Məhkəmə qərarları › İş №3(076)-1269/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1269/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1269/2023 25.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, BDYPİ-nin Yol-Patrul Xidməti Alayınının İX Tağım YPX inspektoru, polis baş serjantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X7 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan,məhkumluğu olmayan, Qazax rayonu, Birinci Şıxlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə BDYPİ-nin İX Tağımından daxil olmuş inzibati xətaya dair protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: BDYPİ-nin Yol-Patrul Xidməti Alayınının İX Tağım YPX inspektoru, polis baş serjantı X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbini pozduğu üçün Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Şəmkir Rayоn Məhkəməsinə göndərilmişdir. Həmin protokolun tərtib edilməsinə əsas kimi, 16 avqust 2023-cü il tarixdə saat 12:50 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Çaparlı kəndi ərazisindən keçən 401-ci km-də Şəxs idarə etdiyi Mercdes-Benz E 220 markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə qarşısı ilə eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi QAZ 33021 markalı **-DM-*** dövlət nömrə nişanlı yük avtomobilin arxa hissəsi toqquşmuş, nəticədə Mercdes-Benz E 220 markalı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs2, X9, Zərərçəkmiş şəxs1, X6, sürücü Şəxs və QAZ 33021 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 yüngül bədən xəsarəti almışlardır. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbini pozmaqla İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli olaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında BDYPİ-nin Yol-Patrul Xidməti Alayınının İX Tağım YPX inspektoru, polis baş serjantı X8 ifadəsində göstərdi ki, 16 avqust 2023-cü il tarixdə saat 12:50 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Çaparlı kəndi ərazisindən keçən 401-ci km-də Şəxs idarə etdiyi Mercdes-Benz E 220 markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə qarşısı ilə eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi QAZ 33021 markalı **-DM-*** dövlət nömrə nişanlı yük avtomobilin arxa hissəsi toqquşmuş, nəticədə Mercdes-Benz E 220 markalı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs2, X9, Zərərçəkmiş şəxs1, X1 Şəxs və QAZ 33021 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 xəsarət almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərdi ki, özünə məxsus olan Mercedes-Benz H 220 markalı **-NP- *** dövlət nömrə nişanlı minik avtomobili və avtomobil idarə etmək üçün "BC" kateqoriyalı sürücülük vəsiqəsi var. 16 avqust 2023-cü il tarixdə yaşadığı Qazax rayonu Birinci Şıxlı kəndinə qonaq gəlmiş Zərərçəkmiş şəxs2 və ailə üzvlərini qeyd etdiyi avtomobilə götürdükdən sonra onları Bakı şəhərinə aparmaq üçün qeyd etdiyi avtomobilin sükanı arxasına keçib Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna çıxaraq bir tərəfli yol ilə üzü Bakı şəhəri istiqamətində hərəkətə başlamışdır. Zərərçəkmiş şəxs2 avtomobilin ön sağ oturacağında həyat yoldaşı və azyaşlı uşaqları isə arxa oturacaqda əyləşmişlər. Saat təxminən 12:50 radələrində həmin yolun Şəmkir rayonu Çaparlı kəndi ərazisindən keçən hissəsinə çatıqda arxada az yaşlı uşaqların yatmaq istəmlərini görüb arxaya çevrilib uşaqların üzərini örtmək üçün Erkinin həyat yoldaşına arxada ədyalın olmasını deyib qarşısına baxanda, qarşısı ilə eyni istiqamətdə hərəkətdə olan QAZ 33021 markalı **-DM- *** dövlət qeydiyyat nişanlı yük avtomobilə çatmasını görmüş və həmin vaxt tormoz vermişdir, lakin arada məsafə az olduğundan idarə etdivi avtomobilin ön hissəsi ilə qarşısı ilə eyni istiqamətdə hərəkətdə olan QAZ 33021 markalı **-DM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin arxa hissəsi toqquşmuşdur. Toqquşmadan sonra avtomobildən yerə düşüb orada olan şəxslərin köməyi ilə avtomobildə olan şəxsləri avtomobildən çıxarıb Təcili Tibbi yardım avtomobili ilə Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışdır. Hazırda əməlindən səmimi peşimandır, zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Ona cərimə növündə inbati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X13 ifadəsində göstərdi ki, özünə məxsus olan QAZ 33021 markalı **-DM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və avtomobil idarə etmək üçün "BC" kateqoriyalı sürücülük vəsiqəsi var. 16 avqust 2023-cü il tarixdə Tovuz rayonu Alakol kəndindən qeyd etdiyi yük avtomobilin yük yerinə 3 ton kələm yığdıqdan sonra həmin kələmləri Şəmkir rayonunda yerləşən "Səbət" bazarında satmaq üçün qeyd etdiyi avtomobilin sükanı arxasına keçib Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna çıxaraq bir tərəfli yol ilə üzü Bakı istiqamətində hərəkətə başlamış, saat təxminən 12:30 radələrində həmin yolun Şəmkir rayonu Çaparlı kəndi ərazisindən keçən hissəsinə çatıb sağ zolaqla saatda 60 km sürətlə hərəkətini davam edəndə qəfildən arxadan eyni istiqamətdə hərəkətdə olan Mercedes-Benz K 220 markalı **-NP-*** dövlət nömrə nişanlı minik avtomobil ön hisəsi ilə idarə etdiyi avtomobili arxa sol hisədən sağ zolağın üzərində vurmuşdu, sonrada qarşısında avtomobili sürümüşü, həmin vaxt xəsarət aldığı üçün TTY avtomobili ilə Şəmkir rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Keçən bu müddət ərzində inzibati xəta törədən şəxs onunla maraqlanmamış, ona vurulmuş zərərdən heç bir ödəniş etməmiş və onunla barışıq əldə edilməsi üçün heç bir addım atmamışdır. O, bu səbəbdən Şəxs sürücülük hüququndan məhrum edilməsini xahiş edir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmələrinə baxmayaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X9, Zərərçəkmiş şəxs1, X6 məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Qeyd olunanlara əsasən məhkəmə zərərçəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixlin protokoldan görünür ki, hadisə yeri Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Çaparlı kəndi ərazisindən keçən 401-ci km-dir. Hadisə gündüz vaxtı baş vermişdir, yol asflat örtüklü olmaqla quru və düz profıldir.Yol Bakı şəhəri istiqamətində bir tərəfli olmaqla 2 hərəkət zolağından ibarətdir, hərəkət zolaqlarını birbirindən qırıq-qırıq xət ayırır. Bakı və Qazax istiqamətindəki yolları isə dəmir arakəsmələr ayırır.Yolun eni 7.6 metrdir. Burada 2.1 "Baş yol" yol nişanı və sürət həddinin maksimum 110 km-saat müəyyən edilməsini göstərən yol nişanları \ardır.Mercedes-Benz E 220 markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön.əsasəndə ön sağ hissəsi ilə QAZ 33021 markalı **-DM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin arxa hissəsi bir tərəfli Bakı istiqamətindəki yolun sağ zolağının üzərində sağdan sola doğru 1.4 metr məsafədə toqquşmuşdur. Həmin yerdə asfaltın üzərində sürtünmə və cırılma izləri vardır. Mercedes- Benz E 220 markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil və QAZ 33021 markalı **- DM-*** dövlət qeydiyyat nişanlı yük avtomobil toqquşmadan əvvəl Bakı istiqamətində hərəkətdə olmuşlar.Toqquşmadan sonra Mercedes-Benz E 220 markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı istiqamətindəki yolun sağ kənarındakı ehtiyat hisənin üzərində üzü Bakı istiqamətində dayanmışdır. QAZ 33021 markalı **-DM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin isə arxa hissəsi yolun sağ kənarındakı ehtiyat hisənin üzərində ön hissəsi isə yolun sağ zolağının üzərində üzü Çaparlı kəndi istiqamətində dayanmışdır. Bakı istiqamətindəki yolun sağ zolağının üzərində olan toqquşma yerindən başlayıb avtomobillərin dayandığı yerə qədər davam edən 19 metr uzunluğunda avtomobillərdən qalan sürtünmə və cırılma iziləri var. Həmçinin QAZ 33021 markalı **-DM- *** dövlət qeydiyyat nişanlı yük avtomobilin yük yerində olan kələmlərin bir qismi toqquşma nəticəsində yolun sağ zolağına, sağ ehtiyat hissəsinə və Mercedes-Benz E 220 markalı avtomobilin üzərinə tökülmüşdür. Toqquşma nəticəsində Mercedes-Benz E 220 markalı **- NP-*** dövlət qevdiyvat nişanlı avtomobilin ön hissəsi əsasəndə ön sağ hissəsi, ön sağ yan hissəsi, damın sağ ön yan hissəsi əzilmişdir. Alın şüşəsi və ön sağ yan şüşəsi sınmışdır, ön tərəfdə olan təhlükəsizlik şarları açılmışdır. QAZ 33021 markalı 20- DM-691 dövlət qeydiyyat nişanlı yük avtomobilin isə arxa sol hissəsi əzilmiş, sol arxa işıq siqnalı sınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 234 saylı və 235a saylı sərxoşluq vəziyyətinin müayinə edilməsi aktlarından görünür ki, sürücülər X7 və Şəxs ayıq vəziyyətdə olmaları göstərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ziyan aktından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində QAZ 33021 markalı **-DM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilə ümumilikdə 5285 (beş min iki yüz səksən beş) manat dəyərində maddi zərər dəymişdir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 954 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər-burun yəhərinin sıyrığı, hər iki gözaltı nahiyyənin dərialtı hematoması və üst dodağın əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdirlər. Əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 955 saylı rəyinə əsasən X2 bədən səthində aşkar edilmiş xəsarətlər-sağ qulağın sırğalı nahiyyəsinin əzilmiş səthi yarası və sağ çiyinüstü nahiyyənin sıyrığı küt əşyanın təsirindən törənmişdir, həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlqı dərəcəsi təyin edilmir. Əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 957 saylı rəyinə əsasən X5 bədən səthində aşkar edilmiş xəsarətlər-sol yanağın sıyrığı və sağ bud sümüyü boyunun sınığı küt əşyanın təsirindən törənmişdir, həmin xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlərdirlər. Əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 958 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər-sağ gicgah və sağ gözaltı nahiyyənin sıyrıqları, döş qəfəsinin qapalı küt travması, sağ tərətli 4-6-7-8 qabırğaların sınıqları, sağ tərəfli hemopnevmatoraks, ağ ciyərlərin kontuziyası və oturaq sümüyünün sınığı küt əşyanın təsirindən törənmişdir, həmin xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlərdirlər. Əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 959 saylı rəyinə əsasən Şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sağ bazunun aşağı üçdə birinin və sağ mil-bilək oynağının arxa səthinin əzilmiş sıyrılmış yaraları küt əşyanın təsirindən törənmişdir, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdirlər. Əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 960 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarətlər-alın nahiyyəsinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdirlər. Əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. İşdə olan xx.xx.2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, Mercedes-Benz E 220 markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. QAZ 33021 markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tədbir görülməsi üçün qərarın surəti DİN-nin BDYP İdarəsinin Yol- Patrul Xidmətinin İX Tağımına göndərilmişdir. İşdə olan AF401952 saylı sürücülük vəsiqəsindən görünür ki, həmin vəsiqə Şəxs məxsusdur və BC kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-nin 327.1-ci maddəsinin tələbini pozmaqla İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslə barışmamasını, ona qarşı şikayət və tələbinin olmamasına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibаti tənbehin təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 9 (doqquz) ay müddətə məhdudlaşdırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar