Məhkəmə qərarları › İş №3(076)-1278/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1278/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1278/2024 11.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədirliyi Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1997 -ci il tarixdə Şəmkir rayonu Çaparlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir rayonu, Çaparlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs, 26 noyabr 2024-cü il tarixdə saat 15 radələrində Şəmkir rayonu, Əliyaqublu kəndində yaşayan Zərərçəkmiş şəxs, Şəmkir rayonunda olan “Bravo” supermarketin qarşısında bədəninin baş və üz nahiyyəsinə zərbələr endirərək sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirərək onu döymüşdür Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X2 izahatında göstərdi ki, Şəmkir rayonu, Əliyaqublu kəndində yaşayan Zərərçəkmiş şəxs, xx.xx.2024-cü il tarixdə Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə saat 15 radələrində Şəmkir şəhəri ərazisində Bravo marketin qarşısında qeyri-rəsmi münasibətlə olduğu Şəxs ilə aralarında olan mübahisə zəminində əyləşdiyi “Kia-Sportage” markalı avtomaşının içərisində onu döyərək xəsarət yetirdiyi və sözlə öldürəcəyi ilə hədələdiyi barədə məlumat vermişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-nə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qeyri-rəsmi ər-arvad münasibətində olduğu şəxsdir, aralarında təxminən 2 il müddətdir ki, qeyri-rəsmi münasibət vardır. Son zamanlar bir-müddət ayrı yaşasalar da, təxminən bir həftədir ki, iki dəfə görüşmüşlər. Eyni zamanda ona məxsus evə də getmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində idarə etdiyi Kia Sportage markalı, **-CK-*** dövlət nömrə nişanlı avtomaşınla qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs yaşadığı evə gəlmişdir və maşını onun xahişi ilə həyətə sürmüşdür. Təxminən yarım saat sonra isə ona Gədəbəy rayonuna getmələrini təklif etmişdir. O da razılaşmışdır və İlahə ön oturacağa əyləşmişdir. Avtomaşını idarə etməyə başlamışdır. Yol ilə gedərkən aralarında qısqanclıq zəminində sözlə mübahisə olmuşdur və ilahə işləmək üçün heç yerə getməməyini demişdir. O, da gedib işləməli olduğunu demiş və sözlə mübahisə etmişlər. Həmin vaxt Şəmkir rayonu, Dəllər dairəsinin yaxınlığında olmuşlar və Bravo marketə çatmışlar. O, maşını Bravo marketin qarşısına sürmüşdür və İlahə ondan su almağını istəmişdir. Pulunun olmadığını bildirmişdir və bu vaxt İlahə maşının sürətlər qutusunun yanında olan 2 ədəd 1 manatlıq pul əskinaslarını göstərib onu götürüb su alıb gəlməyini istəmişdir. O, maşından düşüb Bravo marketə daxil olmuşdur və su aldıqdan bir neçə dəqiqə sonra maşına tərəf qayıtdıqda İlahənin maşında olmadığını görmüşdür. Dərhal maşının saxlanc yerinə yaxınlaşıb həmin yeri açmışdır. Bu vaxt içərisində maşına aid texniki pasport, etibarnamə, şəxsiyyət və sürücülük vəsiqəsi olan qabın yerində olmadığını və İlahə tərəfindən oğurlandığını aşkar etmişdir. Daha sonra isə Şəmkir RPŞ-nə gələrək hadisə barədə ərizə vermişdir. Zərərçəkmiş şəxs onun barəsində qərəzli olaraq şikayət etmişdir. Onu döyməmiş və vurmamışdır. Aralarında maşında sadəcə qısqanclıq zəminində sözlə mübahisə olmuşdur.Məhkəmədən qərar qəbul edərkən izahatında göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, məhkəmə iclası zamanı izahatında göstərdi ki, barəsində şikayət etdiyi Şəxs onun qeyri-rəsmi ər-arvad münasibətində olduğu şəxsdir. Aralarında təxminən 2 il yarım müddətdir ki, qeyri-rəsmi münasibət vardır. Bir müddət ayrı yaşasalar da, təxminən 3-4 gündür ki, ona zəng etmişdir və darıxdığını bildirib görüşmək istədiyini demişdir. Eyni zamanda ona məxsus evə də gəlmişdir. Sonuncu dəfə 26.11,2024-cü il tarixdə saat 15 radələrində Aftandil idarə etdiyi Kia Sportage markalı, **-CK-*** dövlət nömrə nişanlı avtomaşınla onun yaşadığı evə gəlmişdir və maşını həyətə sürmüşdür. Təxminən yarım saat sonra isə Aftandil birlikdə gəzmək məqsədilə Gədəbəy rayonuna getmələrini təklif etmişdir. O da onunla razılaşmışdır və ön oturacağa əyləşmişdir. Aftandil də avtomaşını idarə etməyə başlamışdır. Yol ilə gedərkən ona məxsus telefona zəng gəlmişdir və onu qısqanıb telefonunu götürərək cavab vermişdir. Aftandil də ona iradını bildirmişdir. Həmin vaxt Aftandil ona qışqırıb nalayiq ifadə işlədərək əli ilə sifət nahiyəsindən və dodağından vuraraq onu döymüşdür. Ona etirazını bildirəndə əli ilə baş nahiyəsinə də vurub onu döymüşdür. Həmin vaxt Şəmkir rayonu, Dəllər dairəsinin yaxınlığında olmuşlar və Bravo marketə çatmışlar. Aftandil maşını Bravo marketin qarşısına sürmüşdür və ondan pul istəmişdir. O da pulunun olmadığını bildirmişdir və bu vaxt Atandil ona su alıb gələcəyini, onu dağa aparıb başını kəsəcəyini deyib öldürəcəyi ilə hədələmişdir.O, Bravo marketə daxil olan kimi maşının qapısını açıb birtəhər oradan yol tərəfə qaçmış və oradan taksi ilə evə gələrək DİN-in 102 xidmətinə zəng edərək Aftandil barədə şikayət etmişdir. Aftandil onu maşından döydüyü və hədələdiyi üçün barəsində şikayət etmişdir.Hazırda şikayətçidir məhkəmədən Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan, 30 noyabr 2024-cü il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Şəmkir RPŞ-də ilkin yoxlama aparılmış və Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin 27 noyabr 2024-cü il tarixli, 1203 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- Sağ yanağın qançırı və alt dodağın kayma hissəsinin sıyrığı küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 26 noyabr 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, həmçinin, zərər çəkmiş şəxsin izahatını, 30 noyabr 2024-cü il tarixli, 1203 saylı ekspert rəyini və tədqiq edilmiş digər sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 11 dekabr 2024-cü il tarixdən saat 17:50-dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar