Məhkəmə qərarları › İş №3(076)-1252/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1252/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1252/2023 25.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Xəqani oğlunun iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Şəmkir RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Prokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Dəllər- Cırdaxan kəndində Zərərçəkmiş şəxs Xəqani oğlunun yaşayış evin həyətinin ətrafına çəkilmiş 4 ədəd hər biri 6 metr uzunluğunda dəmir şiferləri dəmir alətlə zədələmiş, 160 manat maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İХМ-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 protokolun məzmununa uyğun ifadə verərək təhqiqat bölməsinin qərarına əsasən cinayət işinin başlanılması rədd edilmiş, bundan sonra inzibati protokol tərtib etdiyini bildirmişdir. Məhkəmə iclasında Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o məclisdə spirtli içki içmiş, sonra məclisdən çıxıb yoldaşları evə düşürmək üçün getmiş, bir nəfəri düşürmüş, digər tanışı isə zərərçəkmişin evi tərəfdə olduğundan onu düşürməyə gedərkən, zərərçəkmişin evinin yanında onları bir avtomobil yolda sıxışdırmış, bu vaxt o əsəbləşdiyi üçün Anarın şiferlərini yola çox çıxdığı üçün o dəmir küt alətlə bir neçə şiferə xəsarət yetirmişdir. Daha sonra o zərəri ödəmək istəmiş, lakin zərərçəkmiş şəxs imkan verməmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, qərar qəbul edərkən izahatında göstərilnlərin nəzərə alınmasını və ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs Xəqani oğlu məhkəmə iclası zamanı göstərdi ki, o şiferlərin zədələndiyini görmüş, qonşusu ona maşının nömrəsini demişdir. O Etibara zəng vurub gəlib üzr istəməsini və şiferləri düzəltməsini demiş, Etibar isə telefonu keçirmişdir. Daha sonra onlar görüşmüş, lakin onun şiferlərini düzəltdirməmişdir. Sonra o gedib Polis şöbəsinə müraciət etmişdir. Hazırda Şəxs şikayətçidir, ona vurulmuş 160 manat maddi ziyan ödənilməmişdir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində Zərərçəkmiş şəxs Xəqani oğlunun yaşayış evin həyətinin ətrafına çəkilmiş 4 ədəd hər biri 6 metr uzunluğunda dəmir şiferləri dəmir alətlə zədələyərək ona 160 manat maddi ziyan vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs vurulmuş ziyanın bir misli məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib vurulmuş ziyanın bir misli miqdarında, yəni 160 (bir yüz altmış) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar