Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1253/2025 17.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Məhkəmə iclasının katibi: Eminbəyli Firüzə Ramiz qızının katibliyi Şikayətçi: X3 iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktorunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4–cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, bilavasitə obyekto olmuş 20000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 (on) faizi miqdarında, yəni 2,000.00 ABŞ dolları məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, barəsində qəbu olunmuş həmin qərar əsassızdır və ləğv olunmalıdır. Belə ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edir. Qeyd edir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Müqavilə əsasında Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “X2 İç ve Dış Ticaret Limited Şirkəti”ndən mal alışı məqsədilə həmin şirkətə 20.000 ABŞ dolları məbləğdə pul vəsaiti köçürmüşdür. Lakin həmin şirkət pulu almasına baxmayaraq müqavilə şərtlərini pozaraq malı ona göndərməmişdir. Belə ki, həmin şirkət müqavilə ilə razılaşdırılmış malın təhvil verilməsini gecikdirmiş, o, birmüddət malın gəlməsini gözləmişdir. Lakin malın gəlməyəcəyinə əmin olduqdan sonra şirkətdən pulu qaytarmasını tələb etmişdir. Bu səbəbdən şirkət ilə münasibətləri pozulmuşdur. Uzun sürən çalışmalardan sonra çətinliklə də olsa o, pulu geri ala bilmişdir və pul tam olaraq xx.xx.2025-ci il tarixdə onun bank hesabına geri qaytarılmışdır. Göründüyü kimi xaricə köçürdüyü pulun müqabilində malın ölkəyə idxal edilməməsi onun təqsiri səbəbindən deyil malı satan şirkətin təqsiri səbəbindən baş vermişdir. Həmçinin qeyd olunan vəsait artıq ona qaytarılmış, bank hesabına köçürülmüşdür. Həmçinin qeyd edir ki, qərarın surəti ona xx.xx.2025-ci il tarixdə Könüllü kənd İcra nümayəndəliyi vasitəsilə verilmişdir. Buna görə də, Şəmkir Rayon məhkəməsinə müraciət edirək, barəsində İXM-nin 430.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında ərizəsinə uyğun izahat verib bildirmişdir ki,xaricə ixrac edilmiş pul vəsaiti ona xx.xx.2025-ci il tarixdə qaytarılmış,bununla da onun əməlində müvafiq inzibati xətanın tərkibi olmadığı aydın olur, odur ki, onun barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru tərəfindən tərtib edilmiş qərar əsassız və qanunsuz olduğundan qərarın ləğv edilməsini tələb edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə ərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə verilmiş şikayəti iş materialları ilə müqayisəli şəkildə yoxlayıb, şikayətçinin izahatını dinləyib hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, EP ******* qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mərkəzi X6 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir, şikayətdə göstərilənlər öz təsdiqini tapmır və formal mülahizələrə əsaslanmaqla məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirilməlidir. Belə ki, şikayətdə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə vəsait xarici ölkəyə köçürülsə də, malların idxalında onun təqsiri olmadan əsassız gecikmə baş vermiş, xaricə küçürülmüş vəsait hesab hesabına alınan mallar, Azərbaycan Respublikasına idxal edilməmiş, Buna görə də, pulun geri qaytarılması xx.xx.2025-ci il tarixdə şikayətçinin hesabına geri qaytarılmışdır. Qanunvericiliyə əsasən ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində müvafiq mallar idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlər göstərilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Belə ki, müəyyən edilmiş iki illik müddət bitdikdən sonra mallar ölkəyə idxal edilsə, və ya ixrac edilmiş vəsait ölkəyə geri qaytarılsa belə artıq inzibati xəta tərkibi yaranmış olur.Həmçinin məhkəmə qeyd edir ki, İlhamə Qafarovaya məxsus pul vəsaiti artıq inzibati qərar qəbul ediləndən sonra, yəni inzibati xəta törədiləndən sonra ölkəyə geri qaytarılmışdır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş, fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-1253/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1253/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver