Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-124/2023 24.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs – Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı 9-cu Taqım YPX inspektoru polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 334.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş protokolu və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 334.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı 9-cu Taqım YPX inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda Şəxs xx.xx.2023-cü il tarixdə Bakı Qazax yolunun 401-ci kilometrliyində VAZ 21063 minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 329.3 və 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə yol patrul xidməti əməkdaşları onu sərxoşluq vəziyyətinin müayinəsi üçün saxlamışdır. Həmin gün az miqdarda spirtli içki içmişdir. Polis əməkdaşları ondan alkotesterə üfürməsini istəmiş, o da alkotesterə üfürdükdən sonra barəsində protokol tərtib edərək avtomobilini də duracağa yerləşdirmişlər. Bundan başqa qeyd olunan zaman nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla avtomobili idarə etmişdir. O sərxoşluq vəziyyətinin müayinəsi üçün tibb məntəqəsinə getməmiş, hazırda da həmin vaxt qanında hansı miqdarda alkoqol aşkar edildiyini bilmir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı 9-cu Taqım YPX inspektoru polis baş serjantı X2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Y. A. Əmirxanov sərxoşluq vəziyyətinin müayinəsi üçün saxlanılmış, ondan alkotesterə üfürməsi istənilmiş, o da alkotesterə üfürdükdən sonra barəsində protokol tərtib edərək avtomobilini də duracağa yerləşdirilmişdir. Bundan başqa qeyd olunan zaman Y. A. Əmirxanovun nəqliyyat vasitəsini idarə etmək hüququ olması yoxlanılmış, xx.xx.2015-ci il tarixdə 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməsi müəyyən edilmişdir. Ona görə də Şəxs barəsində İXM-in 329.3 və 334.1-ci maddələri ilə protokol tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında materiallar natamam olduğundan protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olub-olmamasını, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcudluğunu, inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, işin icraatını rədd edən halların mövcud olubolmaması və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması s. məsələləri həll etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd olunur ki, İnizbtai protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtin edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. İnzibati xəta haqqında protokolda Şəxs 329.3 və 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı müəyyən etmək mümkün deyildir. Belə ki protokola Y. A. Əmirxanovun VAZ 21063 minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi barədə heç bir sənəd əlavə olunmamışdır. Bundan əlavə protokolda Y. A. Əmirxanovun qeyd olunan maddələrlə inzibati xətanı törətməsi qeyd olunsa da, həmin maddələrin tərkibini yaradacaq inzibati xətanın mahiyyəti, inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitənin göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasında keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar ( Azərbaycan Respublikası İXM-nin 100.1.4 və 100.1.8-ci maddələri) qeyd olunmamışdır. Məhkəmə iclası zamanı da göstərilən natamamlıqların aradan qaldırılması mümkün olmamışdır. Həmçinin Y. A. Əmirxanovun məhkəməyə təqdim etdiyi nəqliyyat vasitəsinin şəhadətnaməsindən, nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən və Y. A. Əmirxanova məxsus sürücülük vəsiqəsindən görünür ki, şəxsin protokol tərtib edilən gün idarə etdiyi VAZ 21063 minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. İnzibati xəta haqqında iş üzrə sübutların toplanması və şəxsin təqsirliliyinin sübuta yetirilməsi məhkəmənin yox, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşdüyündən, göstərilən materiallar isə məhkəməyə təqdim edilmədiyindən hazırkı işə baxılması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 334.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında protokol geri qaytarılsın. Sədrlik edən: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-124/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-124/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver