Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1228/2024 25.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Məhkəmə iclasının katibi : Heydarov Cəmil Elxan oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə, Gədəbəy rayonu, Maarif kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Şəxs 25 noyabr 2024-cü il tarixdə saat 10 radələrində Şəmkir rayonu, “Daşkarxana” adlanan yolda ucadan nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməllərini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, 25 noyabr 2024-cü il tarixdə saat 10 radələrində Şəmkir rayonu, “Daşkarxana” adlanan ərazidə müdiri olduğu yanacaqdoldurma məntəqəsində sərnişinlərlə giriş edən “Vita” markalı avtomobili yol-patrul xidməti əməkdaşları saxlatmışlar, bu zaman o polis əməkdaşlarına yaxınlaşıb sürücünün onun tanışı olmasını bildirib xahiş etmişdir ki, həmin sürücünü rahat buraxsınlar və onunla işləri olmasın. Bu zaman polis əməkdaşları ilə onun arasında mübahisə yaranmış, polis əməkdaşları onu təhqir etmişdir, o isə bildirmişdir ki, heç kim onu təhqir edə bilməz, hətta özü belə. Bundan sonra polis əməkdaşları ilə onun arasında olan mübahisə böyümüş və hadisə yerinə post patrul xidmətinin əməkdaşları onu Şəmkir RPŞ-yə apararaq növbətçi hissəyə təhvil vermişlər. Əlavə olaraq bildirmişdir ki, hadisə zamanı sərxoş olmamışdır. Hesab edir ki, onun barəsində icraatı aparılan inzibati xəta əməllərini törətməmişdir. Odur ki məhkəmədən obyektiv qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, Şəmkir DYPB-nin yol-patrul xidməti inspektoru vəzifəsində çalışır. 25 noyabr 2024-cü il tarixdə saat 10 radələrində Şəmkir rayonu, “Daşkarxana” adlanan yolda xidmətdə olan zaman ** VP *** d.q.n avtomaşın tərəflərindən saxlanılmış, sürücü ilə söhbət edən zaman yaxınlıqdakı yanacaq doldurma məntəqəsindən adı sonradan məlum olan Eldar adlı şəxs onlara yaxınlaşaraq xidməti vəzifələrini icra etmələrinə maneəçilik törətmiş və ucadan səsküy salaraq ətrafdakı insanların narazılığına səbəb olmuşdur. Belə ki, Eldar həmin sürücüdən sənədlərini təqdim etməsinə dair onların qanuni tələblərinə haqsız etirazını bildirmiş və sonuncunu buraxmalarını onlardan təkidlə tələb etmişdir. Onlar Eldarı dəfələrlə sakitləşdirməyə çalışsalar da, o davamlı olaraq ucadan ünvansız nalayiq söyüşlər söyməyə davam etmiş və xuliqanlıq hərkətlərinə davam etmiş, onların qaydaqanuna riayət etmək və şəxsiyyətini müəyyən edən sənədin təqdim etməsinə dair tələblərinə əməl etməmiş, buna görədə hadisə yerinə post patrul əməkdaşları çağıralaraq sonuncular tərəfindən Şəmkir RPŞ-nin növbətçi hissəsinə gətirilərək təhvil verilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək Şahid2 qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi özü tərəfindən inkar olunsa da, şahid ifadələri və işin halları ilə tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə -fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati həbs tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 25 noyabr 2024-cü il tarixdən saat 17:10-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-1228/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1228/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver