Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1271/2024 10.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1954-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, təqaüdçü, Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs, Gəncə Apellyasiya Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(104)- 33/2012 saylı icra sənədi üzrə tələbləri yerinə yetirməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Gəncə Apellyasiya Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(104)-33/2012 saylı icra sənədinə əsasən, Şəmkir rayonun Yuxarı Seyfəli kəndində yerləşən, JN 1122A KOD 50413005 “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnaməsi ilə Zərərçəkmiş şəxs və ailə üzvülərinə məxsus olan 0,23 hektar həyətyanı torpaq sahəsinin suvarılması və əkilib becərilməsi üçün istifadə edilən su borusu və su yolu zəbtdən azad edilməsi, əldən çıxmış gəlirə görə cavabdehlər Şəxs, X1 və X4 müştərək qaydada 2720 (iki min yeddi yüz iyrimi) manat məbləğində pul alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq Şəmkir rayonunun Seyfəli kəndində yerləşən mübahisəli əraziyə gedilmiş, borclu Şəxs heç bir əsaslı səbəb olmadan icra sənədinin icrasına maneçilik yaradaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, həmçinin proses iştirakçılarını nalayiq ifadələrlə təhqir edərək icra sənədinin icrasına qərəzli olaraq maneçilik yaratmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən Gəncə Apellyasiya Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(104)-33/2012 saylı icra sənədinə əsasən, Şəmkir rayonun Yuxarı Seyfəli kəndində yerləşən, JN 1122A KOD 50413005 “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnaməsi ilə Zərərçəkmiş şəxs və ailə üzvülərinə məxsus olan 0,23 hektar həyətyanı torpaq sahəsinin suvarılması və əkilib becərilməsi üçün istifadə edilən su borusu və su yolu zəbtdən azad edilməsi, əldən çıxmış gəlirə görə cavabdehlər ondan, X1 və X4 müştərək qaydada 2720 (iki min yeddi yüz iyrimi) manat məbləğində pul alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin, Gəncə Apellyasiya Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(104)-33/2012 saylı qətnaməsi əsassız olaraq onun əleyhinə çıxarılmışdı. Həmin qətnamə qanunsuz və ədalətsizdir. Qətnaməni icra etməyəcəyini bildirmişdir. Həmin tələb əvvəllər məcburi qaydada icra olunmuş, lakin sonradan həmin yol onun tərəfindən bağlanmışdır. Həmin torpaq sahəsi 1978-ci ildən onun istifadəsində olmuşdir. İcra sənədini heç vaxt icra etməyəcəyini, onun icrasına mane olacağını bildirmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(104)-33/2012 saylı icra sənədinə əsasən, Şəmkir rayonun Yuxarı Seyfəli kəndində yerləşən, JN 1122A KOD 50413005 “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnaməsi ilə Zərərçəkmiş şəxs və ailə üzvülərinə məxsus olan 0,23 hektar həyətyanı torpaq sahəsinin suvarılması və əkilib becərilməsi üçün istifadə edilən su borusu və su yolu zəbtdən azad edilməsi, əldən çıxmış gəlirə görə cavabdehlər Şəxs, X1 və X4 müştərək qaydada 2720 (iki min yeddi yüz iyrimi) manat məbləğində pul alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan, xx.xx.2012-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə Apellyasiya Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(104)-33/2012 saylı icra sənədi üzrə qəbul edilərək, qərarın surəti icra sənədi üzrə borclunun icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, “Tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, həmçinin Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını, tədqiq edilmiş digər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edərək Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. О, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə Şəxs məsuliyyətini yüngülləşdirən və İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarından görünür ki, Şəxs 70 yaşı vardır. Belə olan halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1271/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1271/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver