Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1245/2024 28.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, Şəmkir Rayon Polis Şöbəsinin İTB-ni sahə rəisi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1989-cı il tarixdə Gədəbəy rayonu Arıxdam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gədəbəy rayonu Arıxdam kəndində qeydiyyatda olan və Şəmkir rayonu Morul qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Şəmkir RPŞ-dən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 157–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs 23 sentyabr 2024- cü il tarixdə saat 20 radələrində Şəmkir rayonu, M.Müşfiq küçəsində Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərdi ki, İlkanə qonşusudur. xx.xx.2024-cü il tarixdə qonşusu ilkanə DİN-in 102 xidmətinə və Şəmkir RPŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin müraciət əsasında bildirir ki, qonşusu İlkanə ilə aralarında heç bir ədavət, düşmənçilikləri olmamışdır, münasibətləri normal olmuşdur. Son zamanlar münasibətləri pisləşməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində o yaşadığı evdə olan zaman görmüşdür ki, küçədə səs-küy gəlir. O da yaranmış səs-küyə görə küçəyə çıxanda arvadı Gülanə ilə qonşusu İlkanənin dalaşmasını görmüşdür. Həmin vaxt qonşusu İlkanə arvadı Gülanənin saçından tutub dartmış, sonrada arvadı Gülanə qonşusu İlkanənin saçından tutmuş və bir-biriləri ilə qarşılıqlı dalaşmışlar. O həmin vaxt arvadı Gülanəni sakitləşdirib evə aprmışdır. Lakin sonradan İlkanənin qardaşı Nicat gəlmiş və İlkanənidə sakitləşdirib kənarlaşdırmışdır. Həmin vaxt İlkanə onların evlərinin giriş qapısın təpikləmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs göstərdi ki, Şəxs və arvadı Gülanə qoşusudur. Aralarında heç bir düşmənçilikləri olmamışdır. Aralarında olan narazılığa səbəb onun azyaşlı qızına şər-böhtan xarakterli söz-söhbətlər etmiəsi olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində o evdə olmayan zaman qonşusu Gülanə onu çağırmış və kirli əski göstərmişdir. O da ona aid olmadığını bildirmişdir. Həmin vaxt aralarında mübahisə baş vermiş və ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Daha sonra Gülanənin yoldaşı Seymur həyətə çıxmış və həmin vaxt Seymur onun qoluna yumruqla vurmağa başlamış və sonra yaşadıqları evin giriş qapısında kürək nahiyyəsini vurmuşdur. Bu zaman qardaşı Nicat gəlib onları sakitləşdirmişdir. Hazırda Şəxs bağışlayır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli 946 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxsnun bədən səthində aşkar edilmiş xəsarətlər- alt cənin sağ yarısının sıyrıqları və sağ saidin orta üçdə birinin ön və arxa səthinin qançırları KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tərəflərin barışmasının Azərbaycan Respublikası İXM-in 53.0.9-cu maddəsinə əsasən həmin Məcəllənin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas olmasını nəzərə alaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-1245/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1245/2024
28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver