Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1248/2023 08.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkarın nümayəndəsi X3 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, OBA marketdə satıcı kassir, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zaur Aslanov tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2927/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 569 (beş yüz altmış doqquz) manat 90 qəpik əsas, 85 (səksən beş) manat 40 qəpik cərimə, cəmi 655 (altı yüz əlli beş) manat 30 qəpik məbləğində pul alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-3140/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə cavabdeh Şəxs xx.xx.2021-ci il tarixli 47698nkSMKRb/21 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1300 (bir min üç yüz) manat, faiz borcu üzrə 257 (iki yüz əlli yeddi) manat 45 qəpik, cərimə borcu üzrə 5 (beş) manat 96 qəpik, cəmi 1563 (bir men beş yüz altmış üç) manat 41 qəpik məbləğində borc alınıb iddiaçı "xxxx" KB ASC-nə ödənilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-3485/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə cavabdeh Şəxs xx.xx.2021-ci il tarixli, kredit müqaviləsi lerə əsas borcu 249.80 (iki yüz qırx doqquz manat səksən) manat, faiz borcu 60.03 (altmış manat üç qəpik) manat, cərimə borcu 0.50 (əlli qəpik) manat, komisyon haqqı 3.90 (üç manat doxsan qəpik) manat olmaqla cəmi 313.33 (üç yüz on üç manat otuz üç qəpik) manat məbləğində borc "xxxx" KB ASC-nə ödənilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1383/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə cavabdeh Şəxs iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1033.6 manat əsas borcdan ödənilməmiş hissə, 103.4 manat cərimə borcu olmaqla, ümumilikdə 1137 (bir min bir yüz otuz yeddi) manat borc məbləği və məhkəmə xərci qismində 31.37 (otuz bir manat otuz yeddi qəpik) manat dövlət rüsumu tutulması qət edilmişdir. 8İ-558 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat (iyirmi beş) manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 343 manat 70 qəpik (üç yuz qırx üç manat yetmiş qəpik) pulun "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. 8İ-4940 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə Şəxs tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 2288 manat 48 qəpik (iki min iki yüz səksən səkkiz manat qırx səkkiz qəpik) pulun "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır.xx.xx.2023-cü il tarixli qərarla Şəmkir Rayon Məhkəməsinin 2(076)-2927/2022 saylı, xx.xx.2022-ci il tarixli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3140/2022 saylı, xx.xx.2022-ci il tarixli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3485/2022 saylı, xx.xx.2022-ci il tarixli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1383/2022 saylı, xx.xx.2022-ci il tarixli, 8İ-558 saylı, xx.xx.2023-cü il tarixli, 8İ-4940 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərin icrası bir icraata biləşdirilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəfindən borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Lakin borclu öhdəliyini tam yerinə yetirməmiş, icra sənədləri üzrə borcu ödəməmiş, borclu öhdəliyinin icrasından yayınmışdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə tərəfindən vaxt verildikdən sonra borclu 445 manat ABC Telecom MMC-yə, 185 "xxxx" ASC-yə ödəniş etmişdir. Həmçinin borclunun əmək haqqının 50% ABC Telecom MMC-nin xeyrinə tutulur. Göstərilənlərə əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, OBA marketdə işləməklə hər ay 345 manat əmək haqqı alır və məhkəmə tərəfindən vaxt verildikdən sonra icra sənədləri üzrə 445 manat ABC Telecom MMC-yə, 185 "xxxx" ASC-yə ödəniş etmişdir. Həmçinin onun əmək haqqının 50% ABC Telecom MMC-nin xeyrinə pul tutulur. Odur ki, onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X5 izahatında bildirdi ki, borclu 445 manat ABC Telecom MMC-yə, 185 "xxxx" ASC-yə ödəniş etmişdir. Həmçinin borclunun əmək haqqının 50% ABC Telecom MMC-nin xeyrinə tutulur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq "xxxx" ASC-nin, "xxxx" KB ASC-nin və "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış xx.xx.2023-cü il tarixli MN ******* protokol inzibati xəta haqqında protokola xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2927/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 569 (beş yüz altmış doqquz) manat 90 qəpik əsas, 85 (səksən beş) manat 40 qəpik cərimə, cəmi 655 (altı yüz əlli beş) manat 30 qəpik məbləğində pul alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-3140/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə cavabdeh Şəxs xx.xx.2021-ci il tarixli 47698nkSMKRb/21 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1300 (bir min üç yüz) manat, faiz borcu üzrə 257 (iki yüz əlli yeddi) manat 45 qəpik, cərimə borcu üzrə 5 (beş) manat 96 qəpik, cəmi 1563 (bir men beş yüz altmış üç) manat 41 qəpik məbləğində borc alınıb iddiaçı "xxxx" KB ASC-nə ödənilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-3485/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə cavabdeh Şəxs xx.xx.2021-ci il tarixli, kredit müqaviləsi lerə əsas borcu 249.80 (iki yüz qırx doqquz manat səksən) manat, faiz borcu 60.03 (altmış manat üç qəpik) manat, cərimə borcu 0.50 (əlli qəpik) manat, komisyon haqqı 3.90 (üç manat doxsan qəpik) manat olmaqla cəmi 313.33 (üç yüz on üç manat otuz üç qəpik) manat məbləğində borc "xxxx" KB ASC-nə ödənilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1383/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə cavabdeh Şəxs iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1033.6 manat əsas borcdan ödənilməmiş hissə, 103.4 manat cərimə borcu olmaqla, ümumilikdə 1137 (bir min bir yüz otuz yeddi) manat borc məbləği və məhkəmə xərci qismində 31.37 (otuz bir manat otuz yeddi qəpik) manat dövlət rüsumu tutulması qət edilmişdir. 8İ-558 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat (iyirmi beş) manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 343 manat 70 qəpik (üç yuz qırx üç manat yetmiş qəpik) pulun "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. 8İ-4940 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə Şəxs tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 2288 manat 48 qəpik (iki min iki yüz səksən səkkiz manat qırx səkkiz qəpik) pulun "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərarla Şəmkir Rayon Məhkəməsinin 2(076)-2927/2022 saylı, xx.xx.2022-ci il tarixli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3140/2022 saylı, xx.xx.2022-ci il tarixli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3485/2022 saylı, xx.xx.2022-ci il tarixli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1383/2022 saylı, xx.xx.2022-ci il tarixli, 8İ-558 saylı, xx.xx.2023-cü il tarixli, 8İ-4940 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərin icrası bir icraata biləşdirilmişdir. Borclu 445 manat ABC Telecom MMC-yə, 185 "xxxx" ASC-yə ödəniş etmişdir. Həmçinin borclunun əmək haqqının 50% ABC Telecom MMC-nin xeyrinə tutulur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Göründüyü kimi, borclu məhkəmə tərəfindən vaxt verildikdən sonra icra sənədləri üzrə tələbkarlara olan borcundan qismən ödəniş etmiş, həmçinin bundan əlavə borcun ödənilməsi üçün aylıq əmək haqqının 50 faizi məbləğində hər ay məcburi tutulmalar aparılır, borclunun hazırda kifayət qədər vəsaitə malik olmasını təsdiq edən sübutlar müəyyən edilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1248/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1248/2023
08.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver