşayan Şəxs narkotik vasitə istifadə etməsində şübəli olduğuna görə həmin şəxsin narkotik vasitə istifadəçisi olub-olmaması barədə yoxlama aparılmasını bildirmişdir. Şahmar Quliyevin yazdığı raport xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-də HK-1/801 sayda qeydə alınaraq icraatıma daxil olmuşdur. Material üzrə araşdırma zamanı izahatı alınmış Şəxs göstərmişdir ki, təxminən bir ay bundan əvvəl Rusiya Federasiyasında olan zaman tanımadığı şəxsdən almış, onu siqaret bükümünə doldurub çəkmiş, əvvəllər də bir neçə dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Şəxs hər hansı narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarından istifadə edib-etməməsinin, narkomaniya ilə bağlı hər hansı bir xəstəlik keçirib-keçirməməsinin, məcbur müalicəyə ehtiyacı olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə-narkoloji ekspertizası təyin edilərək rəy alınmışdır. xx.xx.2023-cü il tarixdə sərxoşluq hallarının bütün növlərinin təyini məşədi ilə Gəncə şəhər narkoloji dispanserdə aparılan tibbi müayinə zamanı tərtib olunmuş 2384/2023 saylı protokolda Şəxs sidik nümunəsinin tərkibində marixuana aşkar olunduğu göstərilmişdir. Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma Azərbaycan Respublikası CM-nin 234-cü maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Belə olan halda Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin olması istisna edilir. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Bundan sonra cinayət işinin başlanılması rədd edilmiş, tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərbil edilmişdir. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, təxminən bir ay bundan əvvəl Rusiya Federasiyasında olan zaman tanımadığı şəxsdən marixuana almış, onu siqaret bükümünə doldurub çəkmiş, əvvəllər də bir neçə dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Belə ki, yeyib-içdikdən sonra narkotik qəbul etmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində qərar qəbul edilərkən etdiyi əməldən səmimi peşman olmasını nəzərə alınaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarına əlavə edilmiş: İşdə olan xx.xx.2023-cü il tarixli şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:05-də tutulmuşdur. Şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Şəmkir rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan xx.xx.2023-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində narkotik vasitə THC aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən, saat 13:05-dən hesablanmalı, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 20 (iyirmi) gün müddətində həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan xx.xx.2023-cü il tarixdən, saat 13:05-dən hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Həbsdə saxlanma ilə bağlı qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs narkoloji dispanserdə qeydiyyata alınması və narkomaniyadan məcburi müalicəsinin icrasına nəzarət yaşadığı yer üzrə Şəmkir Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1221/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1221/2023
11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver