Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1222/2025 27.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Cəfərova Aygün Musa qızının katibliyi ilə DİN BDYP-nin xx.xx.2025-ci il tarixli EQ29632290 sayılı qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X1 verdiyi vəsatətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 DİN BDYP-nin vəzifəli şəxsi tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında EQ29632290 nömrəli qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, sürücü işləyir, xx.xx.2025-ci il Qaradağ rayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus zavoda daxil olmuş, avtomobili müvafiq qaydada yüklədikdən sonra Gürcüstan Respublikasına yükün çatdırılması məqsəsdi ilə yola düşmüşdür. Şikayət ərizəsinə əlavə etdiyi 81001368 nömrəli əmtəə-nəqliyyat qaiməsindən də göründüyü kimi, idarə etmiş olduğu avtomobil boş çəkisi 14.520 kq, yükün çəkisi 24.820 kq və ümümilikdə avtomobilin yüklə olan çəkisi 39.340 kq olmuşdur. Barəsində M-2 451,2 km, Ağstafa rayon,Köçəsər kəndi, Qazax istiqamətində hərəkətdə olan zaman xx.xx.2025-ci il tarixdə, saat 09:40-da xüsusi texniki vasitənin məlumatına əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadə də olan avtomobil yollarında idarə edilməsi səbəbi ilə inzibati xətallar məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 600 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiq edilmişdir. Hesab edir ki,qərar qanunsuz və əsassızdır.Belə ki,şikayət ərizəsinə əlavə etdiyi əmtəə-nəqliyyat qaiməsindən də görünür ki, nəqliyyat vasitəsinin boş çəkisi 14.520 kq,yükün çəkisi 24.820 kq və ümumilikdə avtomobilin yüklə birgə çəkisi 39.340 kq olmuşdur.Nəqliyyat vasitəsi blomlanmışdır və heçbir əlavə yük götürmə imkanı yoxdur. İdarə etdiyi nəqliyyat vasitəsinin icazə verilən çəkisi 40 tondur. Amma hansısa səbəbdən hərəkət halında çəki ölçmə nəzarət sistemi ilə,avtomobilin çəkisi 42.920 kq hesablanmışdır. DİN BDYP-nin vəzifəli şəxsi tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında EQ29632290 nömrəli qərarından şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə və barəsində qərar tərtib edilmiş şəxsə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə həmin orqanın nümayəndəsinin və barəsində qərar tərtib edilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət əsassız olduğundan imtina olunaraq şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 57.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, X2 məhkəmə prosesində iştirak etməmiş, hazırki qərarın ləğvi ilə bağlı vaxtında qanunla müəyyən olunmuş müddət ərzində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etmə müddətinin üzürlü səbəbdən ötürülməsi yönündə məhkməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ29632290 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosesssual müddətin bərpası üçün üzürlü hesab edilə bilmədiyindən X2 tərəfindən verilmiş vəsatət rədd olunaraq, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ29632290 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (müddətin bərpasının rədd olunması hissəsindən) rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-1222/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1222/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver