Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1225/2025 29.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Həşimov Ağaxan Habil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Şəmkir rayonu Aşağı Seyfəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şəmkir rayonu Aşağı Seyfəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Gəncə şəhər Məhkəməsinin 2(125)-4769/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi təmin etməmişdir. Hazırda borc 2200 manat təşkil edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, borclunun icra sənədi üzrə hal-hazırki vaxtadək ödənilməmiş aliment borcunun məbləği 2200 manat təşkil edir. xx.xx.2024-cü il tarixdə tələbkar o dövrə qədər olan borcun silinməsini xahiş etmiş və bu barədə ərizə təqdim etmişdir. Hazırki borc o dövrdən sonrakı vaxtdan bu günə qədər olan borcdur. Odur ki, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Xəstə olmuş, xəstəxanada yatmışdır, həm də işsizdir, ona görə də aliment və aliment borcunu ödəyə bilmir. Hazırda qardaşının himayəsində qalır. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, vaxt verilsə də ödəyə bilməyəcək. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs müdafiəçisi Vəkil izahatında bildirdi ki, Şəxs xəstə olmuş, xəstəxanada yatmışdır, həm də işsizdir, ona görə də aliment və aliment borcunu ödəyə bilmir. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu indiyə qədər bir qəpik də aliment və aliment borcunu verməyib. Uşağı saxlamaqda çətinlik çəkir. Odur ki, məhkəmədən ona əgər ödəyəcəksə vaxt verilməsini, ödəməyəcəksə qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4769/2024 saylı icra sənədindən görünür ki, xx.xx.2025-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü ildən başlayaraq cavabdeh Şəxs hər ay 220 manat pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4769/2024 saylı icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş borclu Şəxs ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, ona icra sənədini icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Qeyd edilən icra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş həmin tarixdə icraata başlanılaraq tərəflərə və aidiyyatı məhkəməyə bu barədə məlumat verilmişdir. Cavabdehə qətnamənin icrasaı ilə bağlı dəfələrlə şifahi söhbətlər aparılmış, ona rəsmi xəbərdarlıq edilmiş və xx.xx.2025-ci il tarixdə barəsində borclunun axtarışı barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, tələbkar borclu Şəxs 2024-cü ilin dekabr ayı da daxil olmaqla ona borcu yoxdur. Onun barəsində görülmüş bütün məcburi icra tədbirlərinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Hətta, tələbkar baxmayaraq ki, borclu heç bir ödəniş etməmişdir, xx.xx.2024-cü il tarixdə o vaxta qədər olan borcun ödənilməsini tələb etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla cəmi 22 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Şəmkir rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 29 oktyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Şəmkir rayon Polis Şöbəsinə həvalə olunsun. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla cəmi 22 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Şəmkir rayon vəkil bürosunun vəkili Vəkil qızına Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-1225/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1225/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver