Məhkəmə qərarları › İş №3(076)-1266/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1266/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1266/2024 06.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Tələbkar: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin protokoluna əsasən Şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-78/2023 saylı icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-78/2023 saylı icra sənədinə əsasən, ilkin iddiaçı Şəxs X2 və Zərərçəkmiş şəxs qarşı “evə köçürülmə” tələbinə dair ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Şəxs məxsus bir ədəd yataq dəsti, 1 ədəd qonaq dəsti, 1 dəst yumşaq mebel, 1 ədəd şamlı çıl-çıraq, iki ədəd iri gəvə, bir ədəd balaca gəvə, bir dəst yemək dəsti, bir dəst çay servisi, Tefal firmadan bir dəst qazan dəsti, bir dəst şirəli qazan dəsti - cehiz əşyaları cavabdeh -qarşılıqlı iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh Şəxs tutularaq cavabdeh-qarşılıqlı iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq o, icra sənədinin icrasından yayınmışdır. Borclu icra şöbəsinə dəvət edilərək icra sənədinin icra edilməsi tələb olunmuş, lakin hazırkı vaxtadək icra sənədi icra edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-78/2023 saylı icra sənədinə əsasən, onun X2 və Zərərçəkmiş şəxs qarşı “evə köçürülmə” tələbinə dair ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, ona məxsus bir ədəd yataq dəsti, 1 ədəd qonaq dəsti, 1 dəst yumşaq mebel, 1 ədəd şamlı çıl-çıraq, iki ədəd iri gəvə, bir ədəd balaca gəvə, bir dəst yemək dəsti, bir dəst çay servisi, Tefal firmadan bir dəst qazan dəsti, bir dəst şirəli qazan dəsti - cehiz əşyaları cavabdeh -qarşılıqlı iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı-qarşılıqlı iddia üzrə ondan tutularaq cavabdeh-qarşılıqlı iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin ailə vəziyyəti yaxşı deyildir, hazırda himayəsində iki azyaşlı uşağı vardır. Özü qohumlarının evində yaşayır, tələbkarın oğlu tərəfindən məhkəmənin qərarı ilə himayəsində saxlanmış uşaqlar üçün müəyyən olunmuş aliment ödənilmir. Hal-hazırda cehiz əşyalarının yığılması üçün yeri olmadığına görə əşyalarını çıxara bilmir. Ata evində qardaşının ailəsi var və ona məxsus əşyaların yığılması üçün yer yoxdur. Məhkəmə qərarının icrasından qərəzli olaraq yayınmır, həmin əşyaların yığılması üçün yeri mövcud olsa özü əşyalarını həmin evdən çıxartmaq istəyir. Odur ki, izahatında qeyd olunanları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-78/2023 saylı icra sənədinə əsasən, ilkin iddiaçı Şəxs X2 və ona qarşı “evə köçürülmə” tələbinə dair ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Şəxs məxsus bir ədəd yataq dəsti, 1 ədəd qonaq dəsti, 1 dəst yumşaq mebel, 1 ədəd şamlı çıl-çıraq, iki ədəd iri gəvə, bir ədəd balaca gəvə, bir dəst yemək dəsti, bir dəst çay servisi, Tefal firmadan bir dəst qazan dəsti, bir dəst şirəli qazan dəsti - cehiz əşyaları cavabdeh -qarşılıqlı iddiaçı onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh Şəxs tutularaq cavabdeh-qarşılıqlı iddiaçı ona ödənilməsi qət edilmişdir. Lakin borclu tərəfindən icra sənədi icra edilmir, borclunun barəsində qanunvericilikdə nəzərdə tutulmuş məcburi icra hərəkətlərinin aparılması barədə müvafiq orqana müraciət etsələr də nəticəsi olmamışdır. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-78/2023 saylı icra sənədindən görünür ki, ilkin iddiaçı Şəxs X2 və Zərərçəkmiş şəxs qarşı “evə köçürülmə” tələbinə dair ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Şəxs məxsus bir ədəd yataq dəsti, 1 ədəd qonaq dəsti, 1 dəst yumşaq mebel, 1 ədəd şamlı çıl-çıraq, iki ədəd iri gəvə, bir ədəd balaca gəvə, bir dəst yemək dəsti, bir dəst çay servisi, Tefal firmadan bir dəst qazan dəsti, bir dəst şirəli qazan dəsti - cehiz əşyaları cavabdeh -qarşılıqlı iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh Şəxs tutularaq cavabdeh-qarşılıqlı iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-78/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin mövcud olması müəyyən olunmur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 72.1-ci maddəsinə əsasən işə baxan məhkəmə işin hallarından asılı olaraq yaşayış və ya qeyri-yaşayış sahəsinin boşaldılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə uyğun olaraq müddət müəyyən edə bilər. Həmin Qanunun 72.2-ci maddəsinə əsasən bu Qanunun 72.1-ci maddəsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılır. Həmin Qanunun 72.3-cü maddəsinə əsaəsn icra məmuru çıxarılmanın günü və vaxtı haqqında borcluya rəsmi bildiriş verir. Bildiriş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci və 135.3-cü maddələrində müəyyən edilmiş qaydada verildikdə rəsmi qaydada təqdim edilmiş hesab olunur. Müvafiq bildirişi almış borclunun olmaması çıxarılmanın həyata keçirilməsinə mane olmur. Həmin Qanunun 72.4-cü maddəsinə əsasən icra məmuru icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, ev heyvanlarının çıxarılmasını təmin edir. Bundan əlavə, borcluya (çıxarılana) həmin sahədən istifadə etməsi qadağan olunur. Həmin Qanunun 72.5-ci maddəsinə əsaəsn çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilir. İcra məmuru çıxarılma zamanı, zəruri hallarda, müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. Həmin Qanunun 72.6-cı maddəsinə əsasən icra məmuru, zəruri hallarda, borclunun əmlakının mühafizəsini təmin edir və bununla bağlı xərcləri borclunun üzərinə qoyur. Borclunun əmlakı üç ildən çox olmayan müddət ərzində mühafizə edilir. Həmin müddət bitdikdən sonra göstərilən əmlak sahibsiz əmlakın satılması üçün müəyyən edilmiş qaydada satılır. Borclunun əmlakının satılmasından əldə edilən vəsait dövlət büdcəsinə keçirilir. Göründüyü İcra haqqında qanunda borclu tərəfindən yaşayış və ya qeyri-yaşayış sahəsinin boşaldılması ilə bağlı qaydalar müəyyən olunmuşdur. Hətta borclu tərəfindən könüllü olaraq tələb yerinə yetirilmədikdə görüləcək olan tədbirlər göstərilmişdir. Lakin məhkəmə iclasında müəyyən olunmuşdur ki, icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı heç bir tədbir görülmədən, (sadəcə formal olaraq borcluya cehiz əşyalarının könüllü olaraq çıxarılması ilə bağlı bildiriş göndərilmiş və bundan sonra isə borclunun axtarışı barədə qərar qəbul olunmuşdur) yəni qanunvericilikdə nəzərdə tutulmuş heç bir məcburi icra tədbirləri görmədən və heç bir əsas yaranmadan borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Belə olan halda borclunun icra sənədində göstərilən tələbləri qəsdən yerinə yetirməməsi halı müəyyən edilmir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar