Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-126/2023 08.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Tələbkar: "xxxx" ASC-nin nümayəndəsi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı иля xx.xx.1979-cu ildə Xanlar rayonunda anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, orta təhsill, evli, işləməyən, Şəmkir rayonu, Seyfəli kəndində yaşayan Şəxs оьлунун Аzərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, МЦЯЙЙЯНЕТДИ: Şəxs, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)- 2117/2022 saylı icra sənədi üzrə yaranmış 14.959,89 manat borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Аzərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər Şəxs və qeyrilərindən 14.759,89 manat pulun və 200 manat mediasiya xərcinin alınıb iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda Şəxs 14.959,89 manat borcu vardır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcunun ödənilməsindən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar "xxxx" ASC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, borclu Şəxs təmsil etdiyi banka olan borcunu ödəməkdən qəsdən yayınır. Dəfələrlə borclu banka olan borcunu ödəmək üçün vaxt istəmiş, lakin hazırki vaxtadək borcunu tam şəkildə ödəməmişdir. Hesab edir ki, borclu banka olan borcunu ödəməkdən qəsdən yayınır, ondan şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ondan və qeyrilərindən 14.759,89 manat pulun və 200 manat mediasiya xərcinin alınıb iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu birdəfəyə ödəyə bilməmişdir. Hazırda isə tələbkara olan borcundan 400 manat ödəmiş, qalan borcu isə hər ay 400-500 manat olmaqla, ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs və qeyrilərindən 14.759,89 manat pulun və 200 manat mediasiya xərcinin alınıb iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Şəxs "xxxx" ASCyə 400 manat məbləğində pul ödəmişdir. İşdə olan və borclu Şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, tələbkara olan borcundan 400 manat ödəmiş, qalan borcu isə hər ay 400-500 manat olmaqla, ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə tələbkara olan borcundan 400 manat ödəmiş, qalan borcu isə hər ay 400-500 manat olmaqla, ödəməyi öhdəsinə götürmüşdür. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Bunun əksinə olaraq Şəxs borcunu ödəməkdən qərəzli şəkildə boyun qaçırmaması, banka olan borcundan 400 manat ödəniş etməsi, qalan borcu isə ödəyəcəyi barədə öhdəlik götürməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Kommersiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-126/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-126/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver