Məhkəmə qərarları › İş №3(076)-1243/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1243/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1243/2024 28.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədirliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi, Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X14, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: X3 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Tacikistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir rayonu, Sarıtəpə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X3 Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X9, xx.xx.2024-cü il tarixdə, Şəmkir rayonunda yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsində Zərərçəkmiş şəxs vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bu hərəkətləri ilə X9 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. X3 həmin inzibati xətanı törətməsi özünün etirafı ilə yanaçı, zərər çəkmiş şəxsin, şahislərin izahatları və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi X19 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəmkir şəhərində yaşayan X10 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək Şəmkir 4 yol Azpetrol YDM-nin yanında münaqişə olması baldızları və arvadı tərəfindən anasının döyülməsini bildirmişdir. X4 müraciəti xx.xx.2024-cü il tarixdə Şəmkir RPŞ-də HK-1/3031 sayda qeydiyyata alınaraq icraata daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə Şəmkir şəhəri, Zülfi Hacıyev küçəsi ev 33də yaşayan Zərərçəkmiş şəxs Şəmkir RPŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə Şəmkir rayonunda yerləşən Azpetrol yanacaq doldurma məntəqəsində işdə olan zaman gəlini Məleykənin bacıları Zərunə, Səkinə, Zeynab, Bəxti, Məleykə, qardaşları Emid, Əli, Məhəmmədlə oraya gələrək onunla mübahisə etdiklərini, bacıları onu döydüyünü, qardaşları isə onu öldürməklə hədələdiyini bildirmişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-nin, TB-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra, həmin qərar Şəmkir RPŞ-in İTB-yə göndərilmiş və qərara əsasən vətəndaş X3 Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən X3 barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında X9, özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək izahatında göstərdi ki, o Tacikistan Respublikası vətəndaşı olsa da bir neçə ildir ki, Azərbaycanda daimi qeydiyyata düşərək Şəmkir rayonunda yaşayır. Barəsində şikayət edən Zərərçəkmiş şəxs tanıyır. O, bacısı Sarıyeva Malikanın qaynanasıdır. Onların əvvəllər arasında düşmənçiliyi olmamışdır. Ancaq uzun illər bundan əvvəl dayısı Elman adlı şəxs Nəzifəni əxlaqsız hərəkətlərinə görə boşamışdır. Bacısı Malikanın öz həyat yoldaşı Niyaməddin və baldızı Svetlana ilə mütamadi olaraq mübahisələri olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə bacısı evlərində olan zaman bacısı ilə onun baldızı arasında yaşadığı evdə mübahisə yaranmış, Svetlana bacısının üz nahiyəsindən qazanla vurmuşdur. Bacısını vuran zaman onun burnu qırılaraq, baş nahiyəsindən, eləcə də bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Bacısının baldızı tərəfindən xx.xx.2024-cü il tarixdə döyülməsi faktı ilə bağlı Şəmkir RPŞ-də araşdırma aparılmışdır. Bacısının vəziyəti onun baldızı tərəfindən döyüləndən sonra yaxşı olmadığına görə onu müalicə üçün Bakı şəhərinə aparmalı olduğu üçün bacısı və onun övladlarının şəxsiyyət vəsiqələri götürmək üçün bacısıgil Niyaməddinə müraciət eləsə də o, şəxsiyyət vəsiqələrini verməkdən imtina etmişdir. Onlar neçə dəfə bununla bağlı müraciət etsələr də şəxsiyyət vəsiqələrini verməmişlər. xx.xx.2024-cü il tarixdə şəxsiyyət vəsiqələrini Nəzifədən almaq üçün o, bacıları Səkinə və Bəxti, qardaşının arvadı Məleykə Nəzifənin işlədiyi Şəmkir rayonunda, Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən Azpetrol YDM-ə getmişlər. O Nəzifənin yanına gələrək ondan bacısıgilin şəxsiyyət vəsiqəsini verməsini xahiş etmiş, lakin Nəzifə onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək vəsiqələri verməyəcəyini bildirmişdir. Həmin vaxt onların arasında mübahisə baş vermiş və mübahisə zamanı Nəzifə onun üzünə əl ataraq onu vurmaq istəmişdir. Nəzifənin dırnağı onun burnuna dəymişdir. O həmin vaxtı onun zərbəsindən yayınaraq Nəzifənin sinəsindən qabağa doğru itələmişdir. Bu zaman onların yanlarında olan YDM-nin əməkdaşı Nəzifəni tutmaq istəyəndə o yerə yıxılmışdır. Yanlarındakı şəxs onu qaldırandan sonra Nəzifə ona yenidən əl atmaq istəyən bacıları və qardaşının arvadı onların mübahisəsinə qarışaraq, “birini vurub öldürübsən indi də bunumu öldürəcəksən” deyərək onu dartışdırmışlar. Hazırda etdiyi hərəkət görə peşmandır, zərər çəkmiş şəxslə barışıq əldə etmək üçün cəhd etsədə, sonuncu barışmaq istəməmişdir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, hazırda Şəmkir rayonunda yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsində xadimə vəzifəsində işləyir. Gəlini Məleykənin bacıları Səkinə, Bəxti, Zarina, Məleykə o işdə olan zaman çalışdığı YDM-də olarkən onun üzərinə hücum çəkərək onu döymüşlər. Onlar yaxınlaşaraq nəvəsinin şəxsiyyət vəsiqəsinin onlarda olduğunu deyərək onu kənara çağırmışlar. O isə şəxsiyyət vəsiqəsinin onda olmadığını bildirmiş və onlar tərəfə getmək istəməmişdir. Nəzifənin onlar tərəfə getməyəcəyini görüb Zarinagil onun işlədiyi YDM-nin müdirinə o onların yanına getməsə bütün Azpetrolu dağıdacaqlarını bildirmişlər. Zarinagil onu zorla kənara apararaq hərəsi bir tərəfinə vuraraq onu döyməyə başlamışlar. Onlardan biri onun saçından tutaraq digəri qarnına vurmuş, ümumilikdə bədəninin bir neçə yerlərinə xəsarət yetirmişlər. Həmin vaxt işlədiyi YDM-nin işçiləri onu sonuncuların əlindən alaraq otağa gətirmiş və polis şöbəsinə bu barədə məlumat vermişdir. X1 şikayətçidir, məhkəmədən barəsində ağır inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır. Onun, bacısı Maleka Sarıyevanın qaynanasıdır. Bacısının ailəsi ilə arasında ciddi problemlər olmuş, hətta bu yaxınlarda bacısı baldızı Svetlana tərəfindən döyülmüş, müvafiq qurumlarda araşdırma aparılmışdır. Həmin şikayətlə bağlı Şəmkir RPŞdə də araşdırılma aparılmışdır. xx.xx.2024-cü il tarixdə bacısı Məleykənin sənədlərinə görə onun qaynanası evinə o, bacısı Zarina və Səkinə ilə birlikdə getmişlər. Lakin orada heç kim olmamışdır. Nəzifənin nəvəsi Nəzifənin Azpetrol YDM-də işdə olduğunu demişdir. Onlar yanacaqdordurma məntəqəsinə gedib Nəzifədən sənədləri istəmiş, sonuncu müxtəlif bəhanələr gətirərək bundan boyun qaçırmışdır. Sonra isə onlar Azpetrol YDM-nin əməkdaşından bu barədə köməklik istəmişlər. Onlardan cavab gözləyən zaman bacısı Zarina Nəzifəni aldadıb sənədlərin yerini soruçacağını deyərək Nəzifənin yanına getmişdir. Onlar kənarda olmuşlar. Anidən Nəzifə ilə Zarinanın mübahisə etmələrini və Nəzifənin Zarinanın saçını yolmasını görmüşdürlər. Dərhal onlar gedib onları ayırmağa çalışmışlar. Onlar mübahisəni bitirəndən sonra ayrılaraq Məleykənin yanına getmişlər. Zərərçəkmiş şəxs dedikləri yalan və şərdir, heç kim onu döyməmiş, hədələməmiş, əksinə Nəzifə bacısı Zarinanı döymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında X8 ilə eyni məzmunlu izahat verərək göstərilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs, bədən səthində aşkar edilmiş xəsarətlər- başın tüklü hissəsində ənsə nahiyəsinin şişkinlik fonunda, sol almacıq nahiyəsinin və sol bazunun orta üçdə birinin ön səthinin qançırları küt əşyaların təsirindən törənmişlər, törəmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2024-cü il tarixdə qərarın surətindən görünür ki, X3 əməlində cinayət tərkibinin olmaması və Zərərçəkmiş şəxs döyərək inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta törətmiş X3 məhkəmə iclasında verdiyi izahatını, həmçinin, zərər çəkmiş şəxsin izahatlarını, xx.xx.2024-cü il tarixli rəyi, tədqiq edilmiş sənədələri ayrıayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə, tədqiq edilmiş digər sübutları X3 qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən X9 oğlunun məsuliyyətini yüngülləşdirən və İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərər çəkmiş şəxsin şikayətçi olmasını, nəzərə alaraq hesab edir ki, X7 cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: X9 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar