Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1225/2024 26.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamaləddin qızı, X1 inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında qərardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X2 şikayət ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair BDYP-nin protokol TP ******* xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməsini və həmin qərardan irəli gələn təbiq olunan cərimənin hesabından silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.. Şikayətə əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 3(076)-1083/2024 nömrəli qərarından görünür ki, X1 şikayəti qismən təmin edilərək BDYP-nin protokol TP ******* xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 334.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protocol yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin Şəmkir Rayon Polis Şöbəsinin X4 Bölməsinin səlahiyyətli vəzifəli şəxsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, X2 tərəfindən inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, X2 məhkəməyə təqdim etdiyi şikayət ərizəsinə onun barəsində tərtib edildiyini bildirdiyi inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Şəmkir Rayon Məhkəməsinin 3(076)-1083/2024 nömrəli qərarı ilə ləğv edilmişdir. X1 şikayət ərizəsində barəsində tərtib edilmiş protokol əsasında qərarın ləğv edilməsini xahiş etsə də, qərar ləğv edilmiş, materiala isə barəsində başqa qərar əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 130.1.-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayətə qərar əlavə edilmədiyindən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.6 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X1 inzibati xəta haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-1225/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1225/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver