Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1227/2023 27.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şəmkir rayonu, Leninabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair, xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 izahatında bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1796/2021 saylı qətnaməsi ilə 09 iyun 2021-ci il tarixdən başlayaraq 24 sentyabr 2011-ci ildə anadan olmuş İsfəndiyar, 10 dekabr 2012-ci ildə anadan olmuş Sənan və 17 dekabr 2015-ci ildə anadan olmuş Nüşabə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 verilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş göndərilmişdir. Borclunun barəsində Azərbaycan Respublikası XM-nin 528.1ci maddəsi ilə protokol tərtib edildilmiş və məhkəmə tərəfindən borcluya vaxt verildikdən sonra 1200 manat borcunu ödəmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icra sənədi üzrə borclu tələbkara 2022-ci ilin noyabr ayında 400 manat, 2022-ci ilin dekabr ayında 400 manat, 2023-cü ilin yanvar ayında 400 manat, 2023-cü ilin fevral ayında 400 manat, 2023-cü ilin mart ayında 400 manat, 2023-cü ilin aprel ayında 400 manat, 2023-cü ilin may ayında 400 manat, 2023-cü ilin iyun ayında 200 manat, 2023-cü ilin iyul ayında 200 manat, 2023-cü ilin avqust ayında 100 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli hesab etməyərək ifadəsində bildirdi ki, onun daimi işi və sabit qazancı olmamasına baxmayaraq imkanı daxilində borcundan ödənişlər etmişdir. O tələbkara 2022-ci ilin noyabr ayında 400 manat, 2022-ci ilin dekabr ayında 400 manat, 2023-cü ilin yanvar ayında 400 manat, 2023-cü ilin fevral ayında 400 manat, 2023-cü ilin mart ayında 400 manat, 2023-cü ilin aprel ayında 400 manat, 2023-cü ilin may ayında 400 manat, 2023-cü ilin iyun ayında 200 manat, 2023-cü ilin iyul ayında 200 manat, 2023-cü ilin avqust ayında 100 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat ödəniş etmişdir. Borcluya olan borcundan barəsində inzibati protokol tərtib edilən gün 200 manat ödəmiş, məhkəmə ona vaxt verdikdən sonra xx.xx.2023-cü il tarixdə 1000 manat borcunu ödəmişdir. Qalan borcunu da hər ay hissə-hissə ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X1 məhkəməyə teleqram göndərərək Bakı şəhərində yaşadığına görə məhkəmə iclasında iştirak edəbilmiyəcəyini qeyd edərək, borclu borcundan ödəniş etmədiyi təqdirdə barəsində cəza təyin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra məmurunu dinləyib, iş materiallarını araşdırıb, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında MN ******* protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1796/2021 saylı qətnaməsi ilə 09 iyun 2021-ci il tarixdən başlayaraq 24 sentyabr 2011-ci ildə anadan olmuş İsfəndiyar, 10 dekabr 2012-ci ildə anadan olmuş Sənan və 17 dekabr 2015-ci ildə anadan olmuş Nüşabə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1796/2021 saylı icra sənədi əsasında icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildiriş borclu Şəxs göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Tərəflərin izahatları ilə müəyyən olunur ki, borclu daimi işi və sabit qazancı olmamasına baxmayaraq imkanı daxilində icra sənədi üzrə tələbkara 2022-ci ilin noyabr ayında 400 manat, 2022-ci ilin dekabr ayında 400 manat, 2023-cü ilin yanvar ayında 400 manat, 2023-cü ilin fevral ayında 400 manat, 2023-cü ilin mart ayında 400 manat, 2023-cü ilin aprel ayında 400 manat, 2023-cü ilin may ayında 400 manat, 2023-cü ilin iyun ayında 200 manat, 2023-cü ilin iyul ayında 200 manat, 2023-cü ilin avqust ayında 100 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat ödəniş etmişdir. Borcluya olan borcundan barəsində inzibati protokol tərtib edilən gün 200 manat ödəniş etmiş, məhkəmə ona vaxt verdikdən sonra xx.xx.2023-cü il tarixdə 1000 manat borcunu ödəmişdir. Hazırda 1000 manat borcu qalmışdır. Beləliklə, işin qeyd olunan hallarını və tərəflərin izahatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1227/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1227/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver