Məhkəmə qərarları › İş №3(076)-1240/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1240/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1240/2024 28.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi: Şəmkir rayon vəkil burosunun vəkili X2 Tələbkar: "xxxx" MMC-nin nümayəndəsi X5 iştirakları ilə xx.xx.1992-ci ildə Şəmkir rayonu, Sabirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir rayonu, Sabirkənd kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan X13 barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1400/2023 saylı icra sənədi üzrə tələbləri yerinə yetirməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1400/2023 saylı icra sənədinə əsasən, Şəxs 2492 manat məbləğində pul vəsaiti və 44.92 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, icra sənədinə əsasən üzərinə düşən hərəkətləri etməmiş və borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək icra sənədində göstərilən xüsusatlara əməl etməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından boyun qaçırır. Borclunun ümumi borcu 2036 manat təşkil edir. Borclu borcunu könüllü şəkildə ödəmədiyi üçün sonuncu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X10 məhkəmə iclası zamanı izahatında bildirdi ki, icra sənədi üzrə borclu hazırda heç bir ödəniş etmir, dəfələrlə icra məmuru tərəfindən onun borcunu ödəməməsinin nəticələri barədə xəbərdarlıqlar edilmişdir, lakin, borclu hazırda üzərinə düşən vəzifəsini yerinə yetirmir. Odur ki qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1400/2023 saylı icra sənədinə əsasən, ondan 2492 manat məbləğində pul vəsaiti və 44.92 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, maddi vəziyyəti yaxşı olmadığından icra sənədi üzrə borcunu ödəyə bilmir, ödəməli olduğu borcdan qəsdən yayınmaq fikri yoxdur, hazırki vaxtadək ümumi borcundan cəmi 500 manat ödəyə bilmişdir, himayəsində iki azyaşlı övladı var, daimi iş yeri yoxdur, maddi vəziyyəti çətindir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Şəxs müdafiəçisi X6 çıxışında bildirdi ki, borclunun icra sənədinin icrasından qəsdən yayınmaq kimi niyyəti yoxdur, ondan asılı olmayan səbəblərdən hazırki borc üzrə ödəniş edə bilmir. Odur ki borclunun barəsində olan inizbati xəta haqqında işə xitam verilməsini xahiş edir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 1400/2023 saylı icra sənədinə əsasən, Şəxs 2492 manat məbləğində pul vəsaiti və 44.92 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 1400/2023 saylı icra sənədi üzrə qəbul edilərək, qərarın surəti icra sənədi üzrə borclunun icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, “Tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan 28 noyabr 2024-cü il tarixli, MN № 20885887 saylı inzibati xəta haqqında protokoldan görünür ki, hazırda Şəxs borcu icra sənədinə əsasən 2036,92 manat təşkil edir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, tələbkarın, həmçinin Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını, tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, X1 Rayon Məhkəməsinin, xx.xx.2023-cü il tarixli, 2(076)-1400/2023 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, üzrsüz olaraq 2036, 92 manat borcunu ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında X4 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Beləliklə, məhkəmə X8 törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar