Məhkəmə qərarları › İş №3(076)-1224/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1224/2023

12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1224/2023 12.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Şəmkir Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, “1001” şirniyyat evində şirniyyatçı işləyən, himayəsində 3 nəfər azyaşlı uşağı olan, Göygöl rayonu, Balçılı kəndində qeydiyyatda olmaqla Şəmkir şəhəri, M.Qəhrəmanov küçəsində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Şəmkir Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X5 tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Şəmkir Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X5 izahatında bildirdi ki, tərəfindən MN ******* nömrəli protokol tərtib olunmuş ona görə ki, xx.xx.2023-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 baş vermiş mübahisə zamanı döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirərək Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq göstərdi ki, Türkanə Turanənin evinə borcla bağlı getmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, X1 tanıyır, onunla qonşuluqda yaşayır, aralarında normal münasibətləri olmuşdur. Turanə Vəliyevə hissə-hissə ondan 1700 manat borc pul almışdır. Daha sonra isə borcu qaytara bilmədiyi üçün lombarda girov qoymaq üçün ona qızıl vermişdir. O da həmin qızılları lombarda qoyaraq pul götürmüşdür. xx.xx.2023-cü il tarixdə o, Turanənin anası Sevilə mobil telefonla zəng edərək onu söhbət etmək üçün Turanənin yaşadığı evə dəvət etmişdi. Daha sonra isə Sevil Turanənin yaşadığı evə gəldiyi üçün pul mübahisəsini aydınlaşdırmaq üçün həmin yerə getmişdir. Həmin vaxt o, Sevil ilə söhbət edən zaman Turanə özü yerə yıxılaraq saçını yolmağa başladı. Daha sonra isə stolu götürərək anası Sevilin baş nahiyyəsindən vurdu. Mən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Vəli qızını vurmamış, döyməmiş, onlara heç bir xəsarət yetirməmişdir. Məhkəmədən ona yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Türkanə adlı şəxsi əvvəlcədən tanımamışdır. xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu Yeni-Həyat kəndində yaşadığı evdə olan zaman bir nəfər qadın mobil telefonla ona zəng edərək Şəmkir şəhərində yaşayan qızı Turanənin evinə gəlməsini bildirmişdir. O, da dərhal Şəmkir şəhərində yaşayan qızı Turanənin evinə gəlmişdir. Bu zaman bir nəfər şəxs adının Türkanə olduğunu və qızı Turanənin ona pul borclu olmasını bildirərək ondan həmin pulu tələb etmişdir. Turanə isə heç kimə pul borcu olmadığını bildirmişdir. Bundan sonra qızı Turanə ilə Türkanə arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Türkanə qızı Turanənin boğazından tutaraq boğmağa başlamışdır. Bu zaman o, onları ayırmaq istəyərkən Türkanə əlləri ilə onu itələmiş və onun baş nahiyyəsi stola dəymiş və qanamışdır. Türkanə adlı şəxs ilə aralarında olan mübahisə təxminən 15 dəqiqə davam etmişdir. O hazırda qızına məxsus sepi tələb edir. Türkanəyə cəza verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Türkanə adlı şəxsi tanıyır, onunla qonşuluqda yaşayır, onun arasında münasibət əvvəllər yaxşı olmuşdur. Təxminən bir ay bundan əvvəl Türkanə lombarda qoymaq üçün ondan qızıl istəmiş, o da özünə məxsus qızıl boyunbağını ona vermişdir. Türkanə isə həmin qızılı lombarda qoyaraq pul götürmüşdür. Hazırda isə Türkanə ona şər ataraq onun ona pul borclu olduğunu bildirir. xx.xx.2023-cü il tarixdə Şəmkir şəhəri M.Qəhrəmanov küçəsində yaşadığı evdə Türkanə ilə onun arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Türkanə əlləri ilə onun boğazından tutaraq onu boğmuş, həmin vaxt anası Sevil onları ayırmaq istəyərkən, Türkanə əlləri ilə anası Sevili itələdiyindən baş nahiyyəsi stola dəymişdir. Daha sonra o, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. O hazırda özünə məxsus sepi tələb edir. Türkanəyə cəza verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İnzibati materiala əlavə edilmiş, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəmkir rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2023-cü il tarixli rəyin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin sağ yarsının əzilmiş səthi yarası küt əşyalarının təsirindən törənmişlər, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2023-cü il tarixli rəyin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər – boyunun sol yan səthinin sıyrığı və sağ bud nahiyəsinin orta üçdə birinin ön səthinin qançırı küt əşyalarının təsirindən törənmişlər, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün etiraf edici ifadəsi ilə tam sübuta yetir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs MN ******* nömrəli inzibati protokol üzrə inzibati xətanı törətməsi öz təsdiqini tapır, qeyd edilən protokol üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən səmimi peşiman olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar