Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1234/2024 26.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədirliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi, Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X2, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1984-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs oğlu, xx.xx.2024-cü il tarixdə, Şəmkir rayonu, Qədimqala kəndində Zərərçəkmiş şəxs vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərər çəkmiş şəxsin izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi X3 izahatında göstərdi ki, Şəmkir rayonu, Qədimqala kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Şəmkir RPŞ-nə ərizə ilə müraciət edərək baldızı tərəfindən döyülməsini bildirmişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-nin, TB-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra, həmin qərar Şəmkir RPŞ-in İTB-yə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs, özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Barəsində şikayət etdiyi Zərərçəkmiş şəxs qardaşı X1 arvadıdır. Hazırda rəsmi qaydada boşanmışlar. Lakin Zərərçəkmiş şəxs iki övladı ilə bilrikdə atasının ona verdiyi mirasda, yəni ata mülkü olan Şəmkir rayonu, Qədimqala kəndinə yerləşən fərdi yaşayış evində qaldığını bildirmişdir. Onun bir neçə dəfə Xəyalə ilə arasında mübahisə yaranmış, ancaq qardaşı Arzunun xətrinə sakit durduğunu bildirmişdir. Lakin Arzu daha Arzunun həmin evdə yaşamadığından, o Xəyalənin evdən çıxmasını tələb etmişdir. Bununla bağlı olaraq o məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində o həmin evin həyətyanı sahəsinə əkin üçün toxum səpmişdir. Həmin vaxt aralarında mübahisə yaranmış və Xəyalə ona bildirmişdir ki, toxumu səpməsin. O toxumu götürüb kirayədə qaldığı evə qayıdan zaman qapının qarşısında bir kəlmə qardaşı qızı Zəhraya demişdir ki, qaldığı otaqdan çıxsın, sabah özünün əşyalarını gətirib həmin otaqda qalacaqdır. O sözü deyib otaqdan çıxan zaman Xəyalə ona qarşı nalayiq ifadə işlətmişdir. Bu zaman o geri qayıtmış və onun yataq döşək dəstini otaqdan çıxardıb evinə həyətinə qoymuşdur. Daha sonra o digər yataq dəstlərini gətirmək istəyən zaman o həyətə getdiyini bildirmişdir. Bir müddət sonra geri qayıtmış və yataq dəstləri evin həyətinə yığıldığını görmüşdür. Həmin vaxt Xəyalə onun üzərinə qaçaraq onun yaxasından tutub çəkmiş, o, isə Xəyalənin üzərinə gedərək sonuncunu əli ilə itələmiş və sonuncu çarpayının üstünə yıxılmışdır. Xəyalə çarpayıdan durub əli ilə onun sifətinə əl ataraq onun üzünü cırmış, həmin vaxt onun dodağı qanamışdır. Həmin vaxt Xəyalə əli ilə özünə xəsarət yetirmişdir. Odur ki qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Barəsində şikayət etdiyi şəxs Şəxs onun keçmiş baldızıdır. O qardaşı X4 2 il əvvəl boşanmışdır. Lakin Arzunun yaşadığı evdə yəni, Şəmkir rayonu, Qədimqala kəndində yerləşən fərdi yaşayış evində övladları ilə birlikdə yaşayır. Aralarında mülk üstündə mübahisə vardır. Bununla bağlı bir neçə dəfə narazılıqlar olmuşdur. xx.xx.2024-cü il tarixdə Şəxs atasının yanına qonaq gəlmişdir. Həmin gün təxminən saat 17 radələrində Xəyalə ona evdən çıxmasını bildirmişdir. Bu səbəbdən Xəyalə ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı Xəyalə əli ilə sacını yolaraq üzünü cırmışdır. O da bununla bağlı olaraq DİN-nin 102 xidmətinə zəng edərək döyülməyini bildirmişdir. Hazırda Şəxs şikayətçidir, məhkəmədən barəsində ağır inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs, bədən səthində aşkar edilmiş xəsarətlər- alın nahiyəsinin və hər iki yanağın sıyrıqları küt əşyaların təsirindən törənmişlər, törəmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2024-cü il tarixdə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin olmaması və Zərərçəkmiş şəxs döyərək inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, həmçinin, zərər çəkmiş şəxsin izahatlarını, xx.xx.2024-cü il tarixli rəyi, tədqiq edilmiş sənədələri ayrıayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə, tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərər çəkmiş şəxsin şikayətçi olmasını, nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1234/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1234/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver