Məhkəmə qərarları › İş №3(076)-1235/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1235/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1235/2024 11.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi Barəsində qərar çıxarılmış şəxs: X3 iştirakları ilə Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin, fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1–ci maddəsi əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsi, fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X1 RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış fiziki şəxs X4 göstərdi ki, 23 noyabr 2024-cü il tarixdə Şəmkir rayonu S.Vurğun küçəsi ilə Mercedes Benz C180 Minik markalı, 99 cj 144 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəs ilə hərəkətdə olarkən işıqforun yaşıl işığında keçdiyi halda YPX-nin əməkdaşları ona saxla işarəsini vermiş, polis əməkdaşları xidməti avtomobildən düşərək, işıqforun qırmızı işığında keçdiyini bildirmişlər, o, işıqforu yaşıl işıqda keçdiyini bildirərək həmin ərazidə müşahidə kamerasının olduğunu bildirmişdir. Polis əməkdaşı ona xidməti avtomobilə yaxınlaşmasını tələb etmiş, lakin o yol hərəkət qaydalarını pozmadığını, pozduğu halda həmin ərazidə müşahidə kamerası olduğunu və elektron formada sms gələcəyini bildirmişdir, YPX-nin əməkdaşı getdikdən sonra o, yoluna davam etmiş, 15-20 dəqiqə keçmişdir ki, ona elektron formada protkol cəriməsi gəlmişdir. O, tərtib edilmiş protokoldan tamamilə narazıdır, protkola imza çəkməsə də, onun mobil telefonuna qərarlı olması barədə sms gəlmişdir. İnzibati xətanı törətməsinə dair heç bir sübut fotoşəkil, videogörüntü yoxdur. Bu barəd DYPB-da bildirdikdə, ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Odur ki, Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 100 manat məbləğinə inzibati cərimə edilmişdir. Məhkəmə iclasında Şəmkir RPŞ-nin DYPB tərəfindən göndərilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, disdə olan faylı açdıqda, 01 dəqiqə 28 saniyə davam edən videoyazılardan ibarət olduğu aydın olur, görüntülərdə X3 idarə etdiyi “Mercedes BENZ C180” minik markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıqforda keçməsi müşahidə olunmur, lakin video görüntünün 52-ci saniyəsində Şəmkir RPŞ-nin YPX-nin əməkdaşları X3 idarə etdiyi avtomobilə saxla işarəsi verərərək ona yaxınlaşıb, işiqforu qırmızı işıqda keçməsi barədə məlumat veririrlər. Bununlada diskə baxış sona çatır. X2 işiqforun qırmızı işığında keçməsi halı müşahidə olunmur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 23 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, hazırki inizbati xəta ilə bağlı barəsində icraat aparılan şəxsin iştirakı olmadan 23 noyabr 2024-cü il tarixdə qərar qəbul edilmiş, bu zaman heç bir araşdırma aparılmamış, işlə bağlı digər zəruri sübutlar göstərilməmişdir. Odur ki, şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq Şəmkir rayonu yol patrul xidməti tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Belə ki, X4 tərəfindən 23 noyabr 2024-cü il tarixdə inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübutu qərarı qəbul etmiş orqan məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə təqsirli bilinib inzibati cərimə edilməsi haqqında Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar