Məhkəmə qərarları › İş №3(076)-1242/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1242/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1242/2024 28.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Şəmkir Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Şəmkir rayonu, Sarıtəpə kəndində doğulmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, Şəmkir rayonu, Sarıtəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəmkir rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 28 noyabr 2024-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəmkir Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X9 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Beləliklə də, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəmkir Rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X9 izahat verərək bildirdi ki, 06 oktyabr 2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs döymüşdür. X1 müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş və onun tərəfindən Şəxsn barəsində inzibati icraat başlanılmışdır. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində şikayət edən şəxs Zərərçəkmiş şəxs tanıyır və baldızı Məleykə Sarıyevanın qaynanasıdır. Qeyd edir ki, baldızı ilə ailəsi arasında ciddi problemlər vardır və hətta bu yaxınlarda baldızı Svetlana tərəfindən döyülmüş və müvafiq qurumlara bu barədə müraciətlər etmişdir. Həmin şikayətlə bağlı Şəmkir RPŞ-də araşdırma aparılır. xx.xx.2024-cü il tarixdə baldızı Məleykənin sənədlərinə görə qaynanası evinə o, baldızları Zərinə, Bəxti və Səkinə birlikdə getmişlər. Lakin orada heç kim olmadığından və Nəzifənin nəvəsi anasının evdə olmamasını bildirmiş, bundan sonra Nəzifənin iş yeri olan Şəmkir şəhəri, dörd yol adlanan ərazidə yerləşən Azpetrol YDM-ə getmişlər. X5 sənədlərini istəsələr də, sonuncu müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Sonra isə onlar Azpetrol rəhbərliyindən kömək etməsi üçün xahiş etmişlər. Onlardan cavab gözləyən zaman onun baldızı Zarina “Mən gedib onu qılıqlayıb sənədlərin yerini soruşaram” deyərək Nəzifənin yanına getdi. Onlar kənarda idilər və anidən Nəzifə ilə Zarinanın mübahisə etməsini və Nəzifənin Zarinanın saçını yolmasını gördülər. Dərhal yanlarına gedin ayırmağa çalışmışlar. Onlar daha sonra birlikdə Məleykənin yanına getmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, barəsində şikayət etdiyi gəlinin Səkinə, Bəxti, Zarina və Məleykə o işdə olan zaman çalışdığı YDM-də olarkən üzərinə hücum çəkərək onu döymüşlər. Onlar ona yaxınlaşaraq şəxsiyyət vəsiqəsinin onda olduğunu deyərək onu kənara çağırdılar. O isə şəxsiyyət vəsiqəsinin özündə olmadığını bildirmişdir. Onlar onun işlədiyi YDM-nin müdirinə onların yanına getməsə bütün Azpetrolu dağıdacaqlarını bildirmişlər. Onlar onu zorla kənara apararaq onu döyməyə başlamışlar. Onlardan biri onun saçından tutaraq digəri qarnına vurmuş ümumilikdə bədənin çox hissəsinə xəsarət yetirmişlər. O döyülən zaman onlardan bir qədər kənarda olan gəlininin qardaşları Məhəmməd, Əli və Ümid isə kənardan onun ünvanına nalayiq sözlər söyərək onu tutub saxlayacağını bacılarının isə onu döyərək gözlərini çıxardacalqarını bildirmişlər. İşlədiyi YDM-nin işçiləri onu onların əlindən alaraq otağa gətirmiş və polis şöbəsinə bu barədə məlumat verdilər. Qeyd edir ki, qızı Svetlə gəlini Məleykə arasında mübahisə düşmüş və dalaşmışlar. Onların arasında olan dava ilə bağlı Şəmki rayon Polis Şöbəsində araşdırma vardır. İş materiallarına əlavə edilmiş 25 oktyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəmkir Rayon Polis X2 təhqiqatçısı, polis kapitanı X8 tərəfindən X1 DİN-nin 102 xidmətinə zəng edərək vermiş olduğu məlumat əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Şəmkir Rayon Şöbəsinin İTB-nin polis sahə rəisinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi-ekspertizasının xx.xx.2024-cü il tarixli 1000 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-başın tüklü hissəsində ənsə nahiyəsinin şişkinlik fonunda, sol almacıq nahiyəsinin və sol bazunun orta üçdə birinin ön səthinin qançırları KÜT əşyaların təsirindən törnmişlə, törənmə müddətləri 06 oktyabr 2024-cü il tarixə uyğun gəlir.. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, özünün etirafedici izahatı, eyni zamanda məhkəmə prosesi zamanı elan edilmiş məhkəmə-tibbi-ekspertizasının rəyi və iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar