Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1264/2023 22.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X3 iclas katibliyi, Şəmkir RPŞnin İTB-nin sahə rəisi, X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəmkir RPŞ-nin İTB-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim etmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:35 radələrində Şəmkir şəhəri, C.Rüstəmov küçəsində 0.33 qram marixuananı qanunsuz olaraq daşımışdır. Bununla da o İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəmkir RPŞ-nin İTB-nin polis leytinatı X8 protokolu müdafiə edərək, onun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs narkotik vasitə olan marixuananı qanunsuz olaraq daşıması və üzərində saxlaması ilə bağlı Şəmkir RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Şəxs Şəmkir şəhəri, C.Rüstəmov küçəsi ərazisində saxlanılmış və polis əməkdaşları tərəfindən Şəmkir RPŞ-nin inizbati binasına gətirilmişdir. Daha sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 iştirakı ilə onun üzərinə baxış keçirilmiş, baxış zamanı Şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd 1 Azn-lik əskinasın içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüş və qablaşdırılaraq ekspertiza mərkəzinə göndərilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/938 nömrəli rəyindən göründüyü kimi Şəxs üzərindən aşkar edilən 1 Azn-lik əskinasın içərisində olan, təmiz çəkisi 0.33 qram olan bitki mənşəlli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixunadır. Şəxs məhkəmə narkoloji ekspertizası təyin edilmiş, AR SNnin Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1598 saylı rəyindən göründüyü kimi Şəxs narkotik vasitələrdən istifadə etdiyi, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğu, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Həmin fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş, əməldə inzibati xəta tərkibi olduğu müəyyən edilmişdir. Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir və müalicəyə ehtiyacı var. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, protokol tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi X6 hazırda əməliyyat-istintaq qurupunda olduğundan məhkəmə iclasına gələ bilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, bir neçə ildir ki, narkotik vasitə qəbul edir. xx.xx.2023cü il tarixdə yaşadığı küçənin yaxınlığında gəzən zaman yolda 1 manatlıq bükülmüş əskinazı görmüş və əlini atıb həmin əskinazı götürmək istəyən zaman həmin əskinazın içərisində narkotik vasitə olduğunu görmüşdür. O narkotik vasitə çəkdiyi üçün 1 manatlıq əskinazı bükmüş və narkotik vasitəni istifadə etmək məqsədi ilə əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün saat 19:35 radələrində Şəmkir şəhəri, C.Rüstəmov küçəsi ərazisində olan zaman polis əməkdaşları ona yaxınlamış və özlərini təqdim edərək, onun özünü şüphəli apardığı üçün Şəmkir Rayon Polis şöbəsinə getməli olduğunu bildirilmişdir. Bundan sonra o, Şəmkir RPŞ-nə gətirilmiş və orada ona vəkil təyin edilmiş, daha sonra onun müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd 1 Azn-lik əskinasın içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra Gəncə şəhər Narkoloji Dispanserə aparılmış və onun sidiyindən nümunə götürülmüş, həmin vaxt ona kannabinoidlərdən sui-istifadə etməsi və bunun nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkməsi bildirilmişdir. Məhkəmədən barəsində qərar qəbul edilərkən etdiyi əməldən səmimi peşman olmasını nəzərə alınaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X5 ifadəsində bildirdi ki, Şəxs narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra rəhbərliyə məruzə edilmiş, Şəxs xx.xx.2023-cü il tarixdə tərəflərindən saxlanılmış, Şəmkir Rayon Polis Şöbəsinə gətirilmişdir. Şəmkir RPŞ-də olarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 iştirakı ilə onun üzərinə baxış keçirilmiş, baxış zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd 1 Azn-lik əskinasın içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüş və qablaşdırılaraq ekspertiza mərkəzinə göndərilmişdir. İlkin dindirmə zamanı Şəxs narkotik vasitəni xx.xx.2023-cü il tarixdə yaşadığı küçənin yaxınlığında gəzən zaman yoldan tapdığını bildirmişdir. Daha sonra isə Gəncə şəhər Narkoloji Dispanserə aparılmış və sidiyindən nümunə götürülmüş, həmin vaxt Orxan Qurbanovun kannabinoidlərdən sui-istifadə etməsi və bunun nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən olunmuşdur. Bu fakt üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarına əlavə edilmiş: İşdə olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarışa başlamamışdan əvvəl Şəxs üzərində narkotik vasitə, narkotik vasitə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulmuşdur. Şəxs üzərində narkotik vasitə olduğunu deyərək əynindəki tünd göy rəngli cins şalvann sağ yan kişik cibindən kağız bükümünü çıxararaq masanın üzərinə qoydu. Həmin 1 AZNlik kağız bükümdə içərisindən narkotik vasitə olan marixuanayabənzər kütlə aşkar olundu. Şəxs həmin kütlələri yaşadığı küçənin yaxınlığında tapdığını və onu şəxsi istifadəsi üçün saxladığını qeyd etdi. Həmin kütlə kiçik həcmli «Yingjoe» markalı tərəzidə çəkildi və 1 AZN-lik kağız bükümlə birlikdə çəkisi 1,26 qram marixuanaya bənzər kütlə olması müəyyən edildi. Həmin kütlə qablaşdırılaraq AR DİN-nin 118 nömrəli möhürü ilə möhürləndi və götürülərək ekspert tədqiqatına göndəriləcəkdir. Bundan sonra Şəxs əynində olan tünd göy rəngli cins şalvarın arxa sağ cibindən özünə məxsus üzərində ***-***-**-** saylı mobil nömrə olan “İPHONE 13 MİNİ” markalı mobil telefonu, sağ yan cibindən Sobranie markalı tütün qutusu və içərisində kağızlar olan kartonu masanın üzərinə qoydu. Mobil telefon, karton qutu iş üçün əhəmiyyət kəsb etdiyindən götürüldü, ondan başqa digər əşyalar Elxan Arnavutun özünə qaytarıldı. Şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər diskə köçürülərək protokola əlavə ediləcəkdir. Bununla da şəxsi axtarış başa çatdı. İşdə olan xx.xx.2023-cü il tarixli, 16/938 saylı Məhkəmə Ekspertiza Mərkəzi X10 tərəfindən verilmiş rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şəxs üzərində aşkar edilmiş marixuanaya bənzər kütlə.” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd 1 AZN-lik əskinasın içərisində, təmiz çəkisi 0,33 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Sərxoşluq hallarının bütün növlərinin təyini məsədi ilə aparılan tibbi müayinəyə dair 2868/2023 nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs tibbi müayinəsi zamanı sidik nümunəsinin narkotik vasitələrin birmomentli immunoxromotoqrafik test-xətt üsulu ilə müayinəsi zamanı THC (marixuna) aşkar edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayətin tərkib əlamətləri olmadığından, material üzrə cinayət işinin başlanması əməldə tərkib olmaması əsasına görə rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Şəmkir Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin həkimməsləhət komissiyasının xx.xx.2023-cü il tarixli, 1598 saylı rəyin surətindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolojı dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məcburi müalicəyə ehtiyacı olmasını, inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. İşdə olan xx.xx.2023-cü il tarixli şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:20-də tutulmuş, hüquqları 19:35-də hüquqları məhdudlaşrılmışdır. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu və hüquqları məhdudlaşrıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması da məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati həbs müddəti başa çatdıqdan sonra Şəxs müalicənin həyata keçirilməsi üçün ixtisaslaşmış müalicə müəssisəsinə təhvil verilməli və Şəxs narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 30 (otuz) gün müddətində həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli tutulduğu və hüquqlarının məhdudlaşdırıldığı xx.xx.2023-cü il tarixdən, saat 19:35-dan hesablansın. Həbsdə saxlanma ilə bağlı qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,31 qram narkotik vasitə olan marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs narkoloji dispanserdə qeydiyyata alınması və narkomaniyadan məcburi müalicəsinin icrasına nəzarət yaşadığı yer üzrə Şəmkir Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1264/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1264/2023
22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver