Məhkəmə qərarları › İş №3(076)-1255/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1255/2023

19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1255/2023 19.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 Tələbkar: "xxxx" Telecom MMC-nin nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Şəxs, Şəmkir Rayon 1 saylı Dövlət Notariat ofisinin xx.xx.2020-ci il tarixli, 8İ-4995 nömrəli icra qeydi və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)- 163/2022 saylı icra sənədi üzrə yaranmış cəmi 6.048,41 manat borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Şəxs cəmi 3.851 manat məbləğində pulun və 58,51 manat dövlət rüsumunun alınıb tələbkar "xxxx" Telecom MMC-yə ödənilməsi qət edilmişdir. Eləcə də, Şəmkir Rayon 1 saylı Dövlət Notariat ofisinin xx.xx.2020-ci il tarixli, 8İ-4995 nömrəli icra qeydinə əsasən Şəxs cəmi 2.139,08 manat məbləğində pulun alınıb "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda Şəxs hər iki icra sənədi üzrə cəmi 6.048,41 manat borcu vardır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsindən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ondan 3.851 manat məbləğində pulun və 58,51 manat dövlət rüsumunun alınıb tələbkar "xxxx" Telecom MMC-yə ödənilməsi qət edilmişdir. Eləcə də, Şəmkir Rayon 1 saylı Dövlət Notariat ofisinin xx.xx.2020-ci il tarixli, 8İ-4995 nömrəli icra qeydinə əsasən ondan cəmi 2.139,08 manat məbləğində pulun alınıb "xxxx" ASCyə ödənilməsi qərara alınmışdır. Lakin, maddi imkanı olmadığından borcunu birdəfəyə ödəyə bilməmişdir. Belə ki, özü heç bir yerdə işləmir və maddi cəhətdən çətinlik çəkir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar "xxxx" Telecom MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Şəxs cəmi 3.851 manat məbləğində pulun və 58,51 manat dövlət rüsumunun alınıb tələbkar "xxxx" Telecom MMC-yə ödənilməsi qət edilmişdir. Lakin hazırki vaxta qədər borclu borcunu tam şəkildə ödəməmişdir. Dəfələrlə borclu təmsil etdiyi cəmiyyətə olan borcunu ödəmək üçün vaxt istəmiş, lakin hazırki vaxtadək borcunu tam şəkildə ödəməmişdir. Borclu borc məbləğini ödəməkdən qəsdən yayınır, ondan şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Tələbkar "xxxx" ASC-nin nümayəndəsinə icra məmuru tərəfindən zəng edilərək, məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməyəcəyini, bununla belə Şəxs borcunu tam şəkildə ödəməsini, əks halda ondan şikayətçi olmasını bildirdi. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkar "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-163/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs cəmi 3.851 manat məbləğində pulun və 58,51 manat dövlət rüsumunun alınıb tələbkar "xxxx" Telecom MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şəmkir Rayon 1 saylı Dövlət Notariat ofisinin xx.xx.2020-ci il tarixli, 8İ-4995 nömrəli icra qeydindən görünür ki, Şəxs cəmi 2.139,08 manat məbləğində pulun alınıb "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, həmçinin Şəmkir rayon İcra və Probasiya Şöbəsinin rəisinin və tələbkarın nümayəndəsinin izahatlarını, tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında borcunu ödəmək imkanının olmadığını bildirməsinə dair verdiyi izahatını məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, tələbkarın şikayətçi olmasını və Şəxs şəxsiyyətini xarakterizə edərək hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar