Məhkəmə qərarları › İş №3(076)-1226/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1226/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1226/2025 29.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Həşimov Ağaxan Habil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Şəmkir rayonu Düyərli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon X6 Polis Bölməsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəmkir rayon X6 Polis Bölməsində tərtib olunmuş material baxılması üçün 29 oktyabr 2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 29 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu Düyərli kəndində qonşusu Zərərçəkmiş şəxs belini divara vuraraq ona fiziki ağrı etməklə xəta törətmişdir. Məhkəmə iclasında Şəmkir rayon X6 Polis Bölməsinin sahə rəsi X4 izahatında göstərdi ki, tərəflər münaqişəli qonşu kimi qeydiyyata alınmışlar. Hər ay gedib onları yoxlayırıq. Hadisə xx.xx.2025-ci il tarixdə baş vermişdir. Barışığa dəvət etsək də barışmadılar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, hadisə olan gün yoldaşı xarici ölkəyə getməli idi. O da həyəti yumağa çıxmışdır. Həyəti yuyarkən qonşusu Urfanə ona söz ataraq nalayiq ifadələr işlətmiş, ona filankəsin getdimi sözünü demişdir. Buna görə də o qəzəblənib və onun qolundan tutaraq nə deyirsən demişdir. Dəfələrlə aralarında söz-söhbətlər olmuş, onun yaşlı atasını da dəfələrlə döymüşlər, işləri hələ də polis bölməsindədir. Yəni bu həddə onlar gətirmişlər, sonunda da şər ataraq belə hallar baş verir. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, barışığa cəhd göstərmir. Məhkəmədən xahişi odur ki, bu hallar bir də təkrarlanmasın. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 Şəxs ilə eyni məzmunlu izahat verdi və və əlavə olaraq bildirdi ki, yalnız sözlər əsasında protokol tərtib edilmiş və iş üzrə zərərçəkənin xəsarəti barədə ekspertiza rəyi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki,O Şəxs ilə qonşudur. O həmişə küçəyə çıxanda Fəxriyyə ona söyüş söyür nəlayiq ifadələr işlədir, hadisə baş verən gün də yenə söyüş söydü və qonşuluqda rəhmətə gedən başqa qadının adını çəkdi və o da ona qudurmusan ifadəsini işlətdi. Ondan sonra Fəxriyyə onu divara sıxaraq fiziki ağrı yetirmişdir.Məhkəmənin sualına cavab olaraq barışmadığını və onu bağışlamayacağını bildirdi. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Şəmkir rayon X6 Polis Bölməsində göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır (İXM 32.2-ci maddəsi). Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin aşağı həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla cəmi 22 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Şəmkir rayon vəkil bürosunun vəkili Vəkil qızına Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və o, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla cəmi 22 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Şəmkir rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar