Məhkəmə qərarları › İş №3(076)-1227/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1227/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1227/2025 29.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədirliyi Katib: Niftalıyev Kənan Nazim oğlunun katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1992-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir rayonu, Əliyaqublu kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, Şəmkir rayonu, Əliyaqublu kəndində Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarəti yetirib sonuncunu döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün, zərər çəkmiş şəxsin izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X2 izahatında göstərdi ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Şəmkir RPŞ-yə müraciət edərək qonşusu Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-yə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Mətanət adlı şəxs onun həmkəndlisidir aralarında normal münasibətlər yoxdur. xx.xx.2025-ci il tarixdə həyat yoldaşı Xəqani Vəliyevin səbəbsiz şəkildə Şəxs tərəfindən daşlanmasını bildikdən sonra Şəxs məxsus vaqon tipli evə gelmişdir. Ora getdikdən sonra ailəsini niyə rahat buraxmamasının səbəbi, haqqında danışdığı keçmiş əri ilə qeyri-rəsmi münasibətilə bağlı yalan məlumatları niyə verdiyini və həyat yoldaşı Xəqanini daşlama səbəbini ondan soruşmuşdur. O bunları inkar etmişdir. O, Mətanətə yalan danışdığını dedikdə, Mətanət onun başındakı hicabını açmışdır. O, hicabı bağlamağa çalışdıqda tozsoranın dəmir borusu ilə baş nahiyəsinə iki dəfə və bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq onu döymüşdür. Onun baş nahiyəsindən qan axınağa başlamışdır. Mətanətin keçmiş həyat yoldaşı Səfərov Sərvəz onu dayandırmışdır. Mətanətin qaynı onu evdən çıxartmış və evinə gəlməyə kömək etmişdir. Yolun ortasında Mətanət təkrar gələrək ona mane olmağa çalışmışdır. Daha sonra Şəmkir RPŞ-nin əməkdaşları onların evinə gəlmişdir və təcili tibbi yardım çağırmışdır. Onu Şəmkir RMX-nə gətirmişlər. Hazırda da Mətanət Səsərovadan şikayətçidir, aralarında barışıq yoxdur, barəsində ciddi intizam tənbehinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati iş üzrə təqsirli bilməyərək izahatında göstərdi ki, Gunay adlı şəxs onun həmkəndlisidir. Aralarında normal münasibətlər yoxdur. O, X3 ilə 2025-ci ilin yanvar ayından boşansa da eyni evdə yaşayırdılar O, Gunay adlı şəxsin onun keçmiş həyat yoldaşı X3 ilə təxminən 5 ay müddətdir ki, qeyri-rəsmi əlaqədə olduğunu düşünmüşdür. Onunla keçmiş əri Sərvəz mütəmadı olaraq telefon zəngi vasitəsilə söhbət etmişdirlər. O, bununla bağlı Günaya başqa şəxslər vasitəsilə söz göndərmişdir ki, ərindən uzaqlaşsın və onun keçmiş əri ilə barışma ehtimalı olduğuna görə buna maneəçilik yaratmasın. Keçmiş əri Sərvəz isə Günay ilə əlaqələrini ona göstərərək acıq vermiş və uşaqlarını Günay ilə birlikdə böyüdəcəklərini demişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 22:00 radələrində Şəmkir rayonu Əliyaqublu kəndi, Sabir küçəsində yerləşən yaşadığı vaqon tipli evdə yatarkən səsə oyanaraq səsin Günay və keçmiş əri Sərvəzə aid olduğunu bilib özünə məxsus telefon vasitəsilə videoçəkilişə başlamışdır. Bu anda o, qapıya yaxınlaşanda Günay qapını açmış və niyə video cəkdiyini deyib ona hücum çəkmişdir. Bu zaman telefonu əlindən düşmüşdür və Günay onu ilk olaraq əl zərbələri ilə vuraraq daha sonra tozsoranın dəmir borusu vasitəsilə əsəbi şəkildə ilk olaraq özünü daha sonra onun bədənının muxtəlif nahiyələrinə zərbələr vuraraq onu döymüşdür. Bu zaman onun baş nahiyəsindən qan axmağa başlamışdır. Daha sonra o, saat təxminən 22:40 radələrində Azərbaycan Respubl kas DİN-in 102 zəng xidmətinə həmkəndlisi Günayın onu döyməsilə bağlı müraciət etmişdir. Odur ki qeyd etdiklərinə əsasən, onun əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun zərər çəkmiş Zərərçəkmiş şəxs döyərək inzibati xəta törətməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin 08 sentyabr 2025-ci il tarixli, 859 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- alın nahiyəsinin əzilmiş yarası, sol bazunun orta üçdə birinin arxa səthinin qançırı və sol saidin orta üçdə birinin arxa səthinin sıyrıqları küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 06 sentyabr 2025-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edlimir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, həmçinin, zərər çəkmiş şəxsin izahatını, 08 sentyabr 2025-ci il tarixli, 859 saylı rəyi, tədqiq edilmiş sənədləri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Həmçinin, Şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi ilə əlaqədar izahatında göstərdiyi xüsusatlar, özünü müdafiə xarakteri daşıyır, heç bir əsaslı və mötəbər dəlillərə əsaslanmır, Şəxs yalnız formal mülahizələrlə çıxış edərək tətbiq ediləcək inzibati məsuliyyətdən yayınmaq məqsədini ehtiva edir, lakin, işdə olan sənədlər və digər sübutlar onun inzibati xəta hadisəsində təqsirli hesab edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərər çəkmiş şəxslə barışmamasını, həmçinin, nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar