Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-127/2023 30.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Şəmkir Rayonu Zəyəm qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd komendantlığının Rabitə Qovşağının rəisi vəzifəsində (hərbi rütbə-baş çavuş) işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zaur Aslanov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası, Şəmkir rayonu Zəyəm qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Şəmkir rayonu Zəyəm qəsəbəsində yaşayan Şəxs Şəmkir rayon məhkəməsinin 2 (076)-2538/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq borclu Şəxs oğundan hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. Hal-hazırda borclu Şəxs aliment borcu 980 manat təşkil edir. Borclu Şəxs izahatı alınmışdır. O, izahatında aliment borcundan müəyyən hissəsini əmək haqqı alan zaman ödəcəyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru Zaur Aslanov inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, borclunun hal-hazırki vaxtadək ödənilməmiş aliment borcunun məbləği 980 manat təşkil edir. Borclu işləyir, hərbçidir. Odur ki, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd komendantlığının Rabitə Qovşağının rəisi vəzifəsində işləyir. Ondan məhkəmənin qətnaməsi əsasında hər ay 140 manat aliment tutulmuş, müəyyən müddət ödəniş etdikdən sonra səhhətində problemlər olduğundan maddi imkanı olmamış, bu səbəbdən də borcu yığılmışdır. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izahatında bildirdi ki, borclu Şəxs hərbçidir, aylıq gəliri vardır. Ona ödəməli olduğu aliment borcundan müəyyən müddət ödəniş etsə də, sonradan aliment verməyi dayandırmışdır. Odur ki, onun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)- 2538/2020 saylı icra sənədindən görünür ki, xx.xx.2020-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci ildən başlayaraq cavabdeh Şəxs hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(076)-2538/2020 saylı icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş DSX ******* nömrəli vəsiqədən görünür ki, Şəxs sərhəd komendantlığının Rabitə Qovşağının rəisi vəzifəsində işləyir, hərbi rütbəsi baş çavuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 525‒535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxsin izahatı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı və məhkəmə iclasında təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş DSX ******* nömrəli vəsiqəsi ilə müəyyən edilmişdir ki, Şəxs Şəxs sərhəd komendantlığının Rabitə Qovşağının rəisi vəzifəsində işləyir, hərbi rütbəsi baş çavuşdur. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Gəncə Hərbi Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Gəncə Hərbi Məhkəməsinə göndərilsin. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-127/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-127/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver