Məhkəmə qərarları › İş №3(076)-1265/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1265/2025

05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1265/2025 05.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Həşimov Ağaxan Habil oğlunun katibliyi ilə, Protokol tərtib etmiş şəxs Şəmkir rayon RPŞ PB-nın polis sahə rəisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X2 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, Səttərxan küçəsi, 371 saylı evdə qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə Şəmkir rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəmkir rayon RPŞ PB-nın polis sahə rəisi X7 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 04 noyabr 2025-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs polis əməkdaşının qanuni tələblərinə riayət etməyib və ona müqavimət göstərib. Bununla da onun tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəmkir rayon RPŞ PB-nın polis sahə rəisi X7 məhkəmə iclasında bildirdi ki, Şəxs barəsində inzibati xəta haqqında protokolu raport əsasında tərtib etmiş, hadisə vaxtı orada olmamış və hadisəni görməmişdir. Şəxs ictimai qaydanı pozaraq nalayiq söyüşlər söymüş və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəmkir şəhəri, H.Aslanov küçəsində yerləşən ofisində olarkən polis əməkdaşları ona yaxınlaşmış, onu Şəmkir rayon Polis Şöbəsinə dəvət etmişdirlər. Həmin vaxt o, heç bir nəlayiq ifadələr işlətməmiş, polislərə heç bir müqavimət göstərməmiş, onların tələbinin qanuni olduğunu düşünərək onlara tabe olmuşdur. Sonda Şəxs göstərilənlərə əsasən təqsiri olmadığı üçün barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X1 Seymur Asif oğlunun dedikləri ilə eyni məzmunlu izahat verərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərtkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, Şəmkir rayon Polis Şöbəsinin giriş qapısında,1 saylı postda xidmətdə olan zaman, Şəmkir Rayonu H.Aslanov küçəsində Polis Şöbəsinin qarşısında sonradan adı ona məlum olan, Şəxs Arif oğlunun telefonda uca səslə danışaraq nəlayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşaraq özünü təqdim edərək onu nizam-intizama dəvət etmişdir. Lakin Şəxs öz hərərkətlərini nümayişkəranə şəkildə davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs onun tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilmiş, növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş inzibati tutma protokolundan görünür ki, Şəxs Arif oğlu xx.xx.2025-ci il tarixdə 15:00-da inzibati qaydada tutulmuşdur. İXM-nin 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Xırda xuliqanlıq inzibati xətasının obyektini ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Bu xətanın bilavasitə obyektini isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlər təşkil edir. İctimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Məhkəmə tədqiqi zamanı Şəxs Arif oğlunun hadisə vaxtı nalayiq ifadələr işlətməsi, polislərə müqavimət göstərməsi kim hallar müəyyən edilməmiş və öz təsdiqini tapmamışdır. Digər tərəfdən polis əməkdaşlarının ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən Şəxs Arif oğlunun polis əməkdaşının qanuni tələblərinə məhəl qoymaması ilə bağlı məhkəməyə hər hansı başqa sübut təqdim edilməmiş, həmçinin məhkəmə iclasında iş üzrə şahidlərin iştirakı təmin edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxsdən bu hərəkətlərini etmədiyini sübut etməsini tələb etmək təqsirsizlik prezumpsiyasına ziddir. Bu baxımdan Şəxs Arif oğlunun ictimai qaydanı pozması və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, Şəxs Arif oğlunun hərəkətlərində İXM-in 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın da tərkibi yoxdur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallarla Şəxs Arif oğlunun hərəkətlərində İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərinin mövcud olması sübuta yetirilməmişdir. Buna görə də iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Arif oğlunun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar